/ / Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə münasibətləri yüksək qiymətləndirir
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə münasibətləri yüksək qiymətləndirir
19.10.2011 [18:28]
- Cənab Baş katib, ilk olaraq, ölkəmizə səfərinizin məqsədi haqqında məlumat almaq istərdik. Səfərdə məqsəd və Bakıda keçirdiyiniz görüşlər haqqında nə deyə bilərsiniz?
- Mən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ASP BK) Baş katibi kimi Bakıya səfərə gəlmişəm. Bildiyiniz kimi, ASP BK-da 50-ə yaxın ölkənin 350-dən artıq partiyası təmsil olunur. Daimi Komitə 2012-ci ildə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul etmişdir. Səfərimizin məqsədi də Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə Baş Assambleyaya hazırlıq işləri ilə bağlı müzakirələr aparmaqdır. Bu məqsədlə də partiya rəhbərliyi ilə görüşlərimiz oldu və hesab edirəm ki, bu görüşləri kifayət qədər məhsuldar saymaq olar.
- Baş Assambleyanın məhz Bakıda keçirilməsi ilə bağlı qərarı nə ilə əlaqələndirirsiniz?
- Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 20 nəfərdən ibarət Daimi Komitəsinin üzvüdür. Son iki ildə isə YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edib. Bizim isə Asiya qitəsinin məhz bu bölgəsində fəaliyyətimiz elə də fəal olmadığı üçün qərara gəldik ki, Azərbaycan dövlətinin və rəhbərliyinin də razılığı ilə Baş Assambleyanın iclasını məhz Bakıda keçirək.
- YAP ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı arasında əlaqələrin mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz və siz, bu əlaqələrin gələcək perspektivlərini necə görürsünüz?
- Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında və bizim keçirdiyimiz tədbirlərdə çox fəal iştirak edir. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin İdarə Heyətinin üzvüdür. Biz Yeni Azərbaycan Partiyası ilə münasibətləri yüksək qiymətləndiririk. Düşünürəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək. Xüsusilə, gələn il Baş Assambleyanın Bakıda keçiriləcək VII islasından sonra bu iki siyasi qurum arasında münasibətlər yeni inkişaf dinamikası qazanacaq.
- Sizin səfəriniz çox əlamətdar bir tarixi dövrə təsadüf edir. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 20-ci ildönümüdür. Yəqin ki, səfəriniz çərçivəsində gördükləriniz və ilkin təəssüratlarınız ölkəmizin ötən 20 ildə keçdiyi inkişaf yolu, əldə olunmuş tərəqqi haqqında müəyyən mənada rəy yarada bilib. Sizin Azərbaycanla bağlı, təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bakıya səfərimizdən əvvəl də ölkəniz haqqında müəyyən qədər məlumatlı idim. Amma deyə bilərəm ki, buraya gəldikdən sonra Azərbaycan haqqında çox az şey bildiyimi gördüm. Azərbaycan ötən 20 ildə çox böyük uğurlara imza atıb. Düşünürəm ki, bu, ilk növbədə dövlət tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bu baxımdan siz çox şanslı insanlarsınız. Azərbaycanda son illər müşahidə olunan inkişaf dinamikasını görməmək mümkün deyil.
- Cənab Baş katib, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hansı mövqeni müdafiə edir?
- Əlbəttə ki, bu münaqişə çox ağır nəticələr, fəsadlar törədib. Biz bundan kədərlənirik, təəssüflənirik. Eyni zamanda, bu münaqişənin tez bir zamanda həllini arzulayırıq. çünki istənilən halda münaqişələrin həll edilməmiş qalması gələcəkdə daha böyük təhlükələrə yol aça bilər. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı problemin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
- Azərbaycan dövləti bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. O cümlədən, ölkəmiz Koreya Respublikası ilə əlaqələrə də xüsusi əhəmiyyət verməkdədir. Bəs, rəsmi Seul ölkəmizlə əlaqələrin mövcud vəziyyətini necə qiymətləndirir?
- Azərbaycan Koreyanın vacib iqtisadi və siyasi tərəfdaşlarından biridir. İki ölkə arasında münasibətlər 2006-2007- ci illərdən formalaşmağa başlayıb və son illər isə yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan təbii sərvətləri ilə zəngin olan bir dövlətdir. Bizim ölkəmiz isə güclü sənaye potensialına sahibdir. Bu istiqamətdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Biz istərdik ki, ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, digər sahələrdə də geniş əməkdaşlıq qurulsun.
- Azərbaycan mədəniyyəti haqqında nə düşünürsünüz?
- Azərbaycan xalqı çox zəngin və böyük tarixə malik mədəniyyətə sahibdir. Sizin mədəniyyənizə, mədəni dəyərlərinizə belə yüksək səviyyədə sahib çıxmağınız, qorumağınız təqdirəlayiqdir. Azərbaycan mədəniyyəti məni heyran etdi. Mən dünən ilk dəfə Azərbaycan muğamına qulaq asdım. Muğam çox ecazkar, insanı heyrətləndirən bir qüdrətə sahibdir. Mən onun sözlərini başa düşməsəm də, musiqinin ahəngdarlığı, ecazkarlığı məni çox heyran etdi. Onu da deyim ki, muğam bizim cann adlı musiqimizə çox yaxındır. Gələcəkdə istərdim ki, muğamla cannın birgə səsləndiyi konsert təşkil edək.
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

