/ / Bakalavrların və ya magistrlərin təhsillərini davam etdirməsi üçün onlara möhlətin verilməsi elmin inkişafına böyük töhfə olardı
Bakalavrların və ya magistrlərin təhsillərini davam etdirməsi üçün onlara möhlətin verilməsi elmin inkişafına böyük töhfə olardı
08.01.2011 [09:01]
- Arif müəllim, ilk olaraq, istərdik 2010-cu ildə Azərbaycan elminin əldə etdiyi nailiyyətlər və qət etdiyi inkişaf yolu haqqında danışasınız. ötən il elm ictimaiyyətinin yaddaşında necə qalıb?
- ötən il Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Elmin inkişafı üzrə Milli Strategiya”nın və bu strategiyada nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi üçün tərtib olunmuş Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən ibarət olub. Əlbəttə ki, “Elmin inkişafı üzrə Milli Strategiya” bu prosesdə aparıcı təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyasını əsas götürüb. çünki, akademiya Azərbaycanda elmin həm əlaqələndiricisi, həm tədqiqatların aparılmasının təşkiledicisi, həm də elmin əsas istiqamətləndiricisi qismində çıxış edir. Məhz, bu mənada akademiya 2010-cu ildə də ölkəmizdə fundamental və tətbiqi elmlərin inkişafı istiqamətində aktiv və səmərəli fəaliyyətini davam etdirib.
Bütövlükdə, elmin inkişafına xidmət edən tədqiqatların aparılmasını və bu proseslərin nəticəsi olaraq, ortaya qoyulmuş ciddi nailiyyətləri də nəzərə alaraq, ötən ili də Azərbaycan elminin inkişafı baxımından müsbət qiymətləndirmək olar. Həmçinin, qeyd etmək istərdim ki, 2010-cu ili Azərbaycan elminin davamlı inkişafına ciddi zəmin yaradan vacib mərhələ kimi də dəyərləndirmək olar...
- Müasir dövrdə demək olar ki, hər gün müxtəlif elm sahələrində yeni-yeni nailiyyətlərin əldə olunduğunu, kəşflərin edildiyini eşidirik. Bu isə özülüyündə bir sıra elm sahələrinin prioritetliyinin müasir dövrün tələbələrinə uyğun olaraq, müəyyənləşdirilməsini tələb edir. Bəs, bizdə bu proses necə aparılır? Elmin inkişafı üçün hansı əlavə tədbirlər görülür?
- Əlbəttə ki, bu gün aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq üçün gərəkli elm sahələrinin prioritetliyi müəyyənləşdirilir. Yəni, prioritet elmi istiqamətlər o elm sahələrindən ibarət olmalıdır ki, onlar Azərbaycanın bugünkü dinamik inkişaf tempinə uyğun olaraq, irəli getsin və dövlətimizin tərəqqisinin daha da sürətləndirilməsinə öz töhfələrini verə bilsinlər. Digər tərəfdən, prioritetliyi müəyyənləşmiş elm sahələri dünya səviyyəsində gedən inkişaf prosesinə qatılmağı bacarmalı və Azərbaycanın elm həyatına yeniliklər gətirməlidir.
Aydın məsələdir ki, biz elm sahələrinin prioritetliyinin müəyyənləşdirilməsi dedikdə, elmin digər sahələrinə kölgə salmırıq. Elə fikir formalaşmamalıdır ki, elmin hansısa sahələri arasında fərq qoyulur və ya bəzilərinə az əhəmiyyət verilir. ümumiyyətlə, elmdə prioritet olmayan istiqamət yoxdur. Amma elə elmi istiqamətlər var ki, onların inkişafı digər sahələrin də tərəqqisini təmin etmək iqtidarındadır. Hətta, bu gün bir elmi istiqamət üzrə aparılmış tədqiqatlar nəticəsində əldə olunan nailiyyətlər yeni elmi istiqamətin formalaşmasına yol aça bilir. Bu baxımdan, 2010-cu ildə də bizim əsas vəzifələrimizdən biri məhz, elmi istiqamətlərin düzgün müəyyənləşdirilməsi və ölkəmizin inkişafı üçün vacib olan sahələrə yönəldilməsi olub. Bu nöqteyi-nəzərdən ötən il də həm təbiət, həm də ictimai və humanitar elmlər sahəsində çox mühüm elmi tədqiqat işləri aparılıb və prioritet istiqamətlər demək olar ki, müəyyənləşdirilib.
Bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri mühüm nəticələrin əldə olunması ilə yanaşı, elmi potensialın qorunub saxlanılması və onun gəncləşdirilməsidir. Məhz, bu vacib məsələ ilə bağlı da ciddi işlər görülməkdədir. Bu istiqamətdə görülən işlərə misal kimi cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında, bir qrup azərbaycanlı gənc doktorantların təhsillərini davam etdirmək üçün dünyanın nüfuzlu universitetlərinə göndərilməsini göstərmək olar...
- Arif müəllim, elm və təhsil bu gün cəmiyyətimizin maraqlandığı, ətrafında ciddi müzakirələr apardığı mühüm sahədir. Təhsilimizin hər bir pilləsi və səviyyəsi haqqında da insanlarımızın müxtəlif düşüncələri var. Amma hazırda ən çox müzakirə olunan məsələ məhz, ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura ilə bağlıdır. Təhsilini bu səviyyədə davam etdirmək istəyən magistrantlar doktoranturaya daxil olmaq üçün nə zaman imtahan verə biləcəklər?
- 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda qeyd olunduğu kimi, bu gün Azərbaycanda təhsilin müxtəlif pillələri və səviyyələri mövcuddur. Onlardan biri olan doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr isə ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir. “Təhsil haqqında” Qanunda vurğulanır ki, Azərbaycan Respublikasında elm sahələri göstərilməklə “fəlsəfə doktoru” və “elmlər doktoru” elmi dərəcələri müəyyənləşdirilib. Eyni zamanda, qanunda göstərilir ki, doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Amma 2 il idi ki, Azərbaycanda doktoranturaya qəbul həyata keçirilmirdi. Əlbəttə ki, doktoranturaya qəbul, dissertantların təhkim olunması prosesləri obyektiv səbəblər üzündən dayandırılmışdı. Yəni, qəbul edilmiş “Təhsil haqqında” Qanunun qarşıya qoyduğu məsələlərin həyata keçirilməsi üçün müvafiq tələblərə cavab verən sənəd işlənib hazırlanmalı idi. Ona görə də, Nazirlər Kabineti sözügedən qanunun qəbulundan sonra “Doktoranturaların yaradılması və qəbul qaydaları haqqında” müvafiq sənədin işlənməsini vəzifə kimi qarşıya qoydu. AMEA, Təhsil Nazirliyi və aidiyyatı orqanlar birgə fəaliyyəti ilə iş aparıldı və 1 iyul 2010-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Doktoranturaların yaradılması və qəbul qaydaları haqqında” sənəd təsdiqləndi.
Bu sənədin isə müvafiq bəndlərində göstərilir ki, doktorantlar hazırlayacaq təhsil müəssisələrinin siyahısı və qəbul planları AMEA-nın və Təhsil Nazirliyinin rəyi əsasında Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Nəhayət, 14 dekabr 2010-cu ildə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların” siyahısı da təsdiqləndi.
Beləliklə də, doktoranturalara qəbul prosesinin başlanması üçün daha bir sənədin qəbulu qalır ki, bu da ali təhsil müəssisələrinin qəbul planlarının təsdiqlənməsidir. Artıq ali təhsil müəssisələri, elmi təşkilatlar Nazirlər Kabinetinə müvafiq qəbul planlarını təqdim edirlər. Təqdimetmə prosesi başa çatdıqdan sonra Nazirlər Kabineti AMEA-nın və Təhsil Nazirliyinin rəyi əsasında doktoranturalara qəbul elanlarının verilməsi haqqında qərar qəbul edəcək. Bu qərarın qəbulundan 1 ay sonra isə doktoranturalara qəbul keçiriləcək.
- Doktoranturalara qəbul prosesi necə həyata keçiriləcək? Ali təhsilin bu səviyyəsinə daxil olanlar neçə il oxumalı olacaqlar?
