AŞPA: debat, yoxsa dialoq...
09.10.2024 [08:39]
Prosedur qaydalarına zidd olan debatların keçirilməsi bu təsisatın imicinə zərbədir
Bir sıra Avropa təsisatları, o cümlədən də Avropa Şurası Parlament Assambleyası (AŞPA) üçün milli dövlətlərə münasibətdə ikili standartların önə çəkilməsi adi hala çevrilib. Bu zərərli tendensiyanı AŞPA-nın Azərbaycana yanaşmasında da açıq-aydın hiss etmək mümkündür. Cari ilin yanvar ayında qurum heç bir əsas olmadan respublikamızın nümayəndə heyətinin mandatını təsdiqləmədi. Artıq bir ilə yaxındır ki, ikitərəfli dialoq yoxdur və nümayəndə heyətimiz qurumun tədbirlərinə qatılmır. Bununla belə, AŞPA-nın oktyabrın əvvəlində başlayan payız sessiyasında ölkəmizlə bağlı debatlar keçirilib. Halbuki bu, prosedur qaydalarına ziddir. Azərbaycan nümayəndə heyətinin qatılmadığı sessiyada ölkəmizlə bağlı müzakirələrin aparılması yolverilməzdir.
AŞPA-da artan çağırışlar: Azərbaycanla bağlı müvafiq həll yolu tapılmasının əsl vaxtıdır
AŞPA-nın təməl prinsiplərindən uzaqlaşması qurumun özündə kəskin etirazlar doğurur. Qəzetimizin ötən saylarında Gürcüstanın və Serbiyanın nümayəndə heyətlərinin AŞPA-da birtərəfli qaydada Azərbaycanla bağlı debatların aparılmasına kəskin etirazlarını bildirdikləri barədə yazılar dərc etmişik. Bütövlükdə, AŞPA-da prosedur qaydalarının pozulmasından narazılıq edənlərin siyahısı kifayət qədər uzundur. Deputatlar bildirirlər ki, bu qurumda insan haqlarından, qanunun aliliyindən, demokratik təsisatlardan söhbət gedirsə, o zaman Azərbaycan nümayəndə heyəti ilə dialoq davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanın parlamenti yeni formalaşıb. Bu baxımdan hər bir mövzuda açıq dialoq aparılmalıdır. Aydın məsələdir ki, dialoq hər iki tərəf üçün faydalı olacaq.
Azərbaycanın üzv olduğu hər hansı bir təşkilatdan uzaqlaşmaq kimi bir niyyəti yoxdur. O cümlədən respublikamız AŞPA ilə də münasibətlərin normallaşmasının tərəfdarıdır. Ölkəmizin niyyəti ən yüksək səviyyədə ifadə olunub. İndi növbə AŞPA-dadır. Bundan ötrü qurum addım atmalı və Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməlidir. Heç bir halda yol vermək olmaz ki, AŞPA Şvabe kimi qaranlıq keçmişi olan deputatların siyasi sifarişlər əsasında səsləndirdikləri əsassız təşəbbüslərin həyata keçirildiyi bir platformaya çevrilsin. Əgər belə olarsa, AŞPA-nın gələcəyi də olmayacaq.
Bu reallıqdan çıxış edən deputatlar qurumun birtərəfli yanaşmalardan, monitorinqdən dialoqa keçməsinə çağırışlar edirlər. Belə çağırışlar getdikcə daha ucadan və daha qətiyyətlə səslənir. “Üzv dövlətin nümayəndə heyəti olmadan həmin ölkə ilə bağlı debatın keçirilməsini məqsədəuyğun hesab etmirəm. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan debatın keçirilməsi düzgün deyil. Avropa Şurası Parlament Assambleyası qərar qəbul edərkən təmkinli olmalı idi. Çünki AŞPA Nazirlər Komitəsi, nazirlər kollegiyası olmadan təkbaşına fəaliyyət göstərib. Nazirlər Komitəsinin Azərbaycanla bağlı fərqli yanaşması var. Hesab edirəm ki, indi AŞPA-nın müvafiq həll yolu tapmasının əsl vaxtıdır”.
