Türkiyə Liderindən Azərbaycana növbəti təşəkkür
22.07.2025 [10:11]
Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və dövlətimizin başçısı İlham Əliyevə növbəti dəfə təşəkkürünü ifadə edib. Qardaş ölkənin dövlət başçısının budəfəki təşəkkürü Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) verdiyi davamlı dəstəklə bağlıdır. Rəcəb Tayyib Ərdoğan bu barədə “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı deyib. “Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, - deyə Ərdoğan vurğulayıb.
Dünya Kipr reallığını qəbul etməlidir
Türkiyə Lideri bildirib ki, dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyət ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır. Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
20 iyul 1974-cü il Kipr türklərinin milli azadlıq mücadiləsində çox mühüm bir tarixdir. “Kıbrıs Barış hərəkatı” adı ilə tarixə çevrilən həmin gün Türkiyənin şanlı ordusunun Kiprə gəlişi ilə burada türklərin adadan sıxışdırılıb çıxarılmasına son qoyulmuş və onların öz tarixi vətənlərində dinc şəraitdə yaşamaları təmin edilmişdir.
1974-cü ilin 15 iyununda adada mahiyyət etibarı ilə çox məşum hadisələr baş verib. Qanlı çevriliş nəticəsində qanuni hakimiyyət devrilib və adanın Yunanıstana birləşdirilməsinə cəhd göstərilib.Buna qarşı çıxan türklər və yunanlar xunta hakimiyyəti tərəfindən amansızlıqla qətlə yetirilib. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqda dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş və bu qanlı hadisələrə müdaxilənin qaçılmaz olduğu haqqında qərar verilmişdir. Beləliklə, Sürix və London anlaşmasının 4-cü maddəsinə əsasən Kipr türklərinin təhlükəsizliyinə qarant olunmuş Türkiyə 20 iyul 1974-cü ildə öz qoşunlarını dənizdən və havadan Kiprə yeritmişdir. Bununla da Kipr türkləri soyqırımı təhlükəsindən xilas olublar və onların həyatında yeni dövr başlayıb.
Bütün sonrakı danışıqlar adada vahid dövlət çərçivəsində yaşamağın mümkün ola bilməyəcəyini göstərdi. Nəticədə 1983-cü ildə Kipr türkləri öz respublikalarını müstəqil elan etdilər və onu “Kuzey Kıbrıs Türk Cumhuriyyəti” (Şimali Kipr Türk Respublikası) adlandırdılar.
Ötən il Şuşada, bu il Xankəndidə
Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasətini qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə həyata keçirir. Respublikamız, şəxsən Prezident İlham Əliyev hər zaman ŞKTC-nə dəstək ifadə edir. Dünyadakı ikili standartlar səbəbindən ŞKTC-nin beynəlxalq səviyyədə tanınması əngəllənir. Azərbaycan isə ŞKTC-nin beynəlxalq arenaya çıxmasına davamlı səylər göstərir. Respublikamızla ŞKTC arasında yüksək səviyyəli siyasi dialoq qurulub. Eyni zamanda, müxtəlif istiqamətlərdə, o cümlədən də humanitar sahədə əməkdaşlıq əlaqələri davamlı olaraq genişləndirilir. Respublikamız ŞKTC-nin Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi status almasına hər zaman çağırış edirdi və artıq bu reallaşıb. “Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər”, - deyə Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında bildirib.
ŞKTC-nin Prezidenti Ərsin Tatar son bir ildə iki dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çox mühüm tədbirlərə qatılıb. O, ötən ilin iyul ayında Şuşada keçirilən TDT-nın qeyri-formal Zirvə görüşündə iştirak edib. Bu il iyulun 4-də isə Ərsin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə Görüşünə qatılıb. Onun ötən il Şuşada, bu il isə Xankəndidə keçirilən beynəlxalq tədbirlərə dəvət edilməsi və bu tədbirlərdə iştirakına şərait yaradılması Azərbaycanın Kipr türklərinə qardaşlıq münasibətinin əyani ifadəsidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

