BMT-də 11-ci sənəd...
11.04.2025 [10:04]
Qərbi Azərbaycan İcmasının növbəti uğuru
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Onların tarixi torpaqlarına qayıdışının təmin olunması beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu məqsədlə bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur, Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.
Xatırladaq ki, 2025-ci il martın 1-də Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Tədbirdə 12 ölkədən diaspor fəaliyyətində iri layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu qadın iştirak edib.
Konfransın sonunda iştirakçılar adından beynəlxalq təşkilatlara və dünyanın birinci xanımlarına müraciət qəbul olunmuşdu. Müraciətdə bildirilir ki, 1987-1991-ci illər deportasiyası zamanı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti nəticəsində qadınlar və uşaqlar da ağır travmalar alıblar. Onlar evlərini itirib və fundamental insan hüquqlarından məhrum olublar. Diqqətə çatdırılıb ki, Qərbi azərbaycanlı qadınlar bundan sonra da qayıdış və digər hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Qərbi Azərbaycan İcmasından verilən məlumata görə, sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır. Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar bildirib ki, İcmanın Qadınlar Şurasının beynəlxalq ictimaiyyətə müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan iş baxımından mühüm önəm daşıyır. O qeyd edib ki, bu müraciətlə İcmanın BMT-də yayılan sənədlərinin sayı 11-ə çatıb. Sözçü bildirib ki, sənədin ali orqanın gündəliyində yer alması və qurumun rəsmi sənədi kimi yayılması insan hüquqlarının təşviq olunmasında, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında, qaçqınların hüquqlarının qorunmasında, həmçinin bu hallara qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır. “Qərbi Azərbaycan İcması soydaşlarımızın geri qayıdış hüququ və konkret həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində apardığı fəaliyyəti davam etdirir”, - deyə Ü.Zülfiqar vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

