ABŞ-ın “yumşaq güc” toru...
06.12.2024 [09:39]
OCCPR Avropa nəşrləri tərəfindən ifşa edildi
Yer kürəsini qlobal müharibənin bir addımlığına gətirib çıxaranlar “mütləq güc”ə çevrilmək üçün bütün vasitələrə əl atırlar. Ötən əsrin sonlarından etibarən bu məqsədlə müxtəlif yollardan istifadə edən dövlətlər bəzən sərt, bəzən isə yumşaq vasitələrlə öz niyyətlərinə çatmağı hədəfləyiblər - xüsusilə, ABŞ illərlə Avrasiyanın bütün regionlarına təsir imkanlarını araşdırıb. ABŞ-ın xarici siyasət kursunun ən mühüm detallarından biri sayılan “nəzarət və təsiretmə” özünü fərqli ştrixlərlə büruzə verib. “Təsir imkanları” axtarışları hər zaman fərqli istiqamətlərə, fərqli vasitələrə əsaslanıb:
- Bəzən xəyanətkar siyasi partiyalarla “işbirliyi” yaradan;
- Bəzən vətəndaş cəmiyyəti sıralarında “müttəfiq” axtaran;
- Bəzən nəzarəti altındakı KİV üzərindən çirkin planlarını həyata keçirmək istəyən ABŞ yeni dövrdə daha fərqli bir istiqamət seçib - yumşaq gücün ən real təsiretmə mexanizmi fərqli təşkilatlar və ya fondlar, eləcə də fərqli “institutların” nəzarətindəki “ofislər” vasitəsilə mənafenin təminidir.
ABŞ 47 milyon, Qərb dövlətləri 15 milyon ...
Bu fakt dünyanın bir sıra media və ya vətəndaş cəmiyyəti institutları tərəfindən aktiv şəkildə araşdırılır və nəticələr demək olar ki, eynidir - bəlli olur ki, “yumşaq güc” vasitəsilə öz niyyətinə çatmaq imkanları hər zaman ABŞ üçün aktuallıq daşıyır və bu yolda manevr imkanları çoxdur. Vurğulandığı kimi, ABŞ özünün “istifadəsində” olan təşkilatlar vasitəsilə bu işi planlayır və icra edir.
Yeri gəlmişkən, Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCPR-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramı ifşa edilib. Bu qurumun ABŞ tərəfindən rəqiblərinə qarşı silah kimi istifadə edilməsi fakt və arqumentlərlə ortaya qoyulub. Xatırladaq ki, sözdə Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumu “adlanan” OCCPR Vaşinqtonun təsir rıçaqlarından biri və ən önəmlilərindən sayılır. OCCPR-nin əsas məqsədi ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların (daha çox yalanların) “araşdırmaçı jurnalist” məhsulu kimi təqdimatı və bununla Vaşinqtonun xarici siyasətində təsir rıçaqı rolunu oynamasıdır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, “konsorsiumun” maliyyələşdirilməsinin əsas hissəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Açıq Cəmiyyət Fondu (OSF) tərəfindən aparılır. ABŞ-ın xarici siyasətinin formal komponenti olan USAID isə bəlli olduğu kimi, ABŞ prezidentinin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. O ki qaldı, Corc Sorosun Açıq Cəmiyyət Fonduna, bu haqda geniş danışmağa ehtiyac qalmır - bu fond dünyada baş verən destabilliklərin ssenari müəllifi kimi tanınır...
Araşdırmaya görə, yarandığı ilk illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. 2014-2023-cü illərdə isə bu göstərici 46,4 faizə “düşüb”. O cümlədən OCCRP-nin yaradıldığı dövrdən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb və əlavə 12 milyon dollar ayırmağı öhdəsinə götürüb. Maliyyələşmənin ABŞ “ayağının” zəifləməsi isə maliyyə resursları arasına Qərb dövlətlərinin də “qatılması” olub. Digər Qərb hökumətləri son 10 ildə azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. OCCRP-nin Direktorlar Şurası bu araşdırmanı birgə dərc edən nəşrlər üçün verdiyi açıqlamada ABŞ-In onların əsas sponsoru olduğunu təsdiqləyib.
USAID-in “əli” ilə...
Qeyd edək ki, araşdırmada OCCRP-ın yalnız təmsil etdiyi məqsədlərə “istiqamətlənən” xəbərləri irəli sürdüyü, lakin daha geniş və dərin araşdırmaların qarşısını aldığı bildirilir. Əlində “siyasi dəyənəyə” çevirdiyi “konsorsimu” ABŞ hökuməti öz maraqları üçün istifadə edir - OCCRP-nin əsas məqsədinin korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə olduğu iddia edilsə də, bu təşkilatın müəyyən vaxtlarda ayrı-ayrı müstəqil dövlətlərə qarşı açıq və gizli şəkildə təbliğat aparması çox sayda sual doğurur. Aparılan araşdırmalar isə onu göstərir ik, təbliğatın arxasında ABŞ-ın həmin dövlətələrə və ya coğrafiyaya yönəlik regional maraqları dayanır. Məsələn, necə olur ki, bu qurum Amerika milyarderlərinin ofşor zonasındakı fəaliyyətləri ilə bağlı ciddi araşdırmalar aparmır - bu kimi amillər təşkilatın fəaliyyətindəki qeyri-şəffaflıqları ortaya qoyur. Bu, həm də ABŞ-ın OCCRP vasitəsilə öz siyasi və iqtisadi maraqlarını müdafiə etməyə çalışdığını göstərir. Təşkilatın USAID ilə əlaqələri isə məhz bu maraqların təmininə istiqamətlənib. Hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya edir və o bildirir ki. ABŞ hökumətinin OCCRP-yə verdiyi dəstəkdən fəxr edir: “Biz fəxr edirik ki, ilk ictimai donor olduq. USAID, yəni ABŞ hökuməti OCCRP-yə dəstək verən ilk ictimai donor kimi tarixə yazıldı”. O, həmçinin qeyd edib ki, hökumət dəstəyini nə qədər çox təbliğ etdiklərini diqqətlə izləyir. Maquayr və digər USAID rəsmiləri OCCRP-nin illik konfranslarında iştirak edirlər.
