“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 146-cı kitabı çapdan çıxıb
02.12.2025 [15:09]
Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən, çox genişdir. Mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 146-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ona ünvanlanan COP29-un irsini necə görməsi, təəssüratlarını bölüşməsi barədə sualı cavablandırarkən söyləyib. Dövlətimizin başçısının həmin Forumun iştirakçıları ilə görüşünə aid materiallar, dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarına verdiyi cavablar 146-cı kitabda yer alıb. Ümumiyyətlə, çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin iyun-iyul aylarını əhatə edir.
Bu nəşrə Prezident İlham Əliyevin iyun ayında Türkiyəyə işgüzar səfərinə, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında iştirakına dair informasiya, həmin tədbirdə çıxışının mətni də daxil edilib.
Oxucular yeni kitabda Prezidentin iyun ayında Yevlax rayonuna səfəri, Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanışlığı, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılış mərasimlərində iştirakı haqqında materiallarla tanış ola bilərlər. Prezident iyun ayında Goranboy rayonunda “Konstralab Induastries” QSC-nin tikinti materialları müəssisəsinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı Mingəçevirdə isə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti, Çinin “Dongfang Electric International Corporation” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq ilə görüşüb, “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib. Bütün bunlar haqqında məlumatlar 146-cı kitabda verilib.
Çoxcildliyin bu kitabında iyulun 2-də Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü, liderlərin Bakıda “Özbəkistan” parkının təməlini qoymaları, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 2-ci iclasında iştirak etmələri, iki dövlət arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi haqqında məlumatlar, prezidentlərin birgə mətbuata bəyanatlarla çıxışlarının mətnləri, dövlət başçılarının Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində iştirakı, Xəzər dənizinin sahilində “Sea Breeze” istirahət mərkəzini ziyarət etmələri haqqında informasiyalar yer alıb. Prezident İlham Əliyev iyulun 3-də Qarabağ bölgəsinə səfər edib, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub, Zəfər parkında görülən tikinti işləri ilə tanış olub, Xankəndidə Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Dövlətimizin başçısı, həmçinin “Xankəndi” Biznes Mərkəzinin, Xankəndi Konqres Mərkəzinin açılış mərasimlərində iştirak edib, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. İyulun 3-də Azərbaycan və Özbəkistan prezidentləri Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Business Tex JV” tikiş fabrikinin fəaliyyəti ilə də tanış olublar. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimində iştirak ediblər. İyulun 4-də isə dövlətimizin başçısı Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş görüşüb, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edib. Bütün bunlar haqqında informasiyalar 146-cı kitabda verilib.
Yeni nəşrdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənələr” mövzusunda ikinci iclasının, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin, “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın, “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun və digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri də verilib.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

