Parlament QHT-lərin maliyyə şəffaflığına xidmət edən qanun layihələrini qəbul edib
16.02.2013 [09:49]
Bu məqsədlə “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri bir sıra məsələləri müzakirə ediblər. Öncə deputatlar cəmiyyətdə baş verən bəzi hadisələrə münasibətlərini açıqlayıblar. Millət vəkilləri Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Zahid Oruc, Fuad Muradov, Fəzail İbrahimli və Azay Quliyev çıxış edərək fevralın 12-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2009-2013) Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin məmurlara etdiyi xəbərdarlığı yüksək qiymətləndiriblər. Millət vəkilləri qeyd ediblər ki, məmurlar öz vəzifələrindən sui-istifadə etməməli, dövlət başçısının etimadını doğrultmalı, xalqa ləyaqətlə xidmət etməlidirlər.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklik barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişiklik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri ilə bağlıdır.
Daha sonra iclasda “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihələri müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə millət vəkili Çingiz Qənizadə məlumat verib.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna ianələr və qrantlarla bağlı yeni maddə əlavə olunub. Həmin maddədə qeyd edilir ki, qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.
“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliyə gəlincə, bildirilir ki, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.
Bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər olunması təklif edilir.
Millət vəkili Çingiz Qənizadə deyib ki, edilən dəyişikliklər çirkli pulların yuyulmasının qarşısını alacaq. Onun sözlərinə görə, qanun layihələrində ilk dəfə olaraq ianə məfhumu açıqlanacaq: “Əks arqumentlər də dinlənilib. Bu qanunların qəbulundan sonra onların da arqumentləri nəzərə alınacaq. Bu qanun layihələri hazırlanarkən İngiltərə, Rusiya və ABŞ-ın təcrübəsi öyrənilib. Bu ölkələrdə çoxdan belə tələblər qoyulub və ölkəyə daxil olan pullar üzərində müəyyən dövlət qurumları nəzarət həyata keçirirlər”.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, bəzi QHT-lər məqsədyönlü şəkildə bu dəyişiklikləri siyasiləşdirirlər: “Guya dövlət QHT-lərə qarşı total hücuma keçir. Dövlətin siyasətini həyata keçirən Şura 5 ildir ki, QHT-ləri dəstəkləyir. Etiraz edənlərə baxsaq, görərik ki, Şura son 5 ildə bu QHT-lərə də dəstək verib. QHT-lər fəaliyyətlərində şəffaflığı artırmalıdırlar. Nağdsız hesablaşma məhz bank vasitəsi ilə əməliyyatların aparılmasını nəzərdə tutur. Hansısa dini qurum, siyasi qurum nağd maliyyə vəsaiti alırsa, şəffaflığı şübhə yaradır”.
A.Quliyev bəzi QHT-lərin qeydiyyatdan keçmək istəmədiklərini də vurğulayıb: “Məsələn, Leyla Yunus Sülh və Demokratiya İnstitutunu qeydiyyatdan keçirmək istəmir, çünki hesabat verməlidir. Onu da nəzərə çatdırım ki, Şura hazırda Maliyyə Nazirliyi ilə illik dövriyyəsi 10 min manatı keçməyən QHT-lərin hesabat verməməsi ilə bağlı müzakirə aparır. Ümumiyyətlə isə, fəaliyyətində qaranlıq məqamlar olmayan QHT-lər niyə hesabat verməkdən çəkinsinlər?”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərin məqsədinin hesabatlılıq və şəffaflıqla bağlı olduğunu vurğulayıb: “Məsələ burasındadır ki, indi narazılıq kimi söylənilən qeydiyyatsızlıq məsələsindən elə həmin QHT-lər özləri faydalanırlar. Tutaq ki, Ədliyyə Nazirliyi eyni adla iki QHT-nin olmaması üçün başqa variantı seçməyi təklif edir. Bu qanun layihəsi ancaq şəffaflıqla bağlıdır. Bu qanun qeydiyyatla bağlı deyil, qeydiyyatı da asanlaşdıracaq. Qanun qəbul edilərsə, təhlükəsizlik orqanlarının da müdaxiləsinə ehtiyac qalmır. Mən o məntiqlə razılaşmıram ki, cərimə çoxdur, QHT-nin bu qədər cəriməni ödəməyə imkanı yoxdur. Deməli, hansısa QHT xətanın hansı cərimə ilə nəticələnəcəyini görür, ancaq bunu bilə-bilə bu xətaya yol verir”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, dəyişikliklərdə əsas məqsəd ölkəyə daxil olan pulun təyinatı üzrə istifadə edilməsidir: “Burada başqa məqam axtarmaq yersizdir”.
Müzakirələrdən sonra qanun layihələri qəbul edilib.
Nardar
Xəbər lenti
Hamısına baxGündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53

