Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir

08.02.2025 [19:50]

Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər illərdir, hətta onilliklərdir ki, sıx dostluq, tərəfdaşlıq, eləcə də qarşılıqlı faydalı münasibətlərə malikdir. Ona görə də indi Bakıdan Kiyevə gələn bu cür yardım və dəstək çox vacibdir. Bu, xalqlarımız arasında dostluğun uzunmüddətli perspektivə malik olduğunu təsdiqləyir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti yardım karvanının göndərilməsini şərh edən ukraynalı siyasi ekspert Aleksandr Kovalenko söyləyib.

“Ən əsası odur ki, 2022-ci ildən, yəni Ukraynaya genişmiqyaslı işğalın başladığı vaxtdan bəri Azərbaycandan gələn humanitar yardım Ukraynanın enerji təchizatının dəstəklənməsinə yönəlib. Hamıya məlumdur ki, işğalçı qüvvələr Ukrayna ərazisinə müntəzəm, sistemli, kütləvi raket zərbələri endirir, əsasən enerji infrastrukturu obyektlərini hədəf seçirlər. Onların bərpası çox vacibdir. Bu, döyüş bölgəsindəki vəziyyətə təsir etmir, lakin dinc əhaliyə qarşı terrordur. Qışda, istilik mövsümündə mülki əhalinin həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir”, - deyə Aleksandr Kovalenko əlavə edib.

Ekspert vurğulayıb ki, Ukraynanın 2022-ci ildən bəri düşdüyü belə çətin şəraitdə Azərbaycanın dəstəyi əvəzsizdir.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30