Azərbaycan - Suriya münasibətləri: əməkdaşlıq, sabitlik və etimad...
15.07.2025 [10:39]
Bakı-Ankara birliyi Qlobal Cənubun təhlükəsizliyi məsələsində önə çıxır
Təl-Əviv ilə Dəməşq arasında əldə olunacaq razılıq regiona yeni inkişaf tempi vəd edir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu xarici siyasət platforması ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Eyni zamanda, bununla Azərbaycan həm də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və dövlətdən, özünün milli maraqları istisna olmaqla heç bir mənafedən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal oyunçuya çevrilməkdədir. Təbii ki, 2020-ci il Vətən müharibəsində əldə edilmiş qələbə bu məsələdə mühüm rola malikdir.
Paralel olaraq regionun aparıcı güc mərkəzinə çevrilən Azərbaycan həm də qlobal layihələrin əsas tərəfdaşı və təşəbbüskarı kimi, sülh və ədalətə, abadlıq və quruculuğa dəstək göstərən bir ölkə kimi tanınır. Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına yol açır. Bunun qanunauyğun nəticəsidir ki, beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları qismində çıxış edən milli dövlətlərin demək olar ki, hamısı Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olmasını xüsusi olaraq diqqətə çatdırmaqdadırlar. Onlar Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdırlar.
Vurğulandığı kimi, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə strateji əlaqələri, hərtərəfli münasibətləri inkişaf etdirir, bu faktı rəsmiləşdirir. Eləcə də öz çevrəsində yaxın regional əlaqələrin inkişafına töhfələr verir. Azərbaycan Qlobal Cənubun liderlərindən biri kimi xarakterizə olunur. Qlobal Cənubun inkişafında, Yaxın Şərqin yeni nizamda siyasi-iqtisadi təmərküzləşməsində, Şərq - Qərb marşrutunun təkmilləşməsində Azərbaycanın oynadığı rol günü-gündən genişlənir. Bu proses tam gücü ilə irəliyə doğru effektiv bir yol alıb. Xüsusilə, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Yaxın Şərq regionunda effektiv nəticələr əldə edilməsi, əməkdaşlıq arealının genişləndirilməsi üçün mühüm üfuqlər açır. Bu mənada, ölkəmizin Suriya ilə yaranan yeni əlaqələri geniş əhəmiyyətə malikdir.
Bakı-Dəməşq əlaqələri yeni diaqonalda...
Qeyd edək ki, Azərbaycanın Yaxın Şərq siyasətində Suriya son dövrlərdə xüsusi bir yer alır. Belə ki, iki ölkə arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcud olsa da, son illərə qədər diplomatik əlaqələr zəifləmişdi. Bu dövr ərzində Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması Suriyadakı təhlükəsizlik vəziyyəti və o dövrün mürəkkəb hərbi-siyasi şəraiti ilə əlaqədar idi. Bununla yanaşı, Bəşər Əsədin hakimiyyəti dövründə Azərbaycan - Suriya əlaqələri də yox səviyyəsində xarakterizə oluna bilərdi. Bunun səbəbləri sırasında Suriyanın erməni işğalına bu və ya digər şəkildə dəstək göstərməsi, bu ölkədəki erməni diasporunun anti-Azərbaycan mövqeyi, hətta bu ölkədən ermənilərin qeyri-qanuni olaraq işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi olmuşdu. Təsadüfi deyildi ki, keçmiş Suriya rejimi beynəlxalq müstəvidə hər zaman Azərbaycanın əleyhinə mövqe tutmuşdu, hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman birliyi prinsipinə zidd bəyanatlar vermişdi.
İkitərəfli əlaqələr Suriyada 2024-cü ilin 8 dekabrında hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə qədəm qoydu - iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yarandı. On iki illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa edi. 2024-cü ilin 10 dekabrında Azərbaycanın Xarici İşlər Nazirliyi iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edən bəyanat yaydı. Dekabrın 29-da isə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə səfər etdi, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşdü. Dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərdi. Bu humanitar yardım Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək məqsədilə göndərildi.
Sonrakı dövrdə Azərbaycan Suriyanın bərpasında Türkiyə ilə yanaşı iştirakını bəyan edib. Fevralın 15-də Azərbaycan Prezidenti Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaraaya təbrik məktubu ünvanladı. Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Suriyanın keçid dövrü dövlət başçısı arasında ilk görüş reallaşdı. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Öz növbəsində, Əhməd Əş Şaraa da Azərbaycan tərəfinin dəstəyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirmiş, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etmişdi.
Suriyanın keçid dövrü Prezidenti Bakıda...
Bir neçə gün öncə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya Prezidenti arasında geniş tərkibdə görüş olub. Prezident İlham Əliyev Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb.
