Həmrəylik forumu...
27.11.2025 [10:54]
Türk dövlətləri QHT-lərinin forumu cəmiyyətlərimiz arasında birliyi daha da gücləndirəcək
Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanır. Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Lakin 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb. Bütün bunların fonunda Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasəti xüsusi vurğulanmalıdır. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi və geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir.
Azərbaycanın təşəbbüsləri TDT-nin güclənməsinə xidmət edir
Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım Türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm verib və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Dövlətimiz TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir.
Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar türk dünyasının dünyaya qlobal güc kimi təqdim olunması yönündə atılan addımlardır. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantları keçirilir. Təqdirəlayiq haldır ki, TDT ölkələrinin vətəndaş cəmiyyətinin təmsilçiləri də fəal əməkdaşlıq niyyətini nümayiş etdirir. Noyabrın 24-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk dəfə bir platformada toplaşması bunun göstəricisidir. Yəni, TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun keçirilməsi çox vacib hadisədir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirak etməsi özlüyündə tədbirin önəmindən xəbər verir.
Türk dövlətlərinin QHT-ləri Naxçıvanda
Noyabrın 25-də isə TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu Naxçıvan şəhərində davam edib. Forumda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır. Onun sözlərinə görə, ötən üç il ərzində Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov isə bildirib ki, 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər”. Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın”. Daha sonra forum panel müzakirələrlə davam edib.
Mənəvi bağlar möhkəmlənir
Qeyd edək ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə olaraq üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu da bu istiqamətdə atılmış mühüm addımdır.
Əlbəttə, türk dövlətlərinin cəmiyyətlərinin sıx əməkdaşlıq təşəbbüsləri birliyimizi daha da gücləndirir. Dövlət səviyyəsində aparılan siyasətlə yanaşı, xalqlarımızın və cəmiyyətlərimizin həmrəylik təşəbbüsləri türk dünyasını mənəvi bağlarla daha da birləşdirir. Dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Bu baxımdan, TDT-yə üzv ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinin həmrəylik forumu böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 Noyabr 12:33
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54

