Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılıblar
05.11.2013 [09:27]
Noyabrın 3-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının bir qrupu Şəkidə olub.
AzərTAc xəbər verir ki, 135 nəfərlik qrup dünyanın bir sıra ölkələrini, beynəlxalq qurumları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət olub.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq Forum iştirakçılarının böyük marağına səbəb olub. Milli geyimli qızlar sarayın girişində qonaqlara şərbət paylayıblar. Məlumat verilib ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - təqribən 1761-1762-ci illərdə tikilib. Üç yüz kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Qonaqların diqqətinə çatdırılıb ki, düz 250 ildir ki, Şəki xanlarının sarayı öz bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir. Ötən ilin iyulunda sarayın 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları Forum iştirakçılarında xüsusi maraq oyadıb. Qonaqlar sarayın qarşısında xatirə şəkilləri çəkdiriblər.
Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Məlumat verilib ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilib. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl birinci-bizim eranın birinci əsrləri) aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, həmçinin, məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olub.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleksdə 300-ə yaxın otaq və zirzəmi var. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə Məscidini də ziyarət ediblər.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07

