15 ölkənin 14-dən dəstək...
12.06.2024 [10:37]
BMT TŞ ABŞ-ın Qəzzada atəşkəsə dair təqdim etdiyi qətnaməni qəbul edib
Yaxın Şərqdə ötən ilin oktyabrından başlayan qanlı toqquşma davam edir. Qəzza zolağında davam edən münaqişənin günahsız qurbanlarının sayı 40 minə yaxınlaşıb. Xüsusilə, bölgədə fələstinli dinc əhali arasında həlak olanların sayı çoxdur. Eyni zamanda, Qəzza zolağında qarşıdurma başlayandan bəri İsrailə 19 mindən çox raket atılıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Onların əksəriyyətinin Qəzza zolağından buraxıldığı, lakin son vaxtlar Livandan atılan raketlərin sayının artdığı qeyd edilir. “Söhbət yalnız İsrailin hava məkanına daxil olan raketlərdən gedir. Belə ki, İsrail ərazisinə çatmayan raketlər nəzərə alınmır. Həmçinin bu rəqəmə Livan ərazisindən buraxılan idarə olunan tank əleyhinə raketlər daxil deyil”, - məlumatda bildirilib.
Belə bir şəraitdə iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədi dəstəkləyib. ABŞ-ın təklif etdiyi qətnamə layihəsi yeddi bənddən ibarətdir, bunlardan birincisi,
HƏMAS-ı razılaşmanı qəbul etməyə və həmçinin bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırışdır.
Bundan əlavə, sənəddə vurğulanır ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman atəşkəs danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Qətnamədə, həmçinin BMT-yə üzv olan bütün ölkələr sazişin həyata keçirilməsini dəstəkləməyə çağırılır, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqlənir.
Qeyd edək ki, hələ mayın 31-də ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS-a Qəzza zolağı üçün üç mərhələli atəşkəs planı təklif etmişdi. Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını da açıqlamışdı. Onun sözlərinə görə, bu təşəbbüs üç mərhələni əhatə edir. Birinci mərhələ tam atəşkəsi, İsrail hərbçilərinin Qəzzadan çıxarılmasını, həmçinin HƏMAS-ın əlində olan girovların bir qisminin azad edilməsini nəzərdə tutur. Eyni zamanda, həbs olunan fələstinlilər də azad edilməlidirlər. İkinci mərhələ qalan girovların azad edilməsi müqabilində hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur. Bu təşəbbüsün üçüncü mərhələsində döyüşlər nəticəsində Qəzza zolağının zərər görmüş yerləri yenidən qurulmalıdır. ABŞ Prezidenti bildirib ki, üç mərhələdən ibarət təklif Qətərin vasitəçiliyi ilə HƏMAS-a verilib.
Avropa İttifaqı da ABŞ Prezidenti Co Baydenin təklif etdiyi və Qəzza zolağında davamlı atəşkəsə gətirib çıxaracaq yol xəritəsini tam dəstəklədiyini bəyan edib. Bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib: “Aİ ABŞ, Misir və Qətərin İsrail və HƏMAS arasında müharibəni dayandırmaq üçün səylərini yüksək qiymətləndirir”. Onun sözlərinə görə, Yaxın Şərqdə sülh və sabitlik hər iki xalqın, bütövlükdə, regionun və bütün dünyanın maraqlarına cavab verir. “Aİ hər iki tərəfi Baydenin Qəzzada atəşkəs üçün təklif etdiyi üç həll mərhələsini qəbul etməyə və həyata keçirməyə çağırır”, - deyə Borrell əlavə edib.
Onu da qeyd edək ki, regionda atəşkəsin əldə edilməsi üçün intensiv danışıqların davam etdiyi bir vaxtda ABŞ Dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib. “Dövlət katibi və müdafiə naziri girovların azad edilməsi ilə bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzaya humanitar yardım göstərmək təklifini müzakirə ediblər”, - deyə o bildirib. Miller deyib ki, Blinken İsrailin sazişə sadiqliyini təqdir edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

