Simonyan istisna etməsə də...
10.09.2024 [08:33]
Ermənistanın hələ KTMT-ni tərk etməyə cəsarəti çatmır
Təxminən iki ildir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırıb. Hələ ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edib. Rəsmi İrəvan, həmçinin KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərini də təxirə salmışdı. Hansı ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan İrəvanın bu təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirmişdi. N.Paşinyan hətta nümayişkəranə şəkildə ötən il noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də qatılmadı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu il iyunun 21-də KTMT Xarici İşlər Nazirləri Şurasının Almatıda keçirilən iclasında iştirak etməyib.
İrəvan KTMT-dən niyə “inciyib”?
Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Rəsmi İrəvanın “incikliyi” 2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən hərbi toqquşma zamanı KTMT-nin onu müdafiə etməməsi ilə bağlıdır. Halbuki, şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribat törədən məhz erməni hərbi birləşmələri idi. Belə olan halda, KTMT nə üçün təxribatçını müdafiə etməlidir? Görünən odur ki, Paşinyan hakimiyyəti bu hadisədən təşkilatla körpüləri yandırmaq üçün bir bəhanə kimi istifadə edib.
Rusiya rəsmilərinin xatırlatması...
Bundan əlavə, Ermənistan KTMT-yə üzvlük haqqı ödəməyi də dayandırıb. Paşinyan həm, iyunun 12-də parlamentin iclasında, həm də avqustun 28-də keçirdiyi mətbuat konfransında Ermənistanın təşkilatı tərk edəcəyi barədə mesaj verib. Lakin bunun nə vaxt reallaşacağını açıqlamayıb. Sentyabrın 9-da isə Ermənistan parlamentinin spikeri Alen Simonyan məsələni gündəmə gətirib. O, jurnalistlərə müsahibəsində “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini istisna etmirəm”deyib. Paşinyan kimi Simonyan da dəqiq vaxt açıqlamayıb.
Bununla yanaşı o, ölkəsinin BRICS ilə əməkdaşlığını vacib element hesab etdiyini vurğulayıb. Simonyan bildirib ki, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.
Ümumiyyətlə, KTMT ilə bağlı addımları Ermənistanın regionda Rusiyanın maraqlarına zidd olan addımlar atmaqda davam etdiyini göstərir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı münasibəti Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Ona görə də, Ermənistan hökuməti bir tərəfdən Qərbdən dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyatlanır. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Ermənistanın KTMT-nın tam hüquqlu üzvü olduğunu xatırladıb. Bəs rəsmi İrəvan KTMT ilə bağlı atdığı addımlarda kimə güvənir? Proseslər göstərir ki, bu məsələdə də Fransa əsas rol oynayır.
İrəvan Qərbdən umur...
Məlumdur ki, son dövrlər Ermənistanın rəsmi şəxslərinin Fransaya səfərlərinin sayı artıb. Bu yaxınlarda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müdafiə naziri Suren Papikyan da Parisə səfər edib. Məhz bu səfərlər Ermənistanın Fransa tərəfindən silahlandırılması fonunda baş verir. Fransa təkbaşına deyil, kollektiv Qərbdən Ermənistanın KTMT-dən çıxması üçün dəstək almağa çalışır. İrəvanın da istəyi odur ki, KTMT-ni tərk edəcəyi halda Avropa İttifaqına və NATO-ya üzv olsun. Bunun üçün Aİ ölkələrinin, Qərbin dəstəyi lazımdır. İrəvanı buna həvəsləndirən isə Parisdir. Əgər bu dəstək olmayacaqsa, Ermənistan hakimiyyəti KTMT və Rusiyaya qarşı ritorikasını yumşalda bilər.
Rəsmi Paris Ermənistanın KTMT-ni tezliklə tərk etməsinin tərəfdarıdır. Çünki bu ölkə Ermənistanı Cənubi Qafqazda Rusiyaya qarşı “mərkəzə” çevirməyə çalışır. Yəni, Paris Paşinyan hakimiyyəti sayəsində Cənubi Qafqaza daxil olaraq Rusiyanı neytrallaşdırmaq istəyir. Ssenari də belədir ki, erməni hakimiyyət orqanları KTMT-də böhran yaradacaq, nəticədə Rusiya hərbi bazasını ölkədən çıxaracaq, hərbi iştirakını itirdikdən sonra KTMT İrəvanı öz sıralarından xaric edəcək. Bu ssenarinin həyata keçib-keçməməsini isə zaman göstərəcək. Amma fakt faktlığında qalır ki, Ermənistan regionda marağı olan böyük güclərin əlində alətə çevrilib. Hansısa qüvvənin əlində alət olmaq isə İrəvana yaxşı heç nə vəd etmir.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

