BRICS: Qlobal genişlənməyə doğru
25.10.2024 [11:12]
Sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilən BRICS-ın Tatarıstanın paytaxtı Kazanda keçirilən XVI sammiti bir sıra önəmli məqamlarla yadda qalıb. O cümlədən BRICS-ın iştirakçı dövlətlərinin başçıları sammitin yekununa dair Kazan Bəyannaməsini qəbul ediblər.
BRICS üzvlərinin ümumi birgə sənədi kimi yayılan Bəyannamədə sammit çərçivəsində yüksək səviyyədə görüşün və Rusiyanın assosiasiyaya bütün sədrliyinin yekunları qeyd olunub. Sənəd bütövlükdə dünyadakı vəziyyətin ümumi qiymətləndirməsini özündə ehtiva edir, Rusiyanın BRICS-a sədrliyinin nəticələrini ümumiləşdirir və uzunmüddətli perspektivdə qarşılıqlı fəaliyyət üçün təlimatları müəyyənləşdirir.
Üzv ölkələr arasında həmrəyliyin və əməkdaşlığın daha da gücləndirilməsi zərurəti
Bəyannamədə BRICS cərçivəsində əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərflərinin abreviaturası) dövlətlərarası assosiasiya kimi qurulub. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.
Sənəddə bildirildiyi kimi, BRICS qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasında qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır. Bəyannamədə üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər. Sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkilir. Vurğulandığı kimi, üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığı dərinləşməsinə hər cür töhfə veriblər. Bununla belə, inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi də vurğulanıb.
BRICS-in genişlənmə siyasəti
Bəyannamədə diqqət çəkilən mühüm məqamlardan biri təşkilatın genişlənmə siyasəti ilə bağlıdır. Qurumun sıralarının ilk dəfə genişlənməsi Cənubi Afrika Respublikası hesabına baş verib. Bu ölkə 2010-cu ildə təşkilata qoşulmaq istəyini açıqlayıb və müvafiq prosedur qaydaları keçilməklə bu istək təmin olunub. Verilən son məlumatlara görə, hazırda təxminən 40 ölkə BRICS-ə qoşulmaq niyyətindədir ki, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. Bu sırada Azərbaycan və Türkiyə də var. 2024-cü ilin yanvarında daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya təşkilatın sıralarına qəbul olunub. Qurumun yaxın perspektivdə Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır . Bəyannamədə Qlobal Cənubdakı ölkələrin BRICS-ə artan marağı alqışlanır. Sənəddə tərəfdaşılğın genişlənəcəyinə dərin inam ifadə olunub.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində qeyd edib ki, BRICS-in gələcəkdə genişlənməsi tərəfdaş dövlət meyarının süzgəcindən keçir. Onun sözlərinə görə, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb.
Təşkilatın genişlənməsi həm də onun strukturunun yenilənməsi və inklüzivliyin artırılması zərurətini gündəmə gətirir. Sənəddə də üzv dövlətlərin BRICS-in institusional inkişafına yardım göstərməkdə qərarlı olduqları vurğulanıb.
Ukrayna müharibəsi dialoq və diplomatiya yolu ilə həllini tapmalıdır
BRICS-ın XVI Sammitinin yekunlarına dair qəbul olunan Kazan Bəyannaməsində Ukrayna münaqişəsindən bəhs edilir və vurğulanır ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər.
Sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdar olduqlarını bəyan ediblər. “Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı müvafiq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında qeyd olunan milli mövqeləri xatırlayırıq. Biz vurğulayırıq ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Münaqişənin dialoq və diplomatiya vasitəsilə, sülh yolu ilə həllini təmin etməyə xidmət edəcək vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”, - deyə Bəyannamədə vurğulanır.
BRICS Bakıda COP29-un uğurla keçirilməsinə sadiqdir
Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə məsuliyyətli hazırlıq həyata keçirməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir.
Kazan Bəyannaməsində BRICS-in Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. “Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq”, - deyə sənəddə vurğulanır. Bəyannamədə müəyyən edilmiş fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yaxşı nəticələr gözlənildiyinə dərin inam ifadə olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51