- Təsdiq olunmuş qaydalara müvafiq olaraq, imtahanlar doktoranturaların olduğu təşkilatlarda həyata keçiriləcək. Doktoranturaya daxil olmaq istəyən iddiaçıların həm sənədlərinin qəbulu, həm iddiaçılarla söhbətlərin aparılması, həm də mövzuların verilməsi, elmi rəhbərlərin təyinatı və s. elmi təşkilatların, ali təhsil müəssisələrinin özlərində baş tutacaq.
Qəbulla bağlı bəzi imtahanlar isə mərkəzləşdirilmiş qaydada akademiyada götürüləcək. Məsələn, xarici dildən imtahan akademiyanın xarici dillər kafedrası, fəlsəfədən imtahan Fəlsəfə İnstitutu tərəfindən götürüləcək, ixtisas imtahanları isə ixtisas sahələri yaradılmış ali təhsil müəssisələrində aparılacaq.
Sualın ikinci hissəsinə gəlincə, deməliyəm ki, doktoranturaya imtahan yolu ilə qəbul olunanlar əyani və qiyabi formada təhsil ala biləcək. Dissertantlıq yolu ilə isə bu səviyyədə təhsilini davam etdirənlər mütləq ya elmi işçi olmalı, ya da ki, pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar.
Qeyd edim ki, fəlsəfə elmləri üzrə əyani təhsil 3 il, dissertantlıq və elmlər doktoru üzrə isə 4 ildir. Qiyabi təhsil isə fəlsəfə elmləri üzrə 4 il, dissertantlıq və elmlər doktoru üzrə isə 5 ildir.
Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, doktoranturada təhsil həm ödənişli, həm də ödənişsiz olacaq.
- Arif müəllim, bu gün ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də təhsilini başa vuran bakalavrların və ya magistrlərın təhsilini davam etdirə bilməməsi və hərbi xidmətə çağırılmasıdır. Sizin fikrinizcə, bu proses necə tənzimlənməlidir?
- Əlbəttə ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayan, torpaqları düşmən tapdağı altında olan bir dövlətdir. ölkəmizdə hər bir gəncin də vaxtı çatdıqda ordu sıralarına çağırılması qanuna müvafiqdir və düzgündür. Bu baxımdan da, Azərbaycanda təhsilini başa vurmuş hər bir oğlan hərbi xidmət keçmək üçün ordu sıralarına çağırılması haqqında qanun qüvvədədir.
Amma təhsil prosesində fasilənin yaranması bu sahədə gerilələmələrin meydana gəlməsinə səbəb olur. Məlum olduğu kimi, elmi tədqiqatlar bir-birilə zəncirvari bağlıdır. Həmin elmi tədqiqatlar zəncirinin bir halqası qopduqda, elmin inkişafı prosesi pozula bilər. ümumiyyətlə, akademiyanın əməkdaşlarının mövqeyi belədir ki, təhsili davamlı şəkildə aparmaq üçün mümkün şəkildə oğlanlara möhlət verilsin.
Bilirsiniz, ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən gənclərin ordu sıralarına çağırılması onları bir növ elmi fəaliyyətdən, tədqiqatlardan ayrı salmış olur. Bunun nəticəsində isə həmin gənclərdə ya tədqiqat işini yenidən aparmaq həvəsi itir, ya da onların tədqiqat mövzuları köhnəlmiş olur.
Digər bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən oğlanların orduda xidmətə getməsi nəticəsində doktoranturaya qəbul olanların mütləq əksəriyyətini qızlar təşkil etmiş olur. Lakin sonradan bu sahədə təhsilini davam etdirən qızların ailə qayğılarının artması tədqiqat işlərinin uzun müddət ləngiməsinə, hətta, dayanmasına gətirib çıxarır. Beləliklə də, bu proses elmin və təhsilin inkişafına müəyyən mənada mənfi təsir göstərmiş olur. Bu nöqteyi-nəzərdən də düşünürəm ki, bakalavriatların və ya magistrantların təhsillərini davam etdirməsi üçün onlara möhlətin verilməsi elmin inkişafına böyük töhfə olardı.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
