Trampın sülh mesajları...
20.07.2024 [10:35]
Respublikaçı namizəd beynəlxalq münaqişələrə son qoyacağını vəd edir
Sirr deyil ki, son illərdə qlobal qarşıdurmaların həm sayı çoxalmaqda, həm də coğrafi sərhədləri böyüməkdədir. Xüsusilə, Mərkəzi Avropa, Yaxın Orta Şərq, Uzaq Şərq və Sakit okean akvatoriyasında baş verən, proqnozlaşdırılan mümkün kataklizmlər böyük böhranlara yol açmaqdadır. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin nəticələri bütün dünyada gedən proseslərə bu və ya digər şəkildə təsir göstərir. Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar, Ukraynanın silahlandırılmasına ayrılan maliyyə, Moskvaya qarşı kollektiv mövqe tutulması bu münaqişənin daha da körüklənməsinə yol açıb. Təəssüfləndirici haldır ki, son illərdə bu hal daha çox diqqəti cəlb edir - xüsusilə, ABŞ-ın dövlət rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Demokratiya sammit”ləri tərs effekt ilə yadda qalıb. Ötən dövrdə baş verənlərin xronoloji statistikasını aparsaq görərik ki, bu proses nəticə etibarı ilə münaqişələrin daha da dərinləşməsinə, revanşist meyllərin ortaya çıxmasına, qarşıdurmaların genişlənməsinə və ən əsası yenilənməsinə, hərbi qütblərin daha açıq qarşıdurmaya sürüklənməsinə yol açıb. Siyasi analitiklər bu baş verənlərdə daha çox ABŞ-ı günahlandırır - bu da anlaşılandır. Çünki, ABŞ dünyanın aparıcı güc mərkəzlərindən biri kimi qlobal sülhün formalaşdırılması prosesini susqunluqla izləməkdədir. Son 4 ildə adıçəkilən strateji məkanlarda kataklizmələrin həm genişlənməsi, həm də fərqli bir aura qazanması Vaşinqtonun “xidməti” kimi dəyərləndirilir. Hətta uzaq okean sularında formalaşdırılan hərbi ittifaqlar (AUKUS-un timsalında) yeni qarşıdurmalar üçün rəvac verən amil kimi çıxış edir - siyasi təhlilçilərin rəyinə əsasən, qarşı güc mərkəzlərinin (qütblərin) arasında həm ritorikanın kəskinləşməsi, həm də qlobal qarşıdurma təhlükəsi məhz bu kimi amillərdən irəli gəlir.
Bu mənada, ABŞ prezidentliyi uğrunda mübarizədə namizəd kimi çıxış edən Respublikaçılar Partiyasının namizədi, eks-prezident Donald Trampın sülhə hədəflənən açıqlamaları bütün dünya tərəfindən diqqətlə izlənir. Onun çıxışları, hazırki beynəlxalq vəziyyətdə emosiaların azaldılmasına yönəlik irəli sürdüyü proqramlar ciddi şəkildə təhlil edilir - siyasi ekspertlərin fikrincə, bu amil Trampın seçki marafonunda açıq fərqlə önə çıxmasına şərait yaradır.
Vurğulandığı kimi, dünyanı silkələyən nüvə təhdidin aradan qaldırılması yönündə atacağı addımlardan bəhs edən Tramp artıq öz proqrmında sülh mesajları verməkdədir. Respublikaçılar partiyasının qurultayındakı çıxışında prezidentliyə namizəd Donald Tramp bildirib ki, dünya Üçüncü dünya müharibəsinin astanasındadır. “Silahlar artıq irəli-geri sürünən və bir-birinə atəş açan tanklar deyil. Biz kütləvi məhv silahlarından danışırıq”,- deyə - Tramp vurğulayıb. Onun sözlərinə görə, dünya indiyə qədər heç vaxt yaşamadığı beynəlxalq böhran yaşayır. “Avropada və Yaxın Şərqdə müharibə gedir. Artıq savaş ruhu Koreya, Filippin və bütün Asiyada dolaşır”, - deyə Tramp əlavə edib. O, prezident olacağı təqdirdə bütün böyük beynəlxalq münaqişələrə son qoya biləcəyini iddia edib. “Mən bu administrasiyanın yaratdığı bütün beynəlxalq böhranlara, o cümlədən Rusiya və Ukrayna arasında baş verən dəhşətli müharibəyə və İsrailə hücumun törətdiyi müharibəyə son qoyacağam”, - deyə respublikaçı namizəd söyləyib.
Bir sıra qərbli analitiklər Trampın bu fikirlərini seçki təbliğatı kimi dəyərləndirsələr də, böyük əksəriyyət eks - prezidentin dövlət başçısı kimi fəaliyyət göstərdiyi dövrdə atdığı addımları xatırladır və bildirirlər ki, Trampın fikirləri həqiqəti əks etdirir. Onun Rusiya-Ukrayna müharibəsinə münasibəti heç kimə sirr deyil - hətta təmsil etdiyi siyasi təşkilatın Konqresdə təmsil olan üzvlərinin Ukraynaya yardım məsələsindəki mövqeyi onu göstərir ki, Respublikaçılar iqtidara gəldikləri təqdirdə Mərkəzi Avropada silahların susma ehtimalı olduqca yüksəkdir.
Bundan başqa, Trampın ötən illərdə Uzaq Şərqə yönəlik sülhpərvər planlarını da göz önünə alan siyasi analitiklərin fikrincə, respbulikaçı namizəd yenidən Şimali Koreya ilə münasibətlərdə dönüş edə bilər - hazırda Uzaq Şərq üçün əsas qarşıdurma ehtimalı olan Koreya plasdarmı sakitliyə və sabitliyə qovuşar. Bu amil Tramp üçün vacibdir. O, qurultaydakı çıxışında KXDR ilə münasibətlərə də aydınlıq gətirib. Bildirib ki, yenidən seçiləcəyi təqdirdə Şimali Koreya lideri Kim Çen Inla münasibətləri bərpa etmək niyyətindədir. “Biz (Ağ Evə) qayıdanda onlarla anlaşacağıq. O (KXDR lideri Kim Çen In) da məni yenidən görmək istərdi”. - sabiq prezident qeyd edib.
Beləliklə, noyabrda Respublikaçıların, dolayısı ilə Trampın hakimiyyətə qayıdışı tək Ağ Evdə dəyişikliklər vəd etməyə bilər. Qlobal proseslərdə aparıcı güclərdən sayılan ABŞ-ın beynəlxalq münasibətlərdəki yeni davranış və yanaşması daha çox birləşdirici funksiyonallıq daşıya bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