OCCRP və ABŞ-ın Azərbaycan və Cənubi Qafqazdakı strateji maraqları
OCCRP-nin Azərbaycanla bağlı fəaliyyətləri, daha çox ABŞ-ın bu ölkədəki maraqlarına uyğun şəkildə formalaşır. Bu təşkilat, xüsusən də Azərbaycanın enerji resursları və strateji mövqeyi ilə bağlı olan məsələlərdə, ABŞ-ın dövlət siyasətini dəstəkləyən məlumatlar təqdim edir. Həmçinin, təşkilatın fəaliyyəti, Azərbaycanın daxili siyasətinə və iqtisadi inkişafına dair mənfi fikirlərin yayılmasına yönəlib. OCCRP-nin Azərbaycana qarşı açıq və gizli şəkildə həyata keçirdiyi təzyiqlər, əsasən erməni maraqlarını müdafiə etmək məqsədi güdür. Təşkilatın fəaliyyəti, erməni lobbi qruplarının Azərbaycan əleyhinə təbliğatını dəstəkləyir və bu, ABŞ hökumətinin rəsmi mövqeyinə də uyğun gəlir. Xüsusən, Samanta Pauerin ABŞ-ın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri kimi “tərəfdaş qurum” olaraq OCCRP ilə əməkdaşlığı, təşkilatın Azərbaycana qarşı həyata keçirdiyi fəaliyyətlərin ABŞ-ın rəsmi siyasəti ilə sıx əlaqəli olduğunu göstərir. Təsadüfi deyildi ki, cinayətkar separatçıların məsuliyyətdən yayındırılması ilə bağlı aparılan kampaniyada da OCCRP “ön sıralarda” təmsil olunur.
Təşkilatın media əlaqələri də ABŞ-ın nüfuzunu gücləndirən bir vasitədir. OCCRP, Amerika mətbuat orqanları, o cümlədən Vaşinqton Post, Qardian, və CNN kimi dünya miqyasında tanınan media qurumları ilə əməkdaşlıq edir. Bu qurumlar, OCCRP tərəfindən təqdim edilən məlumatları yaymaqda, həmçinin ABŞ-ın siyasi gündəmini qlobal səviyyədə təşviq etməkdə mühüm rol oynayır.
Xədicə İsmayıl sifariş yerinə yetirir...
Məlumatlara əsasən təşkilatın 60-dan çox ölkədə 200-dən çox işçisi var və o, dünyadakı yerli jurnalistlər üçün mərkəz rolunu oynayır. Əməkdaşlıq layihələri üçün OCCRP yalnız onun logistika, redaktə və araşdırma dəstəyini təklif etmir, həm də yerli jurnalistlər üçün, o cümlədən maaşlar üçün xərc ödəyir - bunu OCCRP-nin həmtəsisçisi Paul Radu bildirib. “Biz hekayənin xərclərini qarşılayırıq. Məsələn, bir jurnalist harasa səyahət etməlidir, jurnalist informasiya bazasından məlumat əldə etməlidir, bu, müəyyən qədər pul edir. Biz bu xərcləri qarşılayırıq. Və sonra biz həmçinin jurnalistin maaşını da qarşılayırıq”...
Beləliklə, məsələnin mahiyyəti ortaya çıxır - əslində bu qurum “maaş” və ya “yardım” adı altında öz maraqlarını diqtə etdiyi jurnalistləri maliyyələşdirir. Qısaca nəzər yetirsək, təşkilatın yerlərdəki nümayəndələrinin hər birinin dəfələrlə əsassız fikirlər yaydığını, qondarma, ABŞ-ın maraqlarına uyğun “araşdırmalar” təqdim etdiyini görərik. OCCPR-nin Azərbaycanla bağlı “araşdırmalarında” Xədicə İsmayıldan vasitə kimi istifadə edilir. Yeri gəlmişkən, illərdir ki, X.İsmayılın xarici fondlardan və təşkilatlardan yüz minlərlə dollar “qrant”, “mükafat” alması sirr deyil - hətta 2014-cü ildə USAID-in elan etdiyi qrant layihəsi üzrə ayrılan vəsaitin mühüm hissəsi məhz X.İsmayıla “transfer” olmuşdu.
2015-ci ildə “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. Qodmin vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələrinin əslində jurnalist yox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olduqlarını açıqlamışdı. O, jurnalistlərin MKİ tərəfindən “verbovka” olunduğunu, onlardan milli dövlətlərə qarşı istifadə olunduğunu açıq mətnlə dilə gətirmişdi. Beləliklə, X.İsmayılın əslində fərqli fond və təşkilatların sifarişini yerinə yetirməsi, hətta müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılıq verməsi və bunun müqabilində pul alması kimi aktlar məhz qərbli “dostları” tərəfindən ifşa edilir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22