Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb
11.09.2024 [19:41]
Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, ŞƏT-in, Ümum-Çin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda ŞƏT-in üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Tədbirdə əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Forum iştirakçılarına müraciəti oxunub.
Forumun açılış mərasimində çıxış edən Çinin dövlət müşaviri, Ümum-Çin Qadınlar Federasiyasının sədri Şen İçin, Özbəkistan Baş nazirinin müavini Zülayxo Maxkamova, Çinin Avrasiya məsələləri üzrə nümayəndəsi Liu Huey, ŞƏT-in Baş katibi Can Min və başqaları qadınların ictimai-siyasi, mədəni həyatda olduğu kimi, iqtisadi sahədə də fəallığının əhəmiyyətindən danışıb, iqtisadiyyatda, eləcə də sosial sferada rəqəmsallaşmanın qadınların da hüquq və imkanlarını artırdığını bildiriblər.
Forumun panel iclasında çıxış edən Bahar Muradova dəyişən dünyamızın çağırışlarına birgə cavab üçün bir çox sahələr üzrə əməkdaşlıq münasibətlərini intensivləşdirməyə ehtiyac yarandığını vurğulayıb, rəqəmsallaşma sahəsində ən yüksək standartları hədəfləyən islahatlar və yeni texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə qadınların iqtisadi fəallığının artırılması üçün geniş imkanların yaradıldığını bildirib. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı vasitəsilə qadınlar rəqəmsal iqtisadiyyatda iştirakçılığı artırmağa müvəffəq olur, ictimai həyatda daha fəal iştirak etməklə güclü və inklüziv cəmiyyət quruculuğuna əvəzsiz töhfələr verirlər. Komitə sədri rəqəmsal xidmətlərin tətbiqi sahəsində “ASAN Xidmət” modelinin Azərbaycan brendi kimi böyük nüfuz qazandığını, bir neçə ölkədə onun tətbiqinə marağın artdığını deyib.
B.Muradova Azərbaycanın dost və yaxın ölkələrdə də bu sahədəki çətinliklərin aradan qaldırılmasına, inkişafa və vətəndaş rifahına əsaslanan cəmiyyət quruculuğuna rəqəmsal xidmətlər vasitəsilə töhfə verməyə, həmçinin əməkdaşlığa hazır olduğunu bildirib. O, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradan belə təşəbbüslərin təqdirəlayiq hal olduğunu deyib.
Komitə sədri Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat-logistika potensialı sayəsində Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzərində geostrateji rola malik olduğunu diqqətə çatdırıb. B.Muradova Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələr üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə də məlumat verib. Bildirib ki, COP29-un Təşkilat Komitəsində, icraçı qurumunda, eləcə də bütün səviyyələrdə işçi və könüllü heyətində qadınların yüksək təmsilçiliyinə nail olunub.
Forum işini sentyabrın 12-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22