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğulayıb.
Azərbaycan Suriyaya qaz ixrac edəcək...
Bəli, Azərbaycanın Suriyaya qaz ixracı məsələsi yeni, aktual bir mövzudur. Xatırladaq ki, bir neçə gün öncə Xankəndidə ECO toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinə dönən zaman jurnalistlərlə söhbətində bununla bağlı fikirlərini bölüşmüşdü. Bildirilmişdi ki, Azərbaycan Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu bəyan edib: “İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir. Axı bu gün Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır”.
Ərdoğan vurğulamışdı ki, Türkiyə də öz növbəsində bu məsələdə öz imkanları daxilində Suriyaya kömək etməyə çalışır: “Lakin bu xoş xəbəri bu gün (4 iyul - red.)
İlham Əliyevdən eşidəndə, həqiqətən də mən böyük rahatlıq hiss etdim. Qayıdandan sonra mən bu məlumatı dərhal Türkiyənin energetika nazirinə çatdıracağam və o, hörmətli Əl-Şaraaya (Suriya Prezidenti - red.) çatdıracaq. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik”.
Azərbaycanın Suriyaya qaz ixrac etməsi ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə çatdırılması prosesinin növbəti mərhələsindən xəbər verir. Bu addım nəinki ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Yaxın Şərqin siyasi-iqtisadi proseslərinə olduqca vacib müsbət təsir göstərəcək. Azərbaycanın bu məsələdə zaman etibarı ilə qısa sayılsa da, böyük təcrübəsi var. Azərbaycanın üstləndiyi enerji təminatçısı rolu bütün dünyada təqdir olunur. Bu gün Azərbaycan dünyanın 12, Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir, Aİ-yə əsas qaz tədarükçüləri arasında yer tutur. Təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılacağı nəzərdə tutulur.
Bərpa və quruculuq prosesinə veriləcək töhfə...
Qeyd edək ki, görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini deyib. Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Humanitar əlaqələrin inkişafı siyasi dialoqu da dərinləşdirir
O ki qaldı, iki dövlət arasında siyasi dialoqun inkişaf etdirilməsinə, qarşılıqlı əlaqələrin inkişafı bu məsələdə də mühüm uğurlar vəd edir. Azərbaycan hər zaman sülhün və inkişafın dəstəkçisi olub - bizim mövqeyimiz regional maraqlarla, beynəlxalq hüquqla və ədalətlə uzlaşıb. Bu gün Azərbaycan Qlobal Cənubun layiqli təmsilçisi kimi Şərq, Ərəb dünyası ilə əlaqələrə xüsusi diqqət yetirir. Vaxtilə Azərbaycana qarşı adekvat münasibət bəsləməyən Əsəd rejiminin tarixin arxivinə göndərilməsindən sonra siyasi-humanitar əlaqələrin inkişafı üçün perspektiv formalaşıb - əslində, bu laqələrin mühüm bir tarixi keçmişi var. Sovet İttifaqı dövründə Azərbaycan ilə Suriya arasında humanitar, ədəbi əlaqələr mövcud olub. Çoxsaylı suriyalı tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Bu gün də həmin ənənə davam edir və bu humanitar əlaqələrin inkişafı ilə bağlı aparılan danışıqlar gələcək üçün vacib təməllər atır. Bu əlaqələrin inkişafı isə iki dövlət arasında siyasi dialoqun daha da dərinləşməsinə və zənginləşməsinə öz töhfələrini verəcək.
Azərbaycan Suriya ilə İsrail arasında vasitəçi rolunda
Suriya-Azərbaycan əlaqələrinin ən vacib məqamlarından biri də Türkiyə ilə münasibətlərdir. Azərbaycanın rəsmi müttəfiqi, mühüm bir coğrafiyanın aparıcı siyasi-hərbi aktoru olan Türkiyənin Suriyanın inkişafındakı rolu, çox əhəmiyyətlidir. Artıq Suriya yeni nizama yeni reallıqlarla qədəm qoyub. Yeni dövrdə Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi inkişafın yenilənməsi prosesində Türkiyə ilə yanaşı, addımlaması üçün mühüm şərtlər yaranıb.
Eyni zamanda, Suriyanın yenidən qurulması prosesində, aparılacaq abadlıq-quruculuq işlərində Türkiyə ilə Azərbaycanın yanaşı addımlaması vacib bir məqamdır. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan həm də Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini verib. Həmçinin Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasında önəmli rol oynayıb. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər, yeni dönəmdə regionda yaranacaq sabitlik olduqca sürətli bir inkişaf vəd edir. Bölgənin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. Suriya - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq, İsraillə münasibətlərin normal məcraya daxil olması regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39
