Siyasi kodlar
02.12.2025 [15:46]
Obyektiv mövqedən çıxış edən hər kəs görə bilər ki, ölkənin siyasi həyatı kifayət qədər zəngindir. Xalqın və dövlətin dayanıqlı demokratik ənənələrinin formalaşdırılması prosesində sözügedən amilin əhəmiyyəti əvəzolunmazdır. Ən qərəzli mövqedən çıxış edənlər belə bu faktı dana bilməzlər. Sözügedən məsələdə isə prinsipial məqam ondan ibarətdir ki, təqribən son 5-6 il ərzində ölkənin siyasi proseslərini canlandıran əsas amil bütün çətinliklərə rəğmən aktiv şəkildə təşviq olunan siyasi dialoq mühitidir. Siyasi dialoq mühitinin təşviqi yalnız ali siyasi iradənin təzahürü kimi dəyərləndirilməlidir.
Bu fikirlər politoloq Asif Adilin “Siyasi kodlar” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Bəli, müəyyən hadisələrə qiymət verən zaman bilməliyik ki, Azərbaycanda yaşanan dialoq mühiti məhz iqtidarın təşəbbüsüdür. Siyasi dialoq, sadəcə, proseslərin dinamikliyini artırmır, dialoq mühitinin strateji təyinatı siyasi münasibətlərin sağlamlaşdırılması və yaşana biləcək müxtəlif “stresslərə” qarşı dövlətin immunitetini artırmaqdır. Xatırlayırsınızsa, aktiv siyasi dialoq mühitindən əvvəl ölkənin siyasi həyatında partiyaların təşəbbüsü ilə yalnız qalmaqallar yaşanırdı. Müxalifətin iqtidar ilə rəsmi təmasları isə ancaq xarici qüvvələri təmsil edən beynəlxalq təşkilatlar vasitəsilə baş tuturdu. Bu cür vəziyyətin acı fəsadlarını hamımız xatırlayırıq. Partiyaların ölkədə iğtişaş yaratmaq və hakimiyyəti təsir altına salmaq istəyən qüvvələr ilə əlaqələrinin mövcudluğu səbəbindən cəmiyyətdə onlarla bağlı yalnız mənfi stereotiplər yaşanırdı. Bu səbəbdən də siyasi partiyaların uzun illər ərzində ictimai münasibətlərin küncündə qalması və hətta bir siyasi institut kimi unudulması təsadüfi deyil.
Mövzu ilə bağlı adekvat baxışların formalaşması üçün xüsusi olaraq digər bir siyasi həqiqəti də nəzərə almalıyıq. Ölkədə siyasi sabitliyi həzm edə bilməyən qüvvələrin “qımışmaları” məhz iqtidarın siyasi partiyalar ilə əlaqədar islahatlarının başlanması dövrünə təsadüf edir. Əcəba niyə məhz bu dövrdə? Bəlkə ona görə ki, bu partiyalar uzun illər ərzində həmin qüvvələr tərəfindən təxribat aləti kimi istifadə olunub? Təəssüf ki, bu günlərdə şahidlik etdiyimiz “maraqlı” hadisələr qeyd etdiyimiz fərziyyənin doğruluğunun sübutdur.
Şahidlik etdiyimiz bəzi hadisələrin əsl səbəblərini bilmək üçün biz mütləq siyasi kodlardan danışmalıyıq. Bu kodları açıq şəkildə Prezident İlham Əliyevin mesajlarında görə bilirik. “Kodların” aşkarlanması həm də sahə ilə bağlı dövlət başçısının strateji prioritetlərinin müəyyən olunmasına xidmət edir. Təqribən 5 il bundan öncə, daha dəqiq desək 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev xalqa etdiyi müraciətdə bildirmişdi: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır - dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz”.
