Qələbəyə doğru 35 uçuş
07.04.2022 [10:45]
Pilotlar üçün dəqiqələr yox, anlar, saniyələr önəmlidir
"Bombaları atıb geri dönən zaman partlama səsi eşitdim, kabinaya işıq düşdü"
İlhamə HƏKİMOĞLU
Müsahibimiz II Qarabağ müharibəsi iştirakçısı, “Qarabağ” ordenli, Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuş qəhrəman hərbi pilotumuz polkovnik-leytenant Vüqar Salahovdur
- Cənab polkovnik-leytenant, öncəliklə sizi bir qədər yaxından tanımaq istərdik.
- Salahov Vüqar Nizami oğlu. 1985-ci il aprel ayının 15-də Tərtər rayonunda anadan olmuşam. İlk təhsilimi Tərtər rayonu şəhid Rafiq Nuriyev adına 6 saylı orta mək?əbdə almışam. 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişəm. Orta məktəbə 5 yaşımda getdiyim üçün 2001-ci ildə 17 yaşımda məktəbi bitirdim və Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq üçün sənədlərimi verdim