2013-cü ildə “İlin Xəzər dövlət adamı” - Prezident İlham Əliyev
07.12.2013 [09:29]
Bu seçim, bir tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun Xəzər hövzəsinin strateji təhlükəsizliyinə mühüm töhfələr verməsi ilə əlaqədardırsa, digər tərəfdən, Azərbaycanın regionda həyata keçirilən transmilli layihələrdə liderlik rolunu uğurla icra etməsinə görədir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülüb.
Dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunub. “İlin Xəzər dövlət adamı” mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülməsi təsadüfi xarakter daşımır. Bu, bir tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun Xəzər hövzəsinin strateji təhlükəsizliyinə mühüm töhfələr verməsi ilə əlaqədardırsa, digər tərəfdən, Azərbaycanın regionda həyata keçirilən transmilli layihələrdə liderlik rolunu uğurla icra etməsinə görədir. Bütövlükdə, sadalanan məsələləri daha yaxşı anlamaq üçün bir-biri ilə kompleks surətdə bağlı olan bir neçə məsələyə toxunmaq lazımdır.
Azərbaycan Cənubi Qafqaz regionu və Xəzər hövzəsinin strateji təhlükəsizliyinə mühüm töhfələr verir
İlk növbədə bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın, Xəzər strateji hövzəsinin təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın, həmçinin, Xəzər hövzəsinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Başqa sözlə, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların-dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Digər tərəfdən, Prezident İlham Əliyevin liderliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Regionda gerçəkləşdirilən bütün regional layihələr, demək olar ki, tranzit və istehsal nöqteyi-nəzərindən Xəzər hövzəsi ilə əlaqədardır və bu layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunun, Xəzər hövzəsinin aparıcı milli aktoru kimi çıxış edir.
Xəzər regionu - transmilli strateji əməkdaşlıq mərkəzi
Qeyd etdiyimiz kimi, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü demişdir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi dünyanın, demək olar ki, bütün analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir ipək yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”
Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyənin Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.
Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvili də öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.
Bundan başqa, BTƏ, TANAP və TAP kimi layihələr də Azərbaycanın Xəzər regionunun təhlükəsizliyində hansı əhəmiyyətə malik olduğunu ifadə edir.
Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyində mühüm faktor kimi...
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir. Bu, bütövlükdə, qlobal məsələ kimi dəyərləndirilməlidir. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir.
Avropa isə Xəzər regionunun, dolayısıyla, özünün təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir.
Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
“İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlen “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində bildirir ki, Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirən təməl faktor bu ölkənin müstəqil və tarazlı enerji siyasəti yeritməsi ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur”.
Nəticə etibarilə, sadalanan bütün bu nailiyyətlər Prezident İlham Əliyevin 2013-cü ildə “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülməsini şərtləndirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

