/ / Senator Riçard Byor yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib
Senator Riçard Byor yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib
02.11.2013 [11:01]
ABŞ senatoru Riçard Byor Senatda çıxış edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Bu yaxınlarda Bakıya səfərindən söz açan senator bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan, habelə regiondakı müttəfiqlərin qarşısında duran mürəkkəb məsələləri müzakirə etmək üçün Prezident İlham Əliyev ilə şəxsən görüşüb. Senator deyib: “Fürsətdən istifadə edərək, Birləşmiş Ştatlara və Amerika xalqına göstərdiyi möhkəm dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına şəxsi minnətdarlığımı bildirdim”.
Senator deyib ki, mərhum Prezident Heydər Əliyev 2001-ci il 11 sentyabr terror aktlarından dərhal sonra dəstəyini bildirmək üçün Prezident Corc Buşa zəng etmiş ilk dövlət rəhbərlərindən biri olub.
Sonra senator R.Byor terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin qorunub saxlanılmasında, habelə ABŞ və NATO materiallarının Azərbaycan ərazisindən keçən tranzit yolla Əfqanıstana göndərilməsində ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycanın rolunu vurğulayıb. Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür, habelə İraqda və Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində əməliyyatlar aparmaq üçün öz əsgərlərini göndərmiş ilk dövlətlərdən biridir.
Senator çıxışını yekunlaşdıraraq deyib: “Cənubi Qafqaz regionunda Azərbaycanın sabitliyi və inkişafı, habelə onun demokratik islahatlara sadiq olması mürəkkəb bir regionda ümid işığı rolu oynayır”.
Senator R.Byor 2005-ci ildən Şimali Karolina ştatını təmsil edir. Daha əvvəl - 1995-ci ildən ABŞ Konqresində elə həmin ştatın 5-ci seçki dairəsini təmsil edib.
Xəbər lenti
Hamısına baxSosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05

