Xəbər Agentliklərinin IV Dünya Konqresi Ər-Riyadda öz işini davam etdirir
21.11.2013 [09:49]
Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 19-da Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində öz işini davam etdirib.
Xəbər verdiyimiz kimi, Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press, Tomson Röyters, Çinin Sinxua, Yaponiyanın Kyodo, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Almaniyanın DPA, Misirin MENA, Argentinanın TELAM, Koreya Respublikasının YONHAP, İndoneziyanın ANTARA agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY-Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.
Azərbaycanı konqresdə AzərTAc informasiya agentliyi təmsil edir.
“Strategy-Entertainment & Media Price Water House Coopers” şirkətinin tərəfdaşı Nick Corcun rəhbərliyi ilə keçirilən ilk panel iclasında “Dünyada medianın mənzərəsinə baxış” mövzusu müzakirə olunub. Böyük Britaniyanın Press Assoşieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşal qlobal medianın üzləşdiyi problemlərdən danışıb, bu konqresin müasir mətbuatın qarşılaşdığı çətinlikləri müzakirə edib həlli yollarını tapmaq üçün yaxşı platforma olduğunu deyib.
Bu panel çərçivəsində keçirilən birinci sessiyaya Avstraliyanın Assoşieyted Press agentliyinin baş icraçı direktoru Brus Devidson moderatorluq edib. Sessiya “İnformasiya bazarında yeni məhsullar və xidmətlər” mövzusuna həsr olunub. Röyters Media Agentliyinin icraçı direktoru Stiven Şvarts, İspaniyanın EFE Agentliyinin prezidenti və baş icraçı direktoru Xose Antonio Vera, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, ABŞ-ın məşhur Assoşieyted Press Agentliyinin prezidenti və baş direktoru Qarri Pruit, Fransanın Frans-Press Agentliyinin prezidenti və icraçı direktoru Emmanuel Hoq sessiyada çıxış edərək mövzu ilə bağlı maraqlı fikirlər bildiriblər. Onlar xəbər agentliklərinin fəaliyyətlərində müvəffəqiyyət qazanmaq üçün əsas məsələləri diqqətə çatdırıblar. Qeyd edilib ki, indi xəbər hazırlanmasında mətn kifayət deyil. Fotolara və videoxəbərlərə də ehtiyac var. Ancaq videoxəbərlər də ayrı-ayrılıqda kifayət deyil. Bütün bu məhsullar arasında sinxronlaşma aparılmalıdır. E.Hoq maraqlı fikir söyləyərək deyib: “Hamı baş verən anda hər hansı bir hadisədən xəbər tutur. Amma nəzərdən qaçırmamalıyıq ki, burada hadisənin necə baş verməsini, tarixçəsini bilmək zəruridir. Bax elə burada da jurnalist işinin keyfiyyəti üzə çıxır. Başqa mənbələrin sahibləri ilə əməkdaşlıq artıq başlamışdır. İnformasiya strateji məsələdir”.
Natiqlər xəbər agentliklərinin qarşısında duran çağırışlardan danışıb, medianın problemlərinin həlli yollarını diqqətə çatdırıblar.
Həmin gün Assoşieyted Press Agentliyinin sosial media redaktoru Erik Karvinin moderatorluğu ilə keçirilmiş ikinci sessiyada “Sosial media və digər rəqəmsal informasiya platformaları” mövzusu ətrafında maraqlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən dünyanın internet üzrə böyük şirkətlərindən Yahoo-nun Yaxın Şərq və Afrika üzrə media rəhbəri Məhəmməd Sabe, Böyük Britaniyanın MSN agentliyinin sosial media şöbəsinin rəhbəri Darren Votters, Google şirkətinin Yaxın Şərq və Şimali Afrika regionu üzrə qlobal kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri xanım Maha Abuleneyn sosial medianın ənənəvi xəbər agentliklərinin qarşısında yaratdığı çağırışlar və onlara uğurla cavab vermək yolları, xəbərlərin hazırlanmasında qərəzsizlik meyarını əsas tutmaq, fotoların kontentə uyğun seçilib yayılmasında peşəkarlığa üstünlük verilməsinin zəruriliyi barədə fikirlərini bölüşüblər.
Maraqlı müzakirələr şəraitində keçən sessiyadan sonra konqres iştirakçıları üçün Ər-Riyad yaxınlığındakı tarixi yerlərə səfər təşkil edilib. Bədəvi ərəb musiqisi, adət-ənənələri, milli ərəb mətbəxi ilə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.
Konqres işini davam etdirir.
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

