Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
18.10.2013 [09:22]
Oktyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə MSK-nın 13 oktyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Bu barədə məlumat verilərkən bildirilib ki, müraciətlərdən biri “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilib. Ərizəçi 33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrinin heç birində səsvermə günü protokolların tərtib edilməsində qanunvericiliyin tələblərinə əməl olunmamasına baxmayaraq, həmin hal üzrə vermiş olduqları şikayəti təmin etməyən seçki dairəsinin müvafiq qərarının ləğv edilərək mahiyyəti üzrə yeni qərarın qəbul olunmasını xahiş edib.
MSK-nın iclasında qeyd olunub ki, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunub ki, həmin dairə üzrə seçki məntəqələrində protokolların qanunvericiliyin tələblərinin pozulması ilə tərtibinə dair iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin edilməməlidir. Araşdırma prosesində iştirak etmiş şikayətçi Mustafa Hacılının araşdırmaya sübut kimi təqdim etdiyi, onun və məşvərətçi səs hüquqlu üzv Qulamova Zərifə Yusif qızının adından imzalanmış, ümumi xarakterli yeganə akt bütün seçki məntəqələrində baş verməsi iddia olunan hallarla bağlıdır. İki nəfərin 35 seçki məntəqəsində eyni vaxtda olmaları və bu və ya digər qanun pozuntularını rəsmiləşdirmələrini təsəvvür etmək belə asan olmadığından həmin aktın hər hansı sübut əhəmiyyəti daşıyan sənəd kimi qəbul edilməsi mümkün deyildir. Eyni zamanda, araşdırma prosesində mübahisələndirilən hallara dair Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq seçki dairəsini əhatə edən seçki məntəqələrində səsvermə günü müşahidə aparmış 113 nəfər müxtəlif statuslu şəxslərdən alınmış izahatlarda iddia edilən hallar öz təsdiqini tapmayıb, əksinə prosesin tamamilə qanunvericiliyin tələblərinə tam cavab verdiyi müəyyən olunub. Həmin şəxslər arasında müxtəlif qüvvələrin, o cümlədən “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun təmsilçiləri, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müşahidə Missiyasının və digər beynəlxalq qurumların missiyalarının üzvləri də olublar. Onlar qeyd edilən seçki məntəqələrində seçki prosesini əvvəldən axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun doldurulmasını müşahidə etdiklərini və bu zaman heç bir qanun pozuntusuna rast gəlmədiklərini, habelə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra seçki məntəqəsini tərk etdiklərini bildiriblər. Bütün bunları nəzərə alan MSK sözügedən müraciətin əsassız olduğundan təmin edilməməsini və 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının (DSK) qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını qərara alıb.
Növbəti müraciət də prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilib. O, Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayaraq 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasına dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçkinin ləğv edilməsi barədə şikayət verildiyini və onunla əlaqədar komissiyanın qəbul etdiyi protokol- qərarın ləğvini və mahiyyəti üzrə qərar qəbul olunmasını xahiş edib.
MSK-nın iclasında vurğulanıb ki, “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun sözügedən seçki məntəqələrindəki məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçiləri səsvermə başa çatanadək qanun pozuntusu barədə heç bir irad bildirməyiblər. Dairə seçki komissiyasında protokolların qəbul edilməsi prosesini müşahidə etmiş ATƏT-in Seçki Müşahidə Missiyasının nümayəndələri tərəfindən də məntəqə seçki komissiyalarının protokolları təhvil verilənədək komissiya sədrlərinin DSK-ya gəlib getmələri ilə bağlı hər hansı bir faktın olması qeyd edilməyib. Ekspert qrupunun üzvü belə nəticəyə gəlib ki, şikayətçinin müraciətdə göstərdikləri əsassızdır.
Bundan əlavə, sözügedən məsələ ilə bağlı dairə seçki komissiyası tərəfindən qərarın qəbul edilməsi, əsaslandırılması və tərtib olunmasında prosessual pozuntuya yol verilməsi müəyyən edilib. Ona görə də həmin protokol üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməlidir. Şikayətçinin DSK-nın araşdırması ilə razılaşmamasını və mahiyyəti üzrə qərar qəbul edilməsi xahişini nəzərə alaraq yeni araşdırma aparılıb.
MSK qərara alıb ki, qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılının sözügedən müraciəti qismən təmin edilsin. Bundan əlavə, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının qeyd edilən qərarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından etibarsız hesab edilməsi barədə qərar çıxarılıb. Müraciətin 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi də qərara alınıb.
MSK cari məsələlərə də baxıb.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