Bu fikirləri KİV-ə açıqlamasında Macarıstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jolt Nemet söyləyib. O bildirib ki, Avropada Azərbaycan mövzusuna fərqli yanaşma olduğu aydın görünür. Ancaq artıq Azərbaycanın maraqlarını təmin etmək üçün Avropanın müvafiq həll yolu tapmasının vaxtı çatıb. “Hesab edirəm ki, dialoqa ehtiyac var. Tərəfdaşlarımız dialoqun yollarını və vasitələrini tapmalıdırlar. Müvafiq məsələnin həllini asanlaşdıracaq dialoq aparılmalıdır”, - deyə Macarıstandan olan parlamentari vurğulayıb.
“Hər hansı bir üzv dövlətin Avropa Şurası Parlament Assambleyası və ya digər beynəlxalq təşkilatın işindən kənar qalmasının əleyhinəyik. Azərbaycanlı həmkarlarımız olmadan debat keçirilməsi isə heç bir məntiqə uyğun deyil. AŞPA bərabərlik və inklüzivlik əsasda dialoq platforması rolunu oynamalı və bu ideyanın təbliğinə üstünlük verməlidir”.
Bu fikirləri isə AŞPA-dakı Serbiya nümayəndə heyətinin rəhbəri Bilyana Pantik Pilya (Biljana Pantıc Pılja) Azərbaycan nümayəndə heyətinin bu quruma qayıtması ilə bağlı deyib. “Hesab edirəm ki, AŞPA bərabərlik və inklüziv əsasda dialoq platforması rolunu oynamalı və bu ideyanın təbliğinə üstünlük verməlidir. Təəssüf ki, payız sessiyasında aparılan debat belə dialoqa kömək etməyəcək. Düzünü desək, Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bir təşəbbüs çətin ki, qarşıya qoyulan məqsədlərə nail olsun. Bu yanaşma konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyır”,- deyə Serbiya nümayəndə heyətinin rəhbəri bildirib.
Serbiyalı parlamentari vurğulayıb ki, yanvar ayında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qərar lüzumsuz idi. Belə yanaşma həll yolu deyil, yalnız qarşılıqlı ittihamlara və daha da uzaqlaşmaya səbəb ola bilər. Qərar Avropa Şurası Parlament Assambleyasının konstruktiv dialoq platforması kimi roluna xələl gətirir. Avropada və dünyada mövcud vəziyyəti nəzərə alsaq, dialoqa qayıdış və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpası zəruridir. “Monoloq əvəzinə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoq lazımdır. Serbiya özünün ən yaxın tarixi ilə dialoqun əhəmiyyətinin ən yaxşı nümunəsidir”,- deyə Pilya dialoqa üstünlük verilməsinin vacibliyini bildirib.
Azərbaycanın yeni parlamenti ilə danışıqlara başlanılması zəruridir
AŞPA-da monitorinqdən konstruktiv dialoqa keçidin zəruriliyini həmçinin Gürcüstan nümayəndə heyətinin üzvləri də əsaslandırmağa çalışıblər. “Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı cari debatın Avropa Şurası Parlament Assambleyasının gündəliyinə salınmasına etirazını bildirdi. Azərbaycan Avropa Şurasının üzvüdür. Təəssüf ki, Azərbaycan nümayəndə heyəti AŞPA payız sessiyasında yoxdur. Bu il üçün nümayəndə heyətinin səlahiyyətləri dondurulub. Ancaq Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif orqanları ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtmaq məsələsini vurğulayır. Tezliklə Azərbaycanın yeni seçilmiş parlament üzvləri ilə danışıqlara başlamaq lazımdır”, - deyə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze bildirib. O vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan hər hansı məsələyə baxılması AŞPA-nın dialoq prinsipinə uyğun gəlmir. Hər hansı məsələ müzakirə olunarkən həmin ölkənin nümayəndələri debatlarda iştirak etməlidirlər.
“Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirildi. Yeni seçilmiş Azərbaycan parlamentinə məlumat verilməlidir. Hətta, biz bu prosesdə vasitəçilik etməyə hazırıq. Debatlarda Avropa Şurasının hər bir üzvünün iştirakı çox vacibdir. Regional inkişaf və Cənubi Qafqaz haqqında danışarkən müəyyən edirik ki, bütün üzv dövlətlər bütün beynəlxalq təşkilatlarda iştirak etməlidir. Parlament siyasətçilərin müzakirəsi üçün ən vacib platformalardan biridir. Azərbaycan nümayəndə heyətinin yeri görünür. İnanırıq ki, Azərbaycan nümayəndə heyəti növbəti sessiyada iştirak edəcək”, - deyə gürcü deputat bildirib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39

