Paşinyanın ikili oyunu...
17.05.2024 [10:40]
İrəvanın Aİ “üzvü” olmaq arzusu onu KTMT-nin “cəzasına” tuş gətirir
Danimarkanın paytaxtında reallaşan “Kopenhagen Demokratiya Sammiti” bir çox maraqlı məqamları ilə yadda qaldı - xüsusilə, Ermənistanın baş naziri Paşinyanın keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar bir sıra mülahizə və qənaətlərə yol açır. Qeyd edək ki, bir sıra siyasi analitiklər “Kopenhagen Demokratiya Sammiti”ni bir neçə ildir ABŞ prezidenti Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya Sammiti” ilə əlaqələndirir, hətta eyniləşdirirlər. Sadəcə, Kopenhagen platforması konkretləşdirilmiş qitənin - Avropanın “demokratiya müstəvisini” özündə əks etdirir. Bu fikrin daha da qətiləşdirilməsi isə vaxtilə NATO-nun baş katibi olmuş, hazırda isə sammitin təsisçisi və beynəlxalq siyasi konsaltinq təşkilatı olan “Rasmussen Global”ın təsisçisi Anders Foq Rasmussenin bu tədbirin reallaşmasında oynadığı rol ilə əlaqələndirilir.
Konfransın ümumən beynəlxalq siyasi münasibətlər sisteminə köklü təsir etmə imkanları olmasa da, bəzi səslənən fikirlər və ya bəyanatlar “cəlbedici” sayıla bilər - vurğlandığı kimi, xüsusilə Ermənistanın baş naziri Paşinyanın bəzi iddiaları açıq müzakirələrə yol açır.
Aİ xülyasının səbəbləri...
Məsələn, o, ölkəsinin Avropa İttifaqına üzvlüyünün mümkünlüyü məsələsindən danışaraq “Ermənistanın Aİ-yə neçənci ildə üzv olmasını istərdiniz?” sualına Ermənistanın baş naziri sevinclə “Bu il” - deyə cavab verib. Təbii ki, Paşinyanın bu “arzusu” onun şəxsi istəyidir - Aİ üzvü olmaq üçün ilk növbədə bu üzvlüyə “namizədlik” statusu əldə olunmalıdır. Ermənistan isə hələ ki, bu “etimaddan” kənardadır. Son “namizədlik” statusları post-sovet regionunda Moldova, Ukrayna və Gürcüstana verilmişdi. Nəzərə alsaq ki, Ukrayna ilə Gürcüstanın Aİ üzvü olma ehtimalı günü-gündən azalır, paralel olaraq qurumun “genişlənmə planlarının” da müəyyən müddətə təxirə düşmə ehtimalı artır.
Bəzi siyasi analitiklər Paşinyanın bu “utopik” ideyasını onun rəqiblərinə “əzələ nümayişi” kimi də dəyərləndirirlər. O baxımdan ki, Ermənistanda baş verən siyasi proseslərin axarında hətta Paşinyanın istefası məsələsi də tez-tez gündəmə gətirilir. Baş verənləri susqunluqla izləyən Aİ-nin bu mövqeyi isə Paşinyanı narahat edir - anlayır ki, Qərb onun son “gedişlərindən” narazıdır və bu susqunluq və həmin narazılığın əks etdirilməsidir. Erməni baş nazirin Avrasiya İqtisadi İttifaqının iclasında iştirakı, başda Rusiya olmaqla “müttəfiqləri” ilə isti iqtisadi əlaqələri əks etdirən rəqəmlərin səsləndirilməsi Qərbi düşünməyə vadar edib. Aİ-nin Qalstanyan “hərəkatını” sükutla izləməsi də bunun nəticəsi sayıla bilər. Bu mənada, Paşinyanın tələm-tələsik “Aİ üzvü olmaq xülyasını” dilə gətirməsi özünü xilas etmək üçün dənizə atılan “dairəyə” bənzəyir. Başqa sözlə, Paşinyan həm bu bəyanat ilə, həm də son illərdə “Qərb planlarının” əsas təbliğatçısına çevrilmiş Rasmussenlə görüşməklə tərəfini “bəyan etməyə” çalışır.
