İŞİD ilə bağlı xəbərdarlıq...
18.07.2024 [10:55]
Terror təşkilatı aktivləşir...
Bir müddət susqunluqdan sonra yenidən terror təhdidi yağdıran İŞİD aktuallaşmaqdadır. Bir zamanlar Yaxın Orta Şərqdə boy göstərən, bəzi xarici mərkəzlər tərəfindən Suriya və İraqda “qarşısıalınmaz güc” kimi xarakterizə olunan radikal terrorçu dəstə yeni terror hadisələri törətməklə gündəmə daşınır. Din pərdəsi altında terror fəaliyyəti ilə məşğul olan qruplaşma Yaxın Orta Şərqdə yaradılmasına çalışılan sabitliyi və inkişafı növbəti dəfə hədəfə alır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki səhifəsində yaydığı məlumata görə, İŞİD terror təşkilatı hücumların sayını azı iki dəfə artırmağa, Yaxın Şərqdəki şərti “sükutundan” çıxmağa çalışır. Məlumatda deyilir ki, 2024-cü ilin yanvarından iyuna qədər təşkilatın silahlıları İraq və Suriyada 153 hücumun məsuliyyətini öz üzərinə götürüb. “İŞİD bu sürətlə 2023-cü ildəki hücumların ümumi sayını iki dəfədən çox artırmağa doğru gedir”, - komandanlıq bəyan edib.
İŞİD: haradan haraya...
İŞİD-in yaranma tarixinə qısa nəzər salmaq, bu terror təşkilatının 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn” (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.
Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada Əl-Nusra Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəifndən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər.
Yeni coğrafiya, yeni məqsədlər...
İŞİD-in son altı aydakı fəallaşma fazasına qədəm qoyması isə bəzi siyasi ekspertlər tərəfindən yeni siyasi düzənlə əlaqələndirilir. Belə ki, qlobal qarşıdurma coğrafiyasının mühüm hissəsi kimi qeyd edilən Yaxın Orta Şərq və xüsusilə Afrikanın şimal ərazisində sabitliyin pozulmasına, eyni zamanda, Mərkəzi və Cənub - şərqi Asiya regionunda hazırki yeni iqtisadi - siyasi komplektləşməyə müdaxilə imkanlarının formalaşdırılmasına cəhd kimi xarakterizə olunan fəallaşmanın daha çox siyasi mahiyyət daşıdığı ortaya çıxır. Siyasi analitiklərə görə, Ukrayna üzərindən “Avroasiyaya giriş” planının paralel inkişaf xətti sayılan Suriyadan Şimali Afrikaya köçmüş və ya köçürülmüş terror qruplarını, onların Yaxın Şərqdəki qollarını Orta Asiyaya “yönləndirilməsi” burada əsas şərtlərdən biri kimi yer tutur. Təsadüfi deyil ki, bəzi aparıcı araşdırma institutları son alarda İŞİD mövzusuna yenidən müraciətlər edir, Mərkəzi Asiyada terror təhlükəsi ilə bağlı “geniş araşdırmalar” aparır, qənaətlər fofrmalaşdırır, ehtimallar irəli sürür. Mütəxəssislərin iddialarına görə, ABŞ-ın Əfqanıstanda 16 il davam etmiş “antiterror mübarizəsi”nin ardından regionu Talibana təslim etməsi qruplaşmanın yeni inkişaf mərhələsini yaradıb. Bu ilin martında Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hadisəsindən sonra bir sıra məsələlərin üzərinə daha aydın şəkildə işıq salındı: İŞİD bəlasının bu dəfə Asiya regionunda “trayektoriya xətti” cızacağı düşünülür. Yeni qiyafədə - “İŞİD-in fərqli adlar altında yaranan yeni qolları bu terror qrupunun coğrafi yerləşimi kimi də müəyyənləşəcək. İŞİD-in yeni “qərargahı” kimi təbliğatı aparılan ərazinin isə Avrasiyanın mərkəzində yerləşməsi təsadüfi deyil. Bir neçə ildir Əfqanıstanda legitim hakimiyyətə yiyələndiyini isbat etməyə çalışan “Taliban”a qarşı diş qıcamayan, hətta buna dəstək verirmiş kimi görünən güclər Mərkəzi Asiyanı İŞİD-in yeni “qurbanına” çevirməyin “dividendini” belə hesablayıb. Bunun arxasında böyük iqtisadi, hərbi, siyasi məqsədlər dayanır.
Görünən budur ki, İŞİD-i yenidən gündəmə gətirməyə çalışan qüvvələr bunun üçün əlindən gələni edir - perspektivdə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticari xəttinə təsir göstərmək, TDT-nin timsalında yeni siyasi mərkəzin güclənməsini önləmək üçün ən yolverilməz və təhlükəli addımları belə hesablanır. Yeni gündəmdə İŞİD-dən əlverişli “oyuncaq” tapıla bilməzdi. Regionun əhalisi müsəlmandır və bunu qərbli ideoloqlar İŞİD-in təməl “ideologiyaya” çevirdiyi cihadı daha tez qəbul etmək potensialı ilə dəyərləndirirlər. Başqa sözlə, onlar İŞİD-in əli ilə bölgədə daha rahat hərəkət etmək imkanı qazanma ehtimalını yüksək sayırlar.
Vurğulandığı kimi, yeni iqtisadi münasibətlərə zərbə vurmaq, regional inkişaf xəttindəki mühüm logistik dayanacaqları tam nəzarət altına almaq üçün hərəkətə keçən güclər Mərkəzi Asiyada idarəolunan xaos yaratmaq istəyindədir - onlar bu yolla iqtisadi kommunikasiyalara nəzarət imkanı yaratmaq niyyətindədirər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

