Azərbaycan İKT sahəsində ciddi irəliləyişlərə nail olub
16.04.2011 [11:13]
Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, Azərbaycanda İKT-nin inkişafı hansı səviyyədədir və dünyada bu sahədə gedən proseslərlə müqayisədə ölkəmizin əldə etdiyi uğurları necə qiymətləndirmək olar?
- öncə onu qeyd etmək istəyirəm ki, 12-13 aprel tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament Məclisinin Hüquq və siyasi məsələlər komitəsinin Moldovanın paytaxtı Kişinyovda keçirilən iclasının əsas müzakirə mövzusu Qara dəniz bölgəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində elmi-texniki inkişaf idi. Hazırda çox aktual olan bu mövzunun seçilməsi isə heç də təsadüfi deyil. Dünyaya nəzər saldıqda görürük ki, XX əsrin birinci yarısınadək dünya ölkələrinin inkişafı əsasən təbii sərvətlərdən asılı idisə, bu gün ölkələrin əldə etdiyi uğurlar başlıca olaraq yüksək texnologiyaların inkişafı ilə ölçülür. Məsələn, Yaponiya, Sinqapur, Finlandiya kimi dövlətlər təbii sərvətlər baxımından zəngin hesab olunmasalar da, həmin ölkələrdə yüksək texnologiyaların istehsal olunması və inkişafı əhalinin həyat səviyyəsini xeyli yüksəldib.
Azərbaycana gəlincə, ölkəmizdə bu sahədə çox böyük inkişaf əldə olunub. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti iclas iştirakçılarını respublikamızda bu sahədə qazanılan uğurlar, görülən işlər barədə məlumatlandırıb. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neft sektorundan sonra ikinci prioritet sahə kimi məhz informasiya texnologiyaları sahəsini elan edib. İKT sahəsində əldə edilən son elmi yeniliklər respublikamızda tətbiq olunur, həmçinin, bu istiqamətdə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Dünya Bankının yaydığı məlumata əsasən, ölkələrin inkişafı üç əsas faktorla - insan, sənayenin inkişafı və təbii sərvətlərin miqdarı ilə ölçülür. Bu gün inkişaf etmiş ölkələrdə insan faktorunun önə çıxdığını görürük. Doğrudur, Azərbaycanın iqtisadi gəlirlərinin əsas hissəsini neft-qaz sənayesindən əldə olunan gəlirlər təşkil etsə də, son zamanlar digər sektorların inkişafı bu təsiri bir qədər azaldıb. Dövlət başçısının da qeyd etdiyi kimi, əsas məqsəd Azərbaycanda neft kapitalını insan kapitalına çevirməkdir. Bu baxımdan respublikada sözügedən sahədə böyük inkişaf gedir, əsaslı işlər görülür. Məsələn, son illərdə İKT sahəsində əldə olunan irəliləyişlərə nəzər saldıqda görürük ki, ölkədə hər dörd nəfərdən birinin kompüteri var, hər iki nəfərdən biri internet istifadəçisidir. Digər tərəfdən, son beş ildə ölkəmizdə internetdən istifadə qiymətləri 10 dəfə ucuzlaşıb. üstəlik, yaxın zamanlarda Azərbaycan öz süni peykini kosmosa çıxaracaq. Bununla da, həm ölkə daxilində internet xidmətlərinin keyfiyyəti artacaq, həm də başqa dövlətlərin də bu peykdən istifadəsi nəticəsində Azərbaycan böyük həcmdə gəlir əldə edəcək.
- Bəs komitənin iclasında Azərbaycan nümayəndə heyəti tərəfindən başqa hansı məsələlər gündəmə gətirilib?
- Bildiyimiz kimi, Azərbaycanın bir neçə bölgəsində müasir tələblərə cavab verən, ən son texniki yeniliklərdən istifadə etməklə hava limanları tikilir. Bizi narahat edən bir məsələ isə Ermənistan tərəfindən işğal edilmiş Xankəndidə yeni müasir texnologiyalar əsasında aeroportun tikilməsidir. Tədbirdə bu məsələnin gündəmə gətirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı bu istiqamətdə təxribat xarakterli addımlarına diqqəti yönəltmək idi. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT Təhlükəsizlik Şurasının işğalın dayandırılmasını tələb edən 4 qətnaməsinin mövcudluğuna baxmayaraq, Ermənistan nəinki işğala son qoymur, eyni zamanda, Dağlıq Qarabağ və ətraf ərazilərdə təxribatçı fəaliyyətini davam etdirir. İşğal altındakı ərazilərdə qeyri-qanuni uçuşlar həyata keçirmək niyyəti Azərbaycanın hava məkanından qeyri-qanuni istifadə cəhdidir. Beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan tərəfi ərazisi üzərindən icazəsiz uçan təyyarələrin endirilməsini tələb edə, buna əməl olunmadıqda həmin təyyarəni vura bilər. Lakin qanunun icazə verməsinə baxmayaraq, Azərbaycan belə bir addım atmaq niyyətində deyil. Hesab edirik ki, bu məsələyə beynəlxalq təşkilatlar da öz kəskin münasibətini bildirməlidir.