KTMT müvafiq tədbirlər görmək hüququna malikdir
Digər tərəfdən, Paşinyanın bu açıqlaması ölkəsinin hazırki durumu ilə səsləşmir - Ermənistanın KTMT-yə üzvlüyü davam edir. Düzdür, mayın 8-də Ermənistan rəsmi şəkildə KTMT-dəki üzvlük haqqı maliyyələşməsini yerinə yetirməyəcəyi haqda bəyanat versə də, bu amil onların qurumu tərk etməsi anlamına gələ bilməz - hətta mətbuata açıqlamasında KTMT-nin keçmiş mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, bu iddia, təşkilatın Nizamnaməsinin 25-ci maddəsini birbaşa pozur. Həmin maddəyə görə, dövlət haqları ödəməyə borcludur və o, ödəniş etməsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən bu dövlətə qarşı müvafiq tədbirlər görülə bilər: “Lakin bunun üçün 2 il gözləmək tələb olunur. Bu günə kimi, başa düşdüyüm kimi, söhbət dörd ay yarım əvvəl başlayan 2024-cü ildən gedir. Maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina edən KTMT dövlətinə münasibətdə bu maddəni tətbiq etmək hələ ki, mümkün deyil”.
Zaynetdinov onu da bildirib ki, bir il ərzində 10 faiz kifayət qədər əhəmiyyətli bir məbləğdir. KTMT-yə pay töhfələri aşağıdakı kimi ödənilir - büdcə məbləğinin 50 faizi Rusiya Federasiyası tərəfindən ödənilir, yerdə qalan 50 faizi isə proporsional olaraq KTMT-nin digər beş üzv dövləti arasında bölünür. Yəni ümumi daxili məhsuldan (ÜDM) və ölkənin ölçüsündən asılı olmayaraq hər kəs üçün 10 faiz miqdarında ödəniş alınır.
Beləliklə, Ermənsitan özünü bu dəfə iki od arasına atmış olur - tam arxayın olmadığı Qərbə yarınmaq üçün KTMT-dən özünəməxsus şəkildə “imtina cəhdi” onu KTMT tərəfindən görülən müvafiq tədbirlərlə üz-üzə qoya bilər. Bu tədbirlər nə ola biləcəyi isə həmin dövr üçün daha çox aktuallıq daşıyacaq...
Rusiyanın Ermənistandakı hərbi mövcudluğu hələ də davam edir
Paşinyanın Aİ üzvlüyü, KTMT-dən imtina kimi “iddialı” fikirlər səsləndirməsi, cəsarət nümayiş etdirməsinin kökündə sonuncu Moskva səfəri zamanı əldə olunan bəzi razılıqların dayandığı ehtimal olunur. Belə ki, səfər çərçivəsində erməni baş nazir Rusiya Federasiyası Prezidenti Vladimir Putin ilə görüşdü. Təxminən 1 saatdan artıq çəkən görüşlə bağlı geniş təfərrüat bildirilməsə də, müzakirə predmeti olan bir sıra məsələlər ictimaiyyətə bəlli olub - Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya hərbçilərinin bundan sonra “Zvartnots” hava limanında xidmət aparmayacaqları barədə razılıq əldə olunub. Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər. Vurğulayaq ki, Rusiya Federasiyası ilə Ermənistan arasında 1992-ci il sentyabrın 30-da imzalanan xarici sərhədlərin birgə mühafizəsi haqqında müqaviləyə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. 2003-cü ildə FBS-in funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildikdən sonra Ermənistanda Rusiya Federasiyası FTX-nin sərhəd şöbəsi yaradılıb. Artıq uzun illərdir ki, adıçəkilən aeroport da daxil olmaqla Ermənistanın bir sıra strateji obyekti həmin sərhəd şöbəsi tərəfindən qorunurdu.
Amma nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu sərhəd dəstələri ilə məhdudlaşmır - Gümrüdə yerləşən 102-ci hərbi baza olduqca mühüm strateji əhəmiyyətə malikdir. Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. ?ki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Yəni imzalanmış sənədə əsasən 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Nəzərə alınmalıdır ki, Zvarnots aeroportundan və Azərbaycanla sərhəd bölgələrindən çıxarılan sərhəd dəstələrinin mühüm əhəmiyyətli hissəsi də 102-ci bazada yerləşdirilib. Beləliklə, Ermənistan KTMT-də olmadığını iddia etsə də, bu real sayıla bilməz.
Paşinyanın özünü saldığı bu vəziyyət isə anlaşılmazdır - “iki ələ” oynamağa çalışan erməni baş nazirin bunu nə vaxta qədər davam etdirə biləcəyi şübhə doğurur. Bu mənada, onun siyasi aqibətinin gələcək perspektivi böyük sual doğurur...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41

