/ / Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub
Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub
18.12.2024 [21:32]
Gürcüstanın http://gruzinform.ge/ portalında Azərbaycan-Gürcüstan münasibətlərindən bəhs edən “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubunda qeyd olunan fikirlərə xüsusi diqqət yetirilir. Bildirilir ki, Prezident İlham Əliyev Mixeil Kavelaşviliyə təbrik məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını vurğulayıb. Qeyd edib ki, belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.
Həmçinin məktubda deyilir: “İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.”
Dövlətimizin başçısının fevralın 14-də Milli Məclisdə növbədənkənar prezident seçkilərinin yekunlarına dair təntənəli andiçmə mərasimindəki çıxışından gətirilən sitatda deyilir: Avropanın heç bir yerində bizi gözləmirlər və artıq bunu gizlətmirlər. Məsələn, işğal zamanı gözümüzə toz tökərək müəyyən vədlərlə bizi şirnikləndirməyə çalışırdılar, bu gün ayırıcı xətlər aydın görünür. Yəni bir-birinə yaxınlaşmağa yox, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqaz dövlətlərini bir-birinə qarşı qoymağa çalışırlar. Belə olan halda bizi qəbul etmək istəməyənlərə çətin ki baş əyək!
Bu, və digər bir sıra hadisələr, o cümlədən Bakıda uğurla başa çatmış COP29 qlobal İqlim Konfransı ərəfəsində rəsmi Paris və Vaşinqtonun nəzarətində olan medianın səhnələşdirdiyi “çay fincanında fırtına” ərəfəsində deyilib. Eyni oyunçular parlament seçkilərinin nəticələrindən sonra qonşu Gürcüstanda vəziyyəti gərginləşdirəcək.
Bildirilir ki, “dəyişiklik küləyi”nə əmr verənlər həqiqətən də Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqəni, o cümlədən postsovet məkanında regional reallıqları məhv etmək istəyirdilər. Üç dövlətin enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı-sənaye və hətta hərbi-siyasi potensialını birləşdirən ən səmərəli işgüzar tərəfdaşlıq sistemi formalaşıb.
Azərbaycanın ənənəvi olaraq Gürcüstan iqtisadiyyatının aparıcı investoru olduğu, investisiyaların əhəmiyyətli hissəsinin Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi – “SOCAR Energy Georgia” tərəfindən təmin edildiyi xüsusi vurğulanır.
Qeyd olunur ki, uzun illərdir Bakı və Tbilisi birgə nəqliyyat və enerji layihələri çərçivəsində sıx bağlıdırlar. Hər iki ölkənin ərazisindən neft və qaz tranzit boru kəmərləri şəbəkəsi çəkilib, neft, yanacaq və neft-kimya məhsullarının daşınması üçün terminallar yaradılıb. Gürcüstan limanları vasitəsilə Xəzər regionundan xammal Qara və Aralıq dənizlərinin bazarlarına çıxarılaraq, Avropanın enerji təhlükəsizliyini uğurla təmin edir.
Son illərdə elektrik enerjisinin Türkiyə bazarına ixracı istiqamətində də dinamik şəkildə layihələr həyata keçirilir və sonradan qitənin cənubunda yerləşən bir sıra ölkələrə, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələrə ötürülür. Nəqliyyat və logistika sektorunda birgə səylər də az əhəmiyyət kəsb etmir. Oktyabr ayında Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən, bu il modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən 7 il keçir” – deyə, məqalədə vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

