/ / Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir
Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir
23.12.2024 [11:32]
Dörd ildən artıqdır ki, Şanlı Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında açdığı geniş üfüqlərdən bəhs edirik. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi Günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək belə bir əminliyi ifadə etdi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək.
Dövlət başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqlədi. Qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi cənab İlham Əliyevin adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib. Millət vəkili qeyd edib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur.
Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmış və Regional inkişaf proqramları təsdiqlənərək uğurla icra edilmişdir. Dörd Dövlət Proqramının həyata keçirilməsi hər bir bölgənin simasının dəyişməsində, infrastrukturun yenilənməsində, hər bir rayonun malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımların atılmasında aydın ifadəsini tapır. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da uğurlu inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.
Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoydu. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimzin deyil, bütün bölgələrimizin inkişafına geniş imkanlar yaradacaq.
Bu günlərdə üçüncü oxunuşda qəbul olunan 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.
İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin olunmasına, mühüm sosial layihələrin icrasına yönəldilir. Azərbaycanın bu günkü dayanıqlı inkişafı bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır.
Milli Məslisin üzvü şanlı Zəfərimizin və suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirərək vurğulayıb ki, cənab İlham Əliyevin 21 illik Prezidentilk dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Qələbədən sonra bu ərazilərdə aparılacaq bərpa işlərinə hazırlığa həsr olundu. Bunun təsdiqi tarixi Zəfərimizdən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsi, qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir.
Azərbaycanın bu gün yeni körpülər qurmasından, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasından danışan parlamentari vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Qlobal problemlərin həlli yollarının Azərbaycanda müzakirə edilməsi, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə, əhatə etdikləri mövzulara diqqət yetirdikdə bu gün Azərbaycana diqqət və marağı, mövqeyinə verilən önəmi daha aydın görürük.
Dövlət başçısının qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında əsas amillərdən biridir. Hazırkı dövrün əsas hədəfi yaşıl enerjiyə keçiddir.
Cənab Prezident ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Liderlərin Sammitində bu çağırışı etdi ki, Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq. COP29 tədbirinin yüksək təşkilatçılığı, uğurlu nəticələri Azərbaycanın söz sahibliyinin, beynəlxalq nüfuzunun təqdimatı oldu. Qısa müddətdə tədbirə belə yüksək səviyyədə hazırlıq Prezident İlham Əliyevin Liderliyinin, uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi.
Ağalar Vəliyev sonda qeyd edib ki, 21 ilin uğurlarının miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində cənab İlham Əliyevin atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdir. Möhtərəm Prezidentimizin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19