Aydın məsələdir ki, Prezidentin bu fikirləri növbəti siyasi koddur. Burada təbii olaraq bir sual yarana bilər: “bəs bu sözlərin əsl təyinatı nədədir?” Ötən müddət ərzində yaşanmış hadisələrə sistemli şəkildə baxdığımız zaman ehtimal edə bilərik ki, dövlətimizin başçısı tərəfindən 5 il öncə yuxarıda qeyd etdiyimiz fikrinin publik şəkildə səsləndirilməsi, ilk növbədə, dövlətin açıq və ciddi xəbərdarlığı idi. Dövlət, xalq və cəmiyyətin rifahı uğrunda müxalifət statusunda legitim şəkildə fəaliyyət göstərmək istəyən bütün vətənpərvər və sağlam qüvvələr Azərbaycanın yeni siyasi konfiqurasiyasının ayrılmaz və önəmli bəndi olacaqlar. Təxribat aləti kimi istifadə olunan siyasi spekulyantlara isə islah olunmaları üçün növbəti dəfə möhlət verildi və sahədə sistemli islahatlar başlanıldı.
Məhz dövlətin təşəbbüsü ilə ölkənin siyasi partiyalar sistemində aparılan islahatlar xainciklərin qımışmasına səbəb olmuşdur. “Bazarı” itirməkdən qorxan siyasi alverçilər təşvişə düşdü və özlərini tamamilə ifşa etdilər. Bununla da ölkənin daxilində dövlətə qarşı olan bütün şəbəkənin ifşa edilməsi mümkün oldu. Yaranmış mənzərəyə kənardan baxan zaman indi tamamilə aydın olur ki, aparılan islahatların strateji məqsədlərindən biri də məhz bu idi. Beləliklə, islahatlar və dialoq mühiti Azərbaycanda dövlətə və dövlətçiliyə qarşı olanları ifşa etdi.
İndi yox, hələ 5 il öncə mövcud istiqamətdə sərt addımlar atılmış olsa idi, təhdid yarada biləcək bütün zənciri müəyyən etmək olduqca çətin vəzifəyə çevrilərdi. Mövcud kontekstin inkişafında biz Prezident İlham Əliyevin 2020-ci ilin 9 oktyabr tarixində səsləndirdiyi növbəti “siyasi kodu” yada salmalıyıq: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Əlbəttə ki, siyasətdə bu cür dəqiq hesablamaların aparılması, sadəcə, peşəkarlığın əlaməti deyil, bu, bir fitri istedaddır. Siyasətdə konkret vəzifənin icrası məqsədilə dəqiq metodun müəyyən olunması kifayət etməz, burada dəqiq zamanın müəyyən edilməsi daha önəmlidir. Prezident İlham Əliyevin dövlət siyasətini səciyyələndirən əsas keyfiyyətlərindən biri də məhz budur.
Siyasətə pənah gətirən boşboğaz demaqoqlar Prezidentin heç bir mesajını unutmamalı və bilməlidirlər ki, onlar unutsalar belə, mesajların müəllifi unutmaz və konkret addımların atılması üçün dəqiq zamanını gözləyər. Bu günlərdə baş verən hadisələrin gedişatı mülahizələrimizin təsdiqidir. Onu da ehtimal etmək olar ki, bu günlərdə radikal düşərgədə yaranmış boşluqdan istifadə etmək istəyənlər olacaq və psevdopatriotların bayrağını ələ keçirmək istəyəcəklər. Bunun üçün isə onlar bəzi xarici dairələrə öz xidmətlərini təqdim etməkdə canfəşanlıq göstərəcəklər. Odur ki, yaxın zamanlarda müxalifət düşərgədə birincilik uğrunda mübarizəyə şahidlik edə bilərik. Əlbəttə, bu mübarizənin əsas aləti yenə də populizm və ucuz demaqogiya olacaqdır. Məhz buna görə hər bir məsuliyyətli vətəndaş öz ayıq-sayğılını qorumalıdır. Cəmiyyətə və millətə xeyirli olmaq istəyənlər isə hər zaman dövlətin yanında olmalıdırlar. Rifah özgə qapılarda axtarılmaz.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

