/ / Brüsseldə Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib
Brüsseldə Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib
28.10.2025 [10:46]
Qərbi Azərbaycan İcması və Fransanın “CAP Freedom of Conscience” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Brüssel şəhərində “Beynəlxalq hüquqda qayıdış hüququ” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa məkanında Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hüququna həsr edilmiş 120 nəfərin iştirak etdiyi konfransın işində Belçika, Fransa, Birləşmiş Krallıq, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə mütəxəssislər, tədqiqatçı, siyasi və ictimai xadimlər çıxış ediblər. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması da daxil olmaqla müxtəlif məsələlərə toxunulub, qayıdış hüququnun fundamental hüquqlardan biri kimi beynəlxalq hüquqda təsbit olunduğu vurğulanıb.
Konfrans çərçivəsində iki panel müzakirəsi təşkil edilib. Beynəlxalq hüquqda qayıdış hüququ anlayışının ortaya çıxması, inkişafı və beynəlxalq hüquqda mülkiyyət və mədəni mirasın qorunması ətrafında müzakirələr aparılıb.
Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli konfrans iştirakçılarına təmsil etdiyi qurumun yaranması, fəaliyyətinin əsas istiqamət və hədəfləri barəsində məlumat verərək, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. O, çıxışında Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasət nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib.
İdarə Heyətinin sədri çoxsaylı müraciətlərə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb, İcmanın Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əminamanlıq və birgəyaşayışı dəstəklədiyini, avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb.
Konfransda, həmçinin Qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Bundan əlavə, Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı materiallar iştirakçılara paylanıb.
Konfrans işini iştirakçıların mövzuya dair sualları ətrafında davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 22:15
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30

