/ / Bakıda “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb
Bakıda “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb
21.12.2013 [09:10]
Bakı Slavyan Universitetində bu ali təhsil müəssisəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda 17 ölkədən 40-dan çox alim iştirak edir
Dünən Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbir haqqında məlumat verib. Bildirilib ki, ənənəvi olaraq 2-3 ildən bir “Müqayisəli ədəbiyyat” devizi altında keçirilən Beynəlxalq elmi konfransın mövzusu hər dəfə ədəbiyyatda müxtəlif problemlərə həsr olunur və geniş əhatə dairəsinə malikdir. Artıq konfransın V dəfədir keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə müasir ədəbiyyatın və mifologiyanın problemləri, eyni zamanda, tarixən ədəbiyyat, mif, tarix arasındakı əlaqələrin açılması baxımından çox maraqlı mətləblərə toxunulacaq.
K.Abdullayev 17 ölkədən 40-dan çox ədəbiyyatşünas alimin qatıldığı beynəlxalq tədbirə ildən-ilə marağın daha da artdığını xüsusilə qeyd edib, konfransda, həmçinin, respublikamızın müxtəlif ali məktəblərinin və elmi müəssisələrinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, görkəmli ziyalıların, ədəbiyyatşünas alimlərimizin də iştirak etdiklərini bildirib.
Rektor qeyd edib ki, konfransın tarixi və ədəbi janrlar, təsvir üsulları, ədəbi mətnlərdə tarixin təsviri formaları, keçid dövründə ədəbiyyat və tarix, mifoloji qatda tarix, tarix və istorioqrafiya, dil tarixin mənbəyi kimi bölmələri üzrə keçiriləcək iclaslarında müxtəlif mövzularda məruzələr dinləniləcək.
K.Abdullayev konfrans çərçivəsində, həmçinin, universitetdə xarici qonaqlar tərəfindən ustad dərslərinin və “dəyirmi masa”ların da keçiriləcəyini diqqətə çatdırıb.
Konfransın plenar iclasında BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, filologiya üzrə elmlər doktoru, professor Rəhilə Qeybullayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, tarix və ədəbiyyatın ümumi və fərqli xüsusiyyətlərini səciyyələndirib.
R.Qeybullayeva tarixin yazılma formalarını, müxtəlif xalqların keçid dövrlərini və “tarix” və “histori” sözlərinin etimologiyasını, tarix və ədəbiyyat terminlərinin müxtəlif xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib. Onun sözlərinə görə, konfransın materialları kitab şəklində nəşr olunacaq.
Tədbirdə Viskonsin-Medison Universitetinin dosenti Maks Statkiyeviçin (ABŞ) “Əvvəldən nə olmuşdu: ədəbiyyat tarix və mif arasında vasitəçi kimi” və Türkiyənin Boğaziçi Universitetinin professoru Suat Karantayın “Səyahət yaddaş forması kimi: Monteqyunun türk səfirinin məktubları” mövzusunda və digər qonaqların məruzələri dinlənilib.
V Beynəlxalq Elmi konfrans münasibətilə iştirakçıları təbrik edən Osaka Universitetinin (Yaponiya) professoru Takayuki-Yokota Murakami prof. K.M.Abdullayevin yapon dilinə tərcümə olunmuş və bu uzaq ölkədə işıq üzü görmüş “Sehirbazlar dərəsi” kitabını müəllifə təqdim etdi.
Tədbirdə Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, professor Caspal K. Singh (ABŞ), Hüseyn Səbuhi (İran), Sergey Sokolov (Rusiya ), Lyudmila Bejenaru (Rumıniya), Vera Oçxeli (Gürcüstan), Rafi Beyykhanov (İsrail) və başqaları çıxış edərək konfransın əhəmiyyətindən söhbət açıblar. Dekabrın 21-də başa çatacaq konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzular ətrafında geniş diskussiyalar aparılır. Həmçinin, konfransda iştirak etmək üçün Bakıya gələn qonaqlar paytaxtımızın tarixi və mədəniyyət abidələri, görməli yerləri ilə tanış olmaq imkanı da qazanacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17

