Beynəlxalq Diaspor Mərkəzi İlham Əliyevin namizədliyini dəstəkləyir
20.09.2013 [10:50]
Beynəlxalq Diaspor Mərkəzi (BDM) prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.
BDM-dən “Trend”-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında inkişaf etməkdədir: “Cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakın təmin edilməsi, diasporumuzun potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində işlər aparılır. Bu siyasətin reallaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə diaspor sahəsində dövlət proqramları həyata keçirilir və bu istiqamətdə Azərbaycanın milli maraqlarının xarici ölkələrdə müdafiəsi üçün məqsədyönlü fəaliyyət göstərilir”.
BDM bəyan edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsi, ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edir: “Möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyi beynəlxalq aləmdə ifşa olunmaqdadır. Geniş dünyagörüşünə, dərin intellektə və yüksək mədəniyyətə malik olan İlham Əliyev çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda ölkəmizin milli mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin ardıcıl və uğurlu xarici siyasəti sayəsində ölkəmizin regional və beynəlxalq məsələlərin həllində də rolu və nüfuzu getdikcə artır. Hal-hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir”.
Bəyanatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur hissi duyur və ölkə Prezidentini dəstəkləyirlər: “Lakin təəssüflər olsun ki, özünü Azərbaycan diasporu adlandıran “AZERROS”un sədri Söyün Sadıqov və “Borçalı” İB-nin sədri Zəlimxan Məmmədli kimilər bir sıra açıqlamalar verərək, Rusiya və Gürcüstanda yaşayan soydaşlarımız arasında ajiotaj yaratmağa çalışırlar. Bu ölkələrdə yaşayan yüz minlərlə soydaşımız adından onların danışmaq haqqı yoxdur. Həmvətənlərimiz Prezident İlham Əliyevin dəstəyini daim hiss edir və öz doğma vətənlərinə sədaqətlə bağlıdırlar. Söyün Sadıqov kimilərinin fəaliyyətlərinə nəzər yetirdiyimiz zaman açıq görünür ki, bu adamlar şəxsi mənafeləri naminə Azərbaycan diasporundan istifadə edir və ölkəmizin əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar.
BDM-nin çoxsaylı üzvləri, regional nümayəndəlikləri adından Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, ölkəmizin daha da inkişafı naminə üzərinə düşən tarixi, milli və vətəndaş məsuliyyətini dərk edərək 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində fəxr və qürur hissi ilə cənab İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik. Dünya azərbaycanlıları və Azərbaycan diasporu Sizin yanınızdadır!”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38

