Dövlətimizin fəal iqlim diplomatiyası dünyada təqdir olunur
21.06.2025 [10:05]
Son illərdə xoş mərama əsaslanan ardıcıl siyasətin nəticəsi olaraq Azərbaycanın dünyada birləşdirici, dialoqa xidmət edən rolu daha da artıb. Prezident İlham Əliyev bir qayda olaraq yaranan qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir ki, bu da beynəlxalq səviyyədə böyük təqdirlə qarşılanır. Cari il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasının iyunun 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı tədbir keçirilməsi bunun növbəti təzahürüdür.
“Bakı prosesi”nin davamı
Qlobal Cənub QHT Platforması Azərbaycanın ötən ilin noyabr ayında böyük uğurla ev sahibliyi etdiyi COP29-un gözəl miraslarından biridir. Xatırladaq ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.
Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. Öz növbəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni qlobal təşəbbüsün reallığa çevirilməsinə dəstək göstərib. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri onlara ünvanlanan dəvəti qəbul ediblər. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir.
Azərbaycanın təşəbbüsü əsasında Qlobal Cənub QHT Platformasının yaradılması Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində dəstəklənib. Belə ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib Qlobal Cənub QHT Platformasını alqışladığını bildirib.
Bonnda baş tutan tədbirdə çıxış edən Qlobal Cənub QHT Platformasının müvəqqəti baş katibi Ramil İskəndərlinin sözlərinə görə, 32 ölkədən 47 QHT təmsilçisinin, iqlim fəallarının bu toplantıya qatılması Platformanın elan etdiyi “Bakı prosesi”nin davamıdır. O, qlobal təklənməyə qarşı birləşmə texnikası kimi Qlobal Cənub QHT Platformasının mühüm əhəmiyyətini qeyd edib. R.İskəndərli COP29-un qalıcı töhfəsi kimi Platformanın ilk yan tədbirinin məhz dünyanın iqlim mərkəzi olan Bonnda keçirilməsinin rəmzi mahiyyət daşıdığını da vurğulayıb.
Qlobal Cənubla Qlobal Şimal arasında etibarlı körpü
Hazırda dünyada arzuolunmaz proseslər izlənilir. Bütün dünyanı çətinliklərlə, fəsadlarla üz-üzə qoyan bu proseslər əksər hallarda dövlətlər və qitələr arasında həmrəyliyin, ümumi, yekdil baxışların, yanaşmaların olmamasından və yaxud çox zəif olmasından qaynaqlanır. Təəssüf doğuran haldır ki, bu gün Qlobal Cənubla Qlobal Şimal arasında konsensus yoxdur, əksinə ziddiyyətlər artır. Ancaq dünya getdikcə dərinləşən problemlərin, o cümlədən də Yer üzündə milyonlarla insanı humanitar və sosial fəlakətə düçar edən iqlim dəyişmələrinin yaratdığı fəsadların üzərinə birlikdə getməli və daha təsirli, daha real tədbirlər görməlidir. Dərk olunmalıdır ki, təcrid olunmuş hansısa bir ölkə, ayrılıqda götürülmüş hansısa bir qitə qlobal faciələrin öhdəsindən təkbaşına gələ bilməz.
Burada Azərbaycanın nümunəsi bütün dünya üçün bir model kimi götürülə bilər. Hər şeydən əvvəl onu qeyd edək ki, Azərbaycanın unikal coğrafi yerləşməsi var - ölkəmiz həm Avropadır, həm də Asiyadır. Eyni zamanda, ölkəmizin rolu yalnız coğrafiya ilə bağlı deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik.
Ölkəmizin birləşdirici rolu, həmçinin iqlim çağırışları fonunda da aydın görünür. Məlumdur ki, hazırda iqlim çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmənin azalacağı ilə bağlı hər hansı bir proqnoz verilmir. Əksinə bildirilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6, hətta 6 dərəcəyə qədər arta bilər. Bunun fəsadlarının kiçik ada dövlətləri üçün necə ağır olacağını təsəvvür etmək çətin deyil. Kiçik ada dövlətlərinin əsas problemləri ondan ibarətdir ki, onlar dörd bir tərəfdən su ilə əhatə olunublar. Dəniz səviyyəsinin qalxması bu ölkələrin ərazilərinin kiçilməsi ilə nəticələnir. Bu ölkələrdə təbii fəlakətlər tez-tez təkrarlanır.
Kiçik ada dövlətlərinin üzləşdikləri belə vəziyyət birgə səylərlə zəruri tədbirlər görülməsinin vacibliyini önə çıxardıb. Burada Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında balansın təmin olunması mövqeyindən çıxış edir. Məlumdur ki, qlobal istiləşmə əsasən inkişaf etmiş ölkələrin güclü sənaye fəaliyyətləri nəticəsində getdikcə daha da intensivləşir. Qlobal Cənuba aid kiçik ada dövlətləri isə bundan daha çox dərəcədə təsirlənirlər. Belə bir reallıq fonunda kiçik ada dövlətlərinin, bütövlükdə, Qlobal Cənubun üzləşdiyi çətinliklərin nəzərə alınmaması böyük ədalətsizlik olardı. Buna görə də Bakıda razılaşdırılan İtki və Zərər Fondunun fəaliyyətə başlaması, iqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi vacibdir.
Respublikamız milli səviyyədə qlobal iqlim dəyişmələrinə çox həssas yanaşma sərgiləyir. Əvvəla, Azərbaycan neft-qaz ölkəsi olsa da, qlobal iqlim dəyişmələrinə təsiri çox cüzidir. Digər tərəfdən, respublikamız qarşıya 2050-ci ilədək “sıfır emissiya” hədəfi qoyub. “Yaşıl enerji”yə keçid də ölkəmizin gündəliyinin prioritetləri sırasında yer alır. Azərbaycan, həmçinin kiçik ada dövlətlərinin problemlərinin həllinə dəstək verməyə hazırdır. Respublikamız COP29-un sədri olaraq buna praktiki nöqteyi-nəzərdən yanaşır. Azərbaycan nəticələrə nail olmaq istəyir.
Qlobal Cənub QHT Platformasının Bonnda baş tutan yan tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrdə iqlim böhranının təsirlərinə qarşı Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və səmərəli dialoqu inkişaf etdirmək üçün əzmlə çalışmasına diqqət çəkilib. Qeyd olunub ki, bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıq mühitidir, Platforma bu etimad quruculuğu işinə mühüm töhfə verə bilər.
Spikerlər Azərbaycanın COP29 çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə az inkişaf etmiş ölkələrə, ada dövlətlərinə dəstəyini alqışlayıblar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

