/ / Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
29.06.2026 [11:58]
Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində yer alıb.
Müraciətdə qeyd olunub ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçıları qəbul etdikləri qərarlar və ortaya qoyduqları elmi baxışlarla təkcə öz dövrünə deyil, bu günə də işıq salan irs formalaşdırıblar.
Müraciətdə, həmçinin vurğulanıb ki, Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir. Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında getdikcə daha da dərinləşir və Birinci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bu gün də yolgöstərici rolunu oynayır.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq, bu irs üzərində “Türk əsri”ni birlikdə inşa etməkdir.
Prezident qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10

