Siyavuş Novruzov: Cəmil Həsənli Azərbaycana qayıtmayacaq
15.10.2013 [09:36]
“Cəmil Həsənli Azərbaycandan gedib. Bizə qabaqcadan da bəlli idi ki, Cəmil Həsənli ona verilən tapşırığı yerinə yetirdikdən sonra aradan çıxacaq”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, C.Həsənli müəyyən dairələrin maraqlarını burada təmsil edib: “Böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul oldu. Bunu Azərbaycan xalqı da başa düşdü ki, onun seçki kampaniyası şər, böhtan xarakteri daşıyır. Seçkinin nəticəsi göz qabağındadır. Xalq İlham Əliyevi seçdi, dəstəklədi və növbəti beş il üçün ölkənin Prezidentini müəyyənləşdirdi. Bu baxımdan artıq Cəmil Həsənlinin başqa variantı qalmadı. O, Azərbaycana qayıtmayacaq”.
Millət vəkili C.Həsənlinin bir daha Azərbaycana qayıtmayacağını belə əsaslandırıb: “Birincisi, nəzər salsaq, görərik ki, onun ətrafındakıların heç biri Azərbaycanda yaşamır, hamısı xaricdədir. Yalnız özü burda idi, o da getdi. Yüz faiz qayıtmayacaq”.
S.Novruzovun sözlərinə görə, C.Həsənli Avropada erməni qüvvələrindən istifadə edərək Azərbaycanın haqq işini müdafiə edən bəzi qurumları, təşkilatları şantaj edəcək: “Çünki Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in digər strukturları, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin ədalətli, azad, demokratik və şəffaf olduğunu bəyan edib. Cəmil Həsənli orada ermənilərlə birləşib həmin bu qurumları şantaj eləməklə məşğul olacaq. Necə ki, keçirdikləri mitinqdə istər İsası, istər Əlisi, istərsə də Cəmili bunu etdi”.
S.Novruzov müxalifətin yanıldığını da qeyd edib: “Avropada, Asiyada, Afrikada, Amerikada artıq bunları yaxşı tanıyırlar. 20 ildən çox müxalifətçilik edən bu insanlar artıq tarixin arxivinə getməlidirlər. Bunlar erməni qüvvələri, onları təmsil edənlərdən başqa nə Azərbaycan xalqına, nə də demokratik dünyaya lazımdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

