Azərbaycan-Tacikistan əlaqələri qarşılıqlı etimad və hörmətə əsaslanır
25.05.2024 [10:03]
Strateji Tərəfdaşlıq Bəyannaməsi yeni siyasi-iqtisadi hədəfləri müəyyən edir
Azərbaycanın uğurlu xarici siyasətində Tacikistanla münasibətlərin inkişaf etdirilməsi xüsusi diqqətdə dayanır. Əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığa malik Azərbaycan-Tacikistan dostluq və qardaşlığı hər zaman səmimiyyət və həqiqi qarşılıqlı hörmət prinsipləri üzərində inkişaf edib. Sovertlər dövründə hər iki respublikanın çox yaxın əlaqələri olub. Müstəqillikdən sonra isə münasibətlərdə yeni mərhələ başlayıb və hər iki ölkə əsl dostluq şəraitində yeni imkanlara əsaslanaraq siyasi-iqtisadi, elmi-mədəni, humanitar-sosial və digər sahələrdə çoxtərəfli hərarəti artırıb.
Münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Son illərdə isə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderləri, o cümlədən Tacikistanın dövlət başçısı ilə qarşılıqlı səfərlər zamanı səmimi görüşləri və müzakirələri siyasi münasibətləri və açıq dialoqu daha da gücləndirib, münasibətlərin strateji xarakter almasını təmin edib. Səfərlər zamanı imzalanan müqavilələr hər iki ölkə arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirib.
Mayın 22-23-də Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmonun Prezident İlham Əliyevlə görüşləri əlaqələrin siyasi ritmini və səməliliyini daha da böyüdüb. Dövlət başçılarının görüşü zamanı ortaya qoyulan siyasi iradənin ən mühüm əlamətlərindən biri kimi yeni geosiyasi layihələrdə birləşmək təşəbbüsləri bu baxımdan xüsusi qiymətləndirilə bilər. Xüsusilə də münasibətləriin yeni xarakterini, ruhunu və siyasi keyfiyyətini artıracaq və qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edəcək Strateji Tərəfdaşlıq Bəyannamə çox mühüm dövlətlərarası saziş sayıla bilər. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd imzalanıb ki, bu, münasibətlərin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Xüsusilə də Bəyannamə gələcək siyasi və iqtisadi hədəflərə nail olmaq üçün Yol xəritəsi hesab oluna bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verildi ki, bu da bölgənin ən strateji nəqliyyat-tranzit xətlərində birgə hərəkətin ifadəsi deməkdir.
Azərbaycan və Tacikistan arasında birfə iradənin ən məzmunlu və gələcək iqtisadi-siyasi əlaqələndirmənin nəhəng platforması və uzunömürlü sütunu trans-nəqliyyat koridorunda birgə səyləri artırmaq niyyətidir. Nəqliyyat sektoru üçün hədsiz dərəcədə iri bir tranzit vektoru olan bu razılaşma Orta Dəhlizin bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizinin Azərbaycanla Tacikistanı birləşdirməsi deməkdir. Bu dəhliz böyük bir coğrafiyada - Şərq və Qərbə, Şimal və Cənuba və əks istiqamətlərdə böyük həcmdə yüklərin hərəkətini şaxələndirəcək və hər iki ölkəyə bir çox üstünlüklər qazandıracaq.
Tacikistan Prezidenti Emoməli Rəhmon da bu dəhlizdə birgə tərəfdaşlığın əhəmiyyətindən məmnunluğunu gizlətməyib. Onun “nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirən Azərbaycanın bu ərazilərdən keçən xətlərdən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd edirik” fikri Tacikistanın Orta Dəhlizdə yer almağa hədsiz müsbət yanaşdığının göstəricisidir.
Göründüyü kimi Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə və genişçləndirməklə bərabər, bu koalisiyaya bütün dost ölkələri cəlb edir. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə və böyük bir nəqliyyat ailəsinin birləşməsinə xidmət edir.
Mərkəzi Asiya ölkələrinin demək olar ki, hər biri Orta Dəhlizdə təmsil olumaqdadır. Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Qazaxıstan, Özbəkistan, Türkmənistan Azərbaycanla birgə qovşaqların birləşdirilməsinə dair sazişlərə imza atıb, Qırğızıstan da faktiki olaraq bu saırda yer almaqdadır. Bu baxımdan Tacikistan Azərbaycanın nəqliyyat strategiyasında ortaq iqtisadi baxışların bir ifadəçisi kimi yer alır və bu ailədə özünə əlverişli yer edir.
Qazaxıstan, Özbəkistan və Azərbaycan ittifaqının əsas komponenti isə “yaşıl enerji” dəhlizidir. Mayın 1-də Daşkənddə keçirilən görüşdə 3 ölkənin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na əsasən, tərəflər enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur. Niyyət hər 3 ölkənin mövcud külək və Günəş enerjisi resurslarını vahid dəhlizdə birləşdirərək Avropaya nəql etməkdir.
Çünki Orta Dəhlizin rentabelli işlək coğravi qovşaqlarından biri kimi hər il öz əhəmiyyətini artırır. 2020-2022-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-550 min ton arası olsa da, 2022-ci ildə bu rəqəm 3,4 milyon tona qədər artıb. 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 3,7 milyon ton təşkil edib. Yəni bu o deməkdir ki, Tacikistan da digər dövlətlər kimi Orta Dəhlizin potensial imkanlarından yüksək dəyər əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək. Həmin dəhlizin bir hissəsi isə Zəngəzur transkommunikasiya xəritəsidir və Tacikistan Orta Dəhliz-Zəngəzur vahid nəqliyyat xəttində də yer almış olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

