TDT-nin Şuşa sammiti beynəlxalq medianın diqqətində...
09.07.2024 [10:25]
Türkiyə, ŞKTC və İsveçin media orqanları qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıb
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar.
“Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.
Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib. DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər. Materiallarda Türkiyə nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət yetirilir.
“Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir. Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir”.
ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb. Şimali Kiprin BRTK telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. Telekanal ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının ?övlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət olunmasının əhəmiyyətinə diqqət çəkib və sammitin təşkilini yüksək qiymətləndirib.
“Halkın Sesi” və “Kıbrıs Hakikat” qəzetləri də Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir sıra xəbərlər dərc edərək, Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından ətraflı bəhs edib. “Kıbrıs Postası” nəşri Şimali Kipr diplomatiyasının başçısının Azərbaycandakı çıxışı ilə bağlı ayrıca xəbər hazırlayıb. “Ərtoğruloğlu türk dünyasının liderlərinə Lefkoşanın üstünlükləri barədə məlumat verib, onun əməkdaşlığa və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb”, - deyə qəzet yazır.
İsveçin “CawaMedia” agentliyinin saytında da Türk Dövlətləri Təşkilatına həsr olunmuş məqalə dərc olunub. “Türk ölkələri qlobal ticarəti dəyişir və gələcəyə sərmayə qoyurlar” sərlövhəli məqalədə qədim Böyük İpək Yolu dövründə kök salmış və Beynəlxalq Türk Akademiyası ilə birgə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, dialoqun, mədəni mübadilənin və strateji tərəfdaşlığın təşviqi üçün müasir platformaya çevrilən Türk Dövlətləri Təşkilatında birləşən türk xalqlarının ortaq irsindən bəhs edilir.
Nəşrdə Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən və bununla da tranzit müddətini 19 gündən 12 günə endirən “Orta Dəhliz” kimi tanınan Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu haqqında geniş məlumat təqdim olunub. Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Orta Dəhliz ildə 10-11 milyon ton yük emal edə biləcək.
“CawaMedia” qeyd edir ki, türk ölkələri nəqliyyat sektoru ilə yanaşı, tədqiqatlar, təhsil və rəqəmsal infrastruktur sahələrində, eləcə də Azərbaycanın Xəzər nefti və qazının dünya bazarlarına nəqlində həlledici rol oynadığı enerji və texnologiya sektorlarında əməkdaşlıq edirlər.
“Türk dünyası tarixin həlledici anını yaşayır. Bu ölkələr XXI əsrin yeni İpək Yolunu yaradırlar. Türk əməkdaşlığının bu canlanması qədim tacirlərin xəyal etdiyi şəkildə Şərqlə Qərbi birləşdirən yeni iqtisadi yüksəliş və mədəni fəallıq dövründən xəbər verir. Dünya türk xalqlarının uzun və zəngin tarixinin növbəti fəslini necə yazdığını diqqətlə izləməlidir”, - deyə nəşrdə qeyd edilir.
Qeyd edək ki, baş ofisi Stokholmda yerləşən “CawaMedia” milli media nümayəndələrini birləşdirir və bütün dünyada media qurumları və tanınmış fotojurnalistlərlə fəal əməkdaşlıq edir.
NARDAR
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26

