Azərbaycan korrupsiyaya qarşı mübarizədə yüksək nəticə göstərib
06.12.2013 [09:28]
Zakir Qaralov: Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir
AzVision.az saytı Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun müsahibəsini təqdim edir:
- “Transparensy İnternational” təşkilatı tərəfindən 2013-cü il üçün Korrupsiya qavrama indeksi açıqlanaraq ictimaiyyətin müzakirəsinə verilib. Azərbaycanla bağlı builki indeksə münasibətiniz necədir?
- Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavrama indeksində Azərbaycan keçən illə müqayisədə xeyli, yəni 12 pillə irəliləyib, eyni zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən yüksələrək 28 olub. Əgər keçən ilin hesabatı üzrə də ölkəmizin əvvəlki illə müqayisədə 4 pillə irəlilədiyini nəzərə alsaq bu zaman indeksdə son illər Azərbaycanla bağlı dinamikanın müsbət olduğunu görmüş olarıq. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir və indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə Azərbaycan Respublikası son 13 ilin ən yüksək nəticəsini göstərib.
Qeyd etmək istərdim ki, 2013-cü ilin Korrupsiya qavrama indeksi üzrə müsbət nəticələri “Transparency İnternational” təşkilatının bu ilin iyul ayında “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olması barədə ölkəmizin göstəricilərinin məntiqi davamı kimi də qiymətləndirmək olar. Belə ki, “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə Azərbaycanda respondentlərin 68 faizi dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu bildirib ki, bu da dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksək olub.
- Cənab Baş prokuror, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişin əsas amilləri hansılardır?
- Xüsusi olaraq vurğulamaq istərdim ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti olmaqla Onun təşəbbüsü ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşıb, mühüm institusional tədbirlər həyata keçirilib.
Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hazırlanmış “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı” qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hüquqi zəmin yaratmaqla uğurla icra edilib. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına müvafiq olaraq ixtisaslaşdırılmış qurumlar - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təsis edilib, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq-mühafizə orqanları və antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulub, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Həmçinin, iqtisadi və sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və sosial rifahının gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilib.
Dövlət başçısı cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini bir daha nümayiş etdirərək 5 sentyabr 2012-ci il tarixdə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair Sərəncam imzalayıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
- 2013-cü ilin Korrupsiya qavrama indeksində Azərbaycanın 12 pillə irəliləməsini uğurlu nailiyyət hesab etmək olarmı?
- Belə müsbət nəticələr bizim üçün gözlənilməz deyildi. Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Lakin qeyd etmək yerinə düşər ki, 2013-cü ilin Korrupsiya qavrama indeksində əks olunan göstəricilər reallıqda mövcud olan daha uğurlu nəticələri tam əks etdirmir. Bunun səbəbi “Transparensy İnternational” təşkilatının istinad mənbələri olan bəzi təşkilatların qeyri-obyektiv siyasi baxışları, o cümlədən “Freedom House” kimi qurumların ölkəmizə münasibətdə ikili standartlara yol verməsi olub. Lakin belə qurumların qeyri-obyektiv münasibəti belə ölkəmizə münasibətdə müsbət nəticələrə ciddi təsir göstərə bilməyib. Eyni zamanda, vurğulanmalıdır ki, digər qurumlar məsələn Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyərək 46-cı sıraya yüksəlib.
Ümumiyyətlə, hər bir ölkənin iqtisadi inkişafı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təhlil olunur və obyektiv faktlara əsaslanan bu təhlillər sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliliyinə görə 39-cu yerdədir. Dünya Bankının və Beynəlxalq maliyyə korporasiyasının elan etdiyi “Doing Business 2013” hesabatında ölkəmiz 185 ölkə arasında 67-ci yeri tutaraq 118 ölkəni qabaqlayıb.
Əldə edilmiş nailiyyətlərin əsası kimi beynəlxalq mexanizmlərin uğurlu tətbiqi, mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikası beynəlxalq konvensiyaların tətbiqini tam şəkildə təmin etmək məqsədilə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında “ Konvensiyasının 5, 6, 10, 12-ci maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Konvensiyanın Əlavə Protokoluna Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən 2012-ci il 29 iyun tarixdə Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanununu imzalaması bu beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verib. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə ofisi ilə birgə BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyanın implementasiyası istiqamətində uğurlu əməkdaşlığa başlanılıb. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur. 23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsini müvəffəqiyyətlə keçən ilk ölkə olub.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planlarının icrası ölkəmizdə dövlət orqanlarının şəffaflıq, açıq hökumət prinsipləri əsasında idarə edilməsini və korrupsiyanı istisna edən idarəçilik mühitinin yaradılmasını təmin edir. Bunların sırasına elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri də daxildir.
Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tərkibində “Asan xidmət” Mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Bu mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir.
Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin ediılməsi məqsədilə yaradılıb, prokurorluq orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli forması olan “161” nömrəli “Qaynar xətt “ əlaqə mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilib, eyni zamanda, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat axtarış səlahiyyətlərinin verilməsindən sonra latent xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi istiqamətində tədbirlər daha da gücləndirilib.
Cari ilin noyabr ayının 22-23-də Panamada keçirilmiş BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Konfransının 5-ci sessiyasında qəbul edilmiş tərəqqi hesabatında Azərbaycan Respublikası qarşılıqlı hüquqi yardımın həyata keçirilməsini müvəffəqiyyətlə təmin edən 8 ölkə sırasında xüsusi vurğulanıb.
- Cənab Baş prokuror, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
- Ölkə başçısı cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamları ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən mühüm konseptual sənədlərdir. Bu sənədlərdən irəli gələn vəzifələrin icrası üçün dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin səmərəliliyinin artırılması, korrupsiya və süründürməçiliyin qarşısının alınması məqsədilə, elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Elektron xidmətlər korrupsiyanın, məmur özbaşınalığının, süründürməçilik hallarının qarşısını alınması, şəffaflığın, hesabatlılığın, operativliyin, səmərəliliyin təmin edilməsində mühüm vasitələrdən olmaqla çevik idarəçiliyin uğurlu formuludur.
Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar “İnformatorların (korrupsiya halları haqqında məlumat verən şəxslərin) müdafiəsi haqqında” Qanun layihəsi, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vəzifəli şəxslərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması, şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə təkliflər və bununla əlaqədar qanunvericiliyə dəyişiklik və əlavələr edilməsi barədə qanun layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində, Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar verib. Cənab Prezident korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulayıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd edib, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan edib. Dövlət başçısı, həmçinin, bu sahədə mövcud bütün beynəlxalq qurumlar, o cümlədən, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı müsbət qiymətləndirərək, daha mühüm nailiyyətlər əldə olunmasının vacibliyini bildirib. “Asan xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilərək bölgələrdə mütəmadi qaydada işləməsi, ən mütərəqqi təcrübənin tətbiqi, prioritet vəzifələr sırasında vurğulanıb. Profilaktik tədbirlər, maarifləndirmə, iqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesinin uğurla başa çatdırılması mühüm hədəflər kimi qeyd olunub.
Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə istiqamətində işlər eyni intensivliklə bundan sonra da daha qətiyyətli şəkildə davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

