Siyasi partiyalar üçün ciddi sınaq
22.01.2025 [10:44]
Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü bələdiyyə seçkiləri marafonuna qoşulub
Bələdiyyə seçkilərinə sayılı günlər qalır. Hazırda seçkilərə hazırlığın mühüm mərhələsi - təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bütün tədbirlər “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na uyğun olaraq reallaşdırılır. Aparılan müşahidələr isə onu deməyə əsas verir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində baş tutacaq bələdiyyə seçkiləri yüksək rəqabət şəraitində keçəcək.
Siyasi partiyaların yüksək fəallığı
Müasir dövət kimi inkişaf edən müstəqil Azərbaycan demokratik inkişaf yolunu öz siyasətinin əsas priroritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə dövətin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq 2018-ci ildən etibarən yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində inamlı addımlar atılır. Ayrı-ayrı siyasi partiyaların təmsilçiləri də icra strukturlarında, parlamentdə müxtəlif vəzifələrə irəli çəkilirlər ki, bu da cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirir. Aparılan islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə söz, fikir plüralizmi yüksək səviyyədə təmin edilib, o cümlədən Konstitusiya və digər hüquqi sənədlərlə vətəndaşların seçki hüququ təsbit olunub.
Hazırda respublikamızda siyasi partiyalar üçün çox məsuliyyətli bir dövrdür.Yerli özünüidarəetmə orqanlarının cəmiyyətə ən yaxın icra strukturları olduğunu nəzərə alsaq, deyə bilərik ki, bələdiyyə seçkiləri siyasi partiyalar üçün ciddi bir sınaqdır. Sirr deyil ki, siyasi partiyaların nüfuzu onların seçkilərdə qazandıqları nəticələrlə ölçülür. Hansı partiya yüksək fəallıq göstərirsə və fəaliyyətini milli iradədən, xalqın sosial sifarişlərindən çıxış etməklə qurursa, təbii ki, seçkilərdə həmin partiyanın namizədləri daha çox səs qazanırlar. Əslində, bələdiyyə seçkiləri siyasi partiyaların idarəçilikdə iştirakı baxımından çox önəmlidir. Buna görə də onlar seçki marafonuna daha çox sayda yer qazanmaq əzmi ilə qoşulublar. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə müsahibəsində seçkilərə qatılan siyasi partiyaların sayına aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir. Bu da bir ilkdir: “Ötən seçkilərdə siyasi partiyalar bələdiyyə seçkilərinə o qədər ciddi yanaşmırdılar. Lakin bu seçkilərdə 23 siyasi partiya iştirak edir”, - deyə MSK sədri vurğulayıb.
Seçkiləri izləmək üçün 70 mindən artıq müşahidəçinin qeydə alındığını deyən M.Pənahovun sözlərinə görə, xarici müşahidəçilər qeydiyyata alınmayıb. Nəticələrin nə vaxt elan olunacağına aydınlıq gətirən MSK sədri bildirib: “Hesab edirəm ki, səsvermə günü aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik və yanvarın 29-u axşam və yanvarın 30-da ilkin nəticələri ictimaiyyətə çatdırmağa çalışacağıq. Bələdiyyə seçkilərində bu məsələ bir az çətindir, çünki namizədlərin və seçilənlərin sayı çoxdur”.
Bələdiyyələr necə formalaşacaq?
Aparılan islahat tədbirlərinə uyğun olaraq ölkəmizdə bələdiyyələr yeni qaydalar əsasında formalaşacaq. Kiçik bələdiyyələrin birləşdirilməsi ən mühüm dəyişikliklərdən biridir. Bu, idarəetmənin səmərəliliyinin artırlması və izafi xərclərin aradan qaldırılması nöqteyi-nəzərindən çox vacibdir. Məzahir Pənahov bildirib ki, ölkə üzrə 685 bələdiyyə var, yanvarın 29-da keçiriləcək seçkilərdə bələdiyyələrə 8 min 71 üzv seçilməlidir.
Eyni zamanda, Azərbaycanda bələdiyyələrin yeni tərkibinin ilk iclasının keçirilməsi və sədrinin seçilməsi ilə bağlı qaydalar da təsdiqlənib. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilən dəyişikliyə əsasən mümkün olub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müvafiq dəyişikliyin əks olunduğu Qanunu imzalayıb.
Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

