Sülhdən “yayınmaqla”...İrəvan Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını zəiflədir
13.09.2024 [10:48]
Dünyanın aparıcı siyasi-analitik mərkəzləri XXI əsrin ikinci onilliyini ölkələr üçün “qlobal iqtisadi-siyasi-hərbi imtahan” dövrü kimi xarakterizə edirlər. Ümumi nəticə isə perspektivdə formalaşan yeni reallıqlara köklənib - açıq əməkdaşlıqdan yayınma, region üçün iqtisadi dividend əvəzinə siyasi təhdid yaratma, destruktiv maraqları müdafiə etmə bu “imtahandan” kəsilmə kimi qəbul olunur.
Bu mənada, Azərbaycan yeni dönəmin ən mühüm siyasi-iqtisadi aktoru kimi regional əməkdaşlığın inkişafına öz töhfələrini verir, qarşıdakı zaman üçün əhəmiyyətli ticari layihələr və platformalar müəyyənləşdirir, yeni strateji yol xəritələri təqdim edir. Əksər region ölkələri Azərbaycanın bu səylərini dəyərləndirir - bunun nəticəsidir ki, ölkəmiz Ermənistan istisna olmaqla öz qonşuları ilə normal işgüzar münasibətlər qurur, gələcək çoxşaxəli əməkdaşlıq üçün zəmin formalaşdırır.
Təəssüf ki, Ermənistan yaranan bu münbit şəraitdən istifadə etmək, bölgədə sülhü və əmin-amanlığı təmin etmək, davamlı sabitliyin yaranmasına çalışmaq əvəzinə mümkün qeyri-stabil addımları ilə yadda qalır, regional əməkdaşlıqların ən azından gecikdirilməsinə çalışır, hətta belə demək mümkündürsə, təhdid və təhlükələrin miqyasının daha da genişlənməsi üçün “var gücü ilə çalışır”. Fərqli maraqların aləti statusunda çıxış edərək regionda destabilliyin yaranmasına “çalışan” İrəvan yad maraqların, bölgəyə təzyiq etmək üçün ıürsət güdən kənar qüvvələrin planlarında iştirak edir.
Ermənistan sərhədlərindəki vəziyyət bölgəyə təhdid vəd edir
Məsələn, artıq bir müddətdir ki, Ermənistanın sərhədləri daxilinə fərqli ölkələrin rəsmi və ya qeyri-rəsmi silahlı birliklərinin daxil olması xəbərləri yayılmaqdadır. Eyni zamanda, bir sıra ölkələrin məqsədli şəkildə bölgəyə göndərməyə çalışdığı və adı terrorla hallanan şəxslər rahat şəkildə Ermənistanın daxilində yaşayır, fəaliyyət göstərir. Nəzərə alsaq ki, bu kimi hallar bütövlükldə region üçün təhdid yaradır, İrəvanın bir müddətdir ki, Qərbin təsiri altında yeni “sərhəd qoruma” prinsiplərində israr etməsini başa düşmək olar - Ermənistan aralarında hüquqi müqavilə olmasına baxmayaraq Rusiya hərbçilərinin onun sərhədlərindən çəkilməsinə məhz Qərbin “tələbi” ilə israr edir. Yeri gəlmişkən, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanda fəaliyyətini nizama salan əsas sənəd - Rusiya Federasiyasında sərhəd qoşunlarının statusu haqqında ikitərəfli saziş müddətsizdir. O, Rusiya sərhədçilərinin artıq 30 ildən çoxdur Ermənistan Respublikasının sərhədini qoruduğunu və mövcudluğuna olan tələbatı dəfələrlə təsdiqlədiyini vurğulayaraq, sərhədçilərin Ermənistan ərazisini tərk etmələrinin bu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, 1992-ci il sentyabrın 30-da İrəvanda “Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərməsi şərtləri haqqında” dövlətlərarası saziş imzalanıb. Sənədə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur.
İmzasına hörmət etməyənlər...
