Bakıda MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı keçirilir
16.11.2013 [10:03]
Noyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Maliyyə-Bank Şurası Azərbaycan Beynəlxalq Bankının, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı işinə başlayıb.
AzərTAc xəbər verir ki, konfrans “MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır” mövzusuna həsr olunub.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Bakı konfransının MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini deyib. Qeyd edib ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Bakı konfransı Birlik dövlətlərinin və uzaq xarici ölkələrin ən iri maliyyə, bank və investisiya təsisatlarının rəhbərlərini bir yerə toplayır. Bugünkü konfransda aktual məsələlərin müzakirə olunacağını diqqətə çatdıran C.Hacıyev tədbirin əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini deyib. Bildirilib ki, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxış edərək böhranla bağlı tənzimləyici orqanların rolundan danışıb. Məlumat verib ki, AMB-ın gördüyü lazımi tədbirlər nəticəsində milli bank sektorunda ciddi gərginlik baş verməyib və hazırda sektorda davamlı artım müşahidə olunmaqdadır. Belə ki, böhran və post-böhran dövründə bank aktivlərinin orta illik artım tempi 16 faiz olub, məcmu kredit portfeli 20 faiz artıb. Azərbaycan bank sektorunda böhran dövründə depozitlərin artımı baş verib. Hazırda dünyada tənzimləyici orqanlar tərəfindən maliyyə-bank sektoru ilə işin qurulması prinsiplərinin dəyişməsi zəruridir və AMB artıq banklarla işini qabaqlayıcı tədbirlər əsasında qurur.
Goldman Sachs İnternational Advisers şirkətinin sədri Robert Zelik qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. Hazırda bütün ölkələr qlobal çağırışlarla üz-üzədir. Hazırkı dövrdə ötən əsrin 80-90-cı illərindəki böhran gözlənilmir, bu da həm bank, həm də maliyyə sistemlərinin daha müasir texnologiyalardan istifadə etməsi ilə izah olunur.
MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Son 10 ildə ölkə iqtisadiyyatına böyük miqdarda sərmayə yatırılıb. Cənubi Qafqazda ÜDM-nin 82 faizinin Azərbaycanın payına düşdüyünü deyən A.Kazakov qeyd edib ki, Azərbaycan hazırda Cənubi Qafqazın əsas maliyyə mərkəzidir. Bakıda keçirilən MDB ölkələrində iqtisadiyyatın daha sürətlə inkişaf etdirilməsi, onun şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı platformadır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışında Azərbaycanın maliyyə sisteminin qlobal böhran zamanı sabit inkişaf tempi göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, maliyyə resursları kiçik biznes sahibləri üçün də əlçatan olmalıdır. Azərbaycanda bu amilə böyük diqqət yetirilir.
Konfransda dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti məsələləri, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, regional, xüsusən də Xəzəryanı regionların inkişaf perspektivləri, MDB məkanında iqtisadi proqramlar, habelə digər aktual məsələlər müzakirə olunub.
Konfrans işini plenar iclaslarla davam etdirib.
Plenar iclaslarda MDB iqtisadiyyatlarının inkişaf sürətinin azalması şəraitində maliyyə təsisatlarının artım ehtiyatları, Birlik ölkələrinin maliyyə sektorunun investisiya cazibədarlığının artırılması amilləri, maliyyə təsisatlarının səmərəliliyinin yüksəldilməsində insan kapitalının rolu və s. məsələlərlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransda MDB ölkələrinin maliyyə və bank qurumları, beynəlxalq maliyyə təşkilatları, eləcə də Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir noyabrın 16-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

