“İnsan 65 yaşdan sonra qısamüddətli planlar qurmalıdır”- Rasim Müzəffərli
29.09.2023 [11:45]
O, ötən əsrdə yaratdığı rok qrupu ilə musiqi tarixinə öz adını yazmağı, gördüyü işlərlə tamaşaçıların yaddaşında dərin izlər buraxmağı bacaranlardandır. İfa etdiyi musiqilər, yazdığı şeirlərlə yanaşı, onun müxtəlif dövrlərdə televiziya kanallarında apardığı özünəməxsus verilişləri də olduqca ürəyəyatımlı idi. Bir çoxları onu həm də məşhur “Rekviem” mahnısının bəstəkarı kimi də tanıyır.
Söhbət bəstəkar, ifaçı, naşir, şair, telejurnalist Rasim Müzəffərlidən gedir. Fəaliyyəti çoxşaxəli və rəngarəng olduğundan söhbətimiz də maraqlı alındı. Həmin söhbəti sizlərə təqdim edirik:
- Rasim müəllim, necə bir ailədə, necə bir mühitdə böyümüsünüz?
- Ailəmiz haqda çox danışa bilərəm. Vaxtınızı çox almamaq üçün sadəcə bəzi faktları sadalayım. Atam iqtisadçı-jurnalist kimi uzun illər jurnal redaktoru işləyib. Mənim nə vaxtsa onun kimi naşirlik edəcəyimi əminəm ki, təsəvvür etmirdi. Çünki aradabir kitablar üzərində işləsəm də, nə vaxtsa əsas peşəmin naşirlik olacağını heç mən özüm də ağlıma gətirməzdim. 1996-cı ildə atam vəfat edəndə, mən bank sahibi və “bərkgedən” iş adamı idim... Anam isə naşirliyimə həm şahidlik edib, həm dəstək olub. O, Azərbaycan dili və ədəbiyyatı müəllimi, dilçi-alim olduğuna görə, redaktədə işim çətinə düşəndə baş məsləhətçim idi.
Ailədə üç uşaq olmuşuq. İndiki Hüseyn Cavid prospektində yaşamışıq və üçümüz də 20 nömrəli orta məktəbi bitirmişik. Mən orta məktəbin 4-8-ci siniflərində oxuyanda, həm də 16 nömrəli musiqi məktəbində tar üzrə beşillik təhsil almışam. Ailəmizdə ortancıl övlad olmuşam.
- Yaxın qohumlarınızda, nəslinizdə sizdən əvvəl bəstəkar, musiqiçi olubmu?
- Nəslimizdə peşəkar musiqiçi olmasa da, musiqi duyumu hamımızda olub. Atam tar çalmağı bacarırdı və xanəndələrin həsəd apardığı səviyyədə səsi, avazı, zənguləsi vardı. Anamın çox mülayim, hətta bir az yanıqlı avazı vardı. Amma nadir hallarda, böyük xahiş-minnətdən sonra və yalnız ən yaxın adamlarla olanda bir-iki ağız oxuyardı. Biz anamızın bayatı vəznində dediyi laylalarla, atamızın muğam üstündə oxuduğu qəzəllərlə böyümüşük. Bazar günləri günortalar Azərbaycan Radiosundakı “Muğam saatı” verilişini ailəliklə dinləyərdik. Ümumiyyətlə, hesab edirəm ki, muğamı və bayatını genləri ilə duymayan adam azərbaycanlılıqdan qismən məhrumdur.
- Bəs necə oldu ki, musiqi bəstələməyə başladınız?
- Atam evimizə ilk dəfə pianino alanda mən 5 yaşındaydım. Qısa müddət ərzində özbaşına, yəni müəllimsiz, dərsliksiz, atam da, qardaşım da, mən də pianinonu fəth elədik. Amma bu işin üstünə daha çox düşən mən oldum. 6-7 yaşımdan başlayaraq, atam muğam oxuyanda, mən onu pianinoda müşayiət edirdim. Muğamda müşayiətin öz incəlikləri var, atam öyrədirdi.
-İlk bəstələrinizi xatırlayırsınızmı?
-İlk musiqi əsərlərimi də elə o vaxtlar bəstələməyə başlamışam. 7 yaşımda bəstələdiyim və adını yekə-yekə “Ana süitası” qoyduğum musiqi pyesini də, “Bahar” adlı mahnımın musiqisini və sözlərini də yaddaşımda qorumuşam.
- Sabah sizinlə bağlı konsert baş tutacaq. Bir az bu barədə danışardınız...
- Bu konsert İngilitərədə yaranmış beynəlxalq bir layihəyə aiddir. Layihənin bir qolu da Azərbaycana gəlib çıxıb. Həmin layihənin rəhbərləri mənə təklif etdilər ki, sizin 65 illiyinizə həsr olunmuş konsert keçirək, mən də razılaşdım.
- Gələcək planlarınız nədir?
- Düşünürəm ki, 65 yaşdan sonra insanlar qısamüddətli planlar qurmalıdır. Artıq strateji planlar qurmağın vaxtı deyil. Amma eyni zamanda da mənim üçün yeni bir mərhələ başlayıb. Artıq babayam, nəvəm dünyaya gələndən sonra yaradıcılıq və karyeraya aid olan bütün planlar arxaya keçib. Əsas nəvənin keçdiyi mərhələlər, məsələn, dişinin çıxmasından tutmuş evlənməyinə qədər olan hadisələr ön plana keçir. Yeri gəlmişkən, sizə də gələcəkdə nəvənizlə əlaqədar planlar qurmağı arzu edirəm. Məncə, planların ən maraqlısı və ən vacibi budur...
- Sizcə, qələbəmizi musiqilərdə, bəstələrdə yaşada bilirik?
- Hesab edirəm ki, yaxşı nümunələr kifayət qədər deyil. Yəqin ki, hələ uzun müddət keçməyib, sanki bu tarixi hadisələrin möhtəşəmliyini hələ yaxşı görmürük. Məsələn, uca dağın üzərində olanda onun hündürlüyünü görə bilməzsən. Ancaq dağdan uzaqlaşandan sonra görürsən ki, əslində bu dağ necə də hündür imiş. Biz də 27 sentyabr 2020-ci ildə başlayan tarixi hadisələrin böyüklüyünü bir o qədər hiss edə bilmirik, fikrimcə, zaman keçdikcə bu hadisələrin möhtəşəmliyini görəcəyik. Yəqin ki möhtəşəm 44 günlük tariximizdən zaman etibarı ilə uzaqlaşdıqca onun möhtəşəmliyini daha yaxşı dərk edəcəyik. İnanıram ki, o zaman daha yaxşı ədəbi-bədii və musiqili nümunələr yaranacaq.
- Şuşada olmusunuz?
- Xeyr
- Bəs azad olunmuş hansı rayonlara baş çəkmisiniz?
- Füzulidə olmuşam.
- Nə hislər keçirdiniz?
- Füzuli tanınmaz halda idi...Təəssüf ki, yeni çəkilən yollardan başqa heç nə qalmamışdı. Amma görülən quruculuq işləri hər birimizi fərəhləndirir. Bu işlərin görülməsi hər birimizin yarasını sağaldacaq...
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
