Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

26.12.2024 [16:56]

Dünən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu bildirib. Başsağlığı vermək üçün Azərbaycanın Astanadakı səfirlik binasına gələn diplomat deyib: "Qəza barədə məlumat aldığımız andan dərhal əlaqə saxladıq və buradakı qardaşlarımızla görüşdük. Türkiyə xalqı olaraq bu kədəri azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə yaşayırıq.

Mustafa Kapucu qeyd edib ki, səfirlik əməkdaşları və Qazaxıstanda yaşayan Türkiyə vətəndaşları hadisə barədə məlumat almaq üçün çoxsaylı zənglər edib və mesajlar göndəriblər.

"Şəxsən öz adımdan, Türkiyə səfirliyinin əməkdaşları və vətəndaşlarımız adından qardaşlarımıza başsağlığı diləyirəm. Allah rəhmət eləsin, həlak olanların yaxınlarına səbir versin. Yaralılara tezliklə şəfa diləyirik. İki dövlət, bir millət olaraq ümid edirik ki, gələcəkdə belə hadisələr bir daha yaşanmayacaq. Təəssüf ki, 2024-cü ili bu kədərli hadisə ilə başa vururuq", - deyə səfir vurğulayıb.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30