Eyni zamanda, komitənin iclasında Azərbaycan nümayəndə heyətinin digər üzvü Mübariz Qurbanlının elm mükafatı ilə bağlı təklifi maraqla qarşılandı. Təklifə əsasən, ildə və ya iki ildə bir dəfə Qara dəniz regionu ölkələrində elmi-texniki tərəqqi sahəsində yüksək xidmətləri olan şəxslərin namizədlikləri həmin ölkələrin müvafiq nazirlikləri, yaxud digər qurumları tərəfindən irəli sürülə və onların arasından ümumi qərar əsasında bir şəxsə elm mükafatı təqdim oluna bilər. Bu, elmdə rəqabətin artması baxımından da müsbət təsirə malik bir addım ola bilər. Qeyd edim ki, təklif iclas iştirakçıları tərəfindən bəyənildi, həmçinin, onun Elm, təhsil və mədəniyyət texnologiyaları komitəsində müzakirəyə çıxarılması dəstəkləndi.
- Məlum olduğu kimi, ölkəmizdəki radikal müxalifət bu günlərdə növbəti icazəsiz aksiya keçirməyə hazırlaşır. Belə aksiyalar cəmiyyətdəki sosial-siyasi sabitliyə necə təsir göstərir və hansı məqsədi daşıyır?
- Heç kəsə sirr deyil ki, bugünkü radikal müxalifət qüvvələrinin hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərində torpaqlarımızın bir hissəsi işğal altına düşdü, ölkədə xaos, qanunsuzluq bütün sahələri bürüdü. Təcrübəsiz insanların ölkəni idarə edə bilmədiyini görən xalq ümummilli lider Heydər Əliyevi köməyə çağırdı. Ulu öndər, ilk növbədə, atəşkəsə nail oldu, bundan sonra Azərbaycan inkişaf etməyə başladı. İndi Azərbaycan güclü iqtisadiyyata malik, geniş xarici əlaqələr quran bir ölkəyə çevrilib. Müasir dövrdə güc dedikdə, ilk növbədə, iqtisadi güc başa düşülür. Azərbaycanın artan iqtisadi gücü təcavüzkar Ermənistana daha artıq təzyiq göstərməyə imkan verir. İşğalçı Ermənistan isə dalana dirənib, çıxılmaz vəziyyətə düşüb. Nəticədə, Ermənistan hər tərəfdən təzyiqlərlə üzləşir.
Qeyd etdiyim kimi, Azərbaycan bu gün hərtərəfli inkişafa nail olub və ölkə vətəndaşları dövlətin yeritdiyi siyasəti tam dəstəkləyir. Belə olduqda, radikal müxalifətin mitinqlərinin, inqilab şüarlarının arxasında nə dayanır? Təbii ki, burada erməni lobbisinin təsiri altında olan bəzi xarici qüvvələrin dəstəyi hiss olunur. Bu qüvvələrin məqsədi Azərbaycanın inkişafına, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdır. Bütün bunlar ölkəmizdə xaos, anarxiya yaratmağa çalışan erməni lobbisinin təsiri ilə baş verir və bu təxribatçı fəaliyyətdə alət kimi istifadə olunan radikal müxalifət əslində, düşmənə xidmət etmiş olur. Xəyanətkar qüvvələri isə xalq dəstəkləmir və onların sosial dayağı yoxdur. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət ölkədə sosial-siyasi sabitliyin pozulmasına imkan verməyəcək. Odur ki, Azərbaycan xalqını bu cür təxribat xarakterli addımlara öz kəskin münasibətini nümayiş etdirməyə çağırıram. Hesab edirəm ki, ölkədə sabitliyi pozmağa çalışanlara qarşı həm dövlət, həm də xalq səviyyəsində tədbirlər görülməlidir.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

