Milli Məclisdən etiraz!
28.02.2025 [10:34]
Bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür
Milli Məclis Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatını şiddətlə qınayıb, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirib. Bu barədə Milli Məclisin Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatına münasibətində bildirilib. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur. Nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu. Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir. Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür.
“Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara xatırlatmaq istərdik ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir. Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib. Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir”, - deyə Milli Məclis bəyan edib.
Milli Məclis diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyillərini ifşa edir. Eləcə də, Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır.
Qeyd edilib ki, avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250 min azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər: “Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqları məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir”.
Aİ-nin Ermənistandakı missiyası (EUMA) ilə bağlı Milli Məclis qeyd edib ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir: “Müşahidələr göstərir ki, EUMA faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir”.
Bütün bunların fonunda, Milli Məclis Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli və birtərəfli bəyanatını qəti şəkildə rədd edir: “Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

