Azərbaycan Prezidentinin Münxenə və Belqrada səfəri xarici KİV-lərin diqqət mərkəzində
18.02.2026 [10:31]
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı bir sıra ölkələrin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Ukraynanın aparıcı media orqanları Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakına, keçirdiyi görüşlərə və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
“Ukrinform” dövlət informasiya agentliyi, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “UNİAN”, “Cenzor”, “Gordon”, “Ukrainska Pravda”, “24tv.ua”, “Korrespondent” və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Rusiya tərəfindən Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarına, səfirliyinə hücumlarına dair fikirlərinə, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüş yer alıb.
Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan bu il Ermənistanla ikitərəfli sülh müqaviləsi imzalamağa ümid edir. Lakin bu, Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən asılıdır. Ötən ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə sülh əldə edilməsindən sonra ölkələr iqtisadi əməkdaşlığı bərpa etməyə başladılar və heç bir insident yaşamadılar.
Məqalələrdə, həmçinin dövlətimizin başçısının açıqlamasına istinada yazılır ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb. “Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi”, - deyə məqalələrdə Prezident İlham Əliyevin fikirləri qeyd edilib.
Ukrayna mediasında, həmçinin Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün əhəmiyyəti də qeyd edilib.
Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı isə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına müsahibəsinə dair məqalə dərc edib. Məqalədə dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə dair fikirlərinə geniş yer verilib. Prezident İlham Əliyevə istinadla yazılır ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi bir sənəd imzalaması münaqişənin bitdiyini göstərir və tərəflər sülh dövrünə qədəm qoyublar. O vaxtdan altı aydan çox vaxt keçib və Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Azərbaycan həmçinin Ermənistanı çox vacib neft məhsulları ilə təchiz etməyə başlayıb.
Məqalədə daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd edilir ki, yekun sülh müqaviləsi imzalanmadan əvvəl müəyyən rəsmiyyətlər yerinə yetirilməlidir. Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları ilə bağlı ifadənin aradan qaldırılması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Münasibətlərin normallaşdırılması ilə rəsmi sülh müqaviləsi ayrılmalıdır, çünki normallaşma artıq baş verir və bütün müsbət irəliləyişlər buna işarə edir. Lakin, çoxdan, Qarabağın işğalı zamanı qəbul edilmiş Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var və orada Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın birləşməli olduğu bildirilən bənd var. Bu, Azərbaycana qarşı ərazi iddiasıdır və dəyişdirilməlidir.
“Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq”, - məqalədə dövlətimizin başçısının sitatları yer alıb.
Prezident İlham Əliyevin geniş tərkibli heyətlə Serbiyaya rəsmi səfəri, burada keçirilmiş görüşlər və əldə edilmiş razılaşmalar isə Serbiya mətbuatı tərəfindən geniş işıqlandırılıb. TANYUQ və Beta xəbər agentlikləri, RTS telekanalı, Belqrad Radiosu, “Politika”, “Blits”, “İnformer” gündəlik qəzetləri, eləcə də aparıcı xəbər saytları iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi, xüsusilə energetika, infrastruktur və iqtisadi sahələrdə birgə layihələr müzakirə olunduğundan bəhs ediblər.
Serbiya mediasının məlumatına görə, səfər çərçivəsində dövlət başçılarının işgüzar naharı təşkil olunub və bu zaman əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident Vuçiç bildirib ki, iki ölkə arasındakı münasibətlər tarixən dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır və birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin mövcuddur. Görüşdə energetika sahəsində əməkdaşlığın artırılması xüsusi diqqət mərkəzində olub. Prezident Vuçiç bildirib ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər və qarşılıqlı fikirlər energetika layihələrinin həyata keçirilməsinə yönəlib.
Bundan başqa, serb mediası Prezident Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə gələcək iqtisadi və infrastruktur layihələrini də müzakirə etdiyini yazır. Bu çərçivədə tərəflərin qarşılıqlı faydalı investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini də müzakirə etdiyi vurğulanır. Prezident Vuçiç Azərbaycanı dost və strateji tərəfdaş kimi səciyyələndirib, gələcək əməkdaşlıq istiqamətlərinin müxtəlif sahələri - xüsusilə iqtisadiyyat, energetika, infrastruktur və digər önəmli sektorları əhatə edəcəyini vurğulayıb.
Dövlət başçılarının birgə mətbuat konfransında səsləndirilən fikirlər də mətbuatda geniş əks olunub. Bildirilib ki, tərəflər arasında indiyədək 57 əməkdaşlıq sənədinin imzalanması, Strateji Tərəfdaşlıq Şurasının iclasının baş tutması və müxtəlif sahələr üzrə yeni sənədlərin mübadiləsi də strateji tərəfdaşlığın dərinliyinə dəlalət edir. Media məlumatlarında, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və ikitərəfli müzakirələr Azərbaycan-Serbiya əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56