Birmənalıdır ki, hər bir inkişafın arxasında sabitlik və sülh dayanır. Azərbaycan daim ədalətli və davamlı sülhün tərəfdarı kimi çıxış edib. Hətta 30 il davam etmiş işğal dövründə ortaya qoyulan mövqe, II Qarabağ müharibəsinin bitməsi ilə bağlı imzalanan üçtərəfli Bəyanat və 2021-ci ilin yanvarında Moskvada imzalanan analoji sənəd Azərbaycanın humanist davranışından xəbər verir. Müharibə meydanında qəti qələbə qazanan rəsmi Bakı prosesin sülhlə nizamlanmasını arzulayır - Ermənistan isə sülhü ləngitməklə öz “mövqeyini” ortaya qoyur. 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, 2021-ci il 11 yanvar bəyanatına əsasən yaradılan üçtərəfli işçi qrupunun fəaliyyətini bu və ya digər bəhanələrlə ləngidir. Eyni zamanda, Ermənistanın siyasi rəhbərliyi imzalanan sənədlərdəki müddəaları təhrif etməklə yenə də əsl simalarını ortaya qoyurlar - bu ümumilikdə prosesin bloklanmasına yönəlik bir fəaliyyətdir.
Rusiya üçtərəfli qrupun işinin bərpa edilməsi ilə bağlı çağırış edib. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, bölgədə nəqliyyat kommunikasiyalarının bloklanması məsələsi üçtərəfli işçi qrupu çərçivəsində çoxdan həll oluna bilərdi: “Rusiya bütün regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırır”. O əlavə edib ki, üçtərəfli işçi qrupu çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həmçinin regionun gələcək sosial-iqtisadi inkişafını da təmin edəcək.
Bəli, Ermənistan imzaladığı sənədlərə, götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmalı, regionun qısa zamanda yeni inkişaf mərhələsinə qədəmi qoyması üçün zəruri addımları atmalıdır. Nümayiş etdirilən “mövqe”, Fransa və digər dövlətlərin təhriki ilə yayınmalar İrəvan üçün hərtərəfli ziyandır - bu, bir yandan, Paşinyanın baş nazir olaraq imzasına hörmət etməməsi onun siyasi imicinə mənfi təsir göstərirsə, digər tərəfdən Ermənistanın dövlət olaraq qlobal mühitdə onsuz da olmayan “çəkisini” heçə endirir. Halbuki, Ermənistan imza atdığı sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, özünü dövlət olaraq təsdiqləyəcək, yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Yeri gəlmişkən, Mariya Zaxarova da keçirdiyi brifinqdə bildirib ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır. O, Paşinyanı Cənubi Qafqazda “həyatları bahasına sülh uğrunda mübarizə aparanlara” hörmət etməyə çağırıb: “Sənədlər sehrli çubuqla deyil, öz töhfəsini verən insanlar tərəfindən reallaşdırılır. Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”.
Azərbaycanla əməkdaşlığa böyük dəyər verilir...
Azərbaycan isə mütəmadi inkişafı, əməkdaşlığı genişləndirməyi və şəxələndirməyi hədəfləyib. Yeni iqtisadi situasiyanın ən perspektivli qrupları və dövlətləri rəsmi Bakı ilə işgüzar münasibətlərini daha da irəlilətmək üçün səy göstərir. Son dövrlərdə ölkəmizin bir sıra dövlətlərlə strateji əməkdalıq sənədləri imzalaması, eyni zamanda, Azərbaycan Prezidentinin fərqli aparıcı beynəlxalq qurumların toplantılarına fəxri qonaq statusu ilə dəvət olunması bunu bir daha sübut edir. Bölgənin əsas iqtisadi gücü olan Azərbaycanı öz sıralarında görmək istəyən beynəlxalq təsisatlar ölkəmizin yürütdüyü siyasətin effektivliyini, dinamikliyini etiraf edir. Məsələn, yeni iqtisadi münasibətlər sisteminin aparıcı lokomotivinə çevrilməkdə olan BRİCS-lə əlaqələri genişləndirməyi hədəfləməmiz qurum üzvü olan ölkələr tərəfindən məmnuniyyətlə qarşılanır. Rusiya XİN rəsmisi Mariya Zaxarova bununla bağlı təmsil etdiyi ölkəsinin mövqeyini izah edərkən bildirib ki, Moskva Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşır və bu məsələdə Azərbaycana hər cür kömək göstərməyə hazırdır. Onun sözlərinə görə, hazırda 30-dan çox dövlət BRİCS ilə sistemli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. “Biz hər bir ölkənin suveren istəyinə hörmətlə yanaşırıq və indiki halda Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Moskva müttəfiqi kimi bu məsələdə Bakıya hər cür kömək göstərməyə hazırdır”, - Rusiya XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan BRİCS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq arzusunu ifadə edir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Daha sonra Azərbaycan rəsmi olaraq BRİCS-ə üzvlük üçün müraciət ünvanlayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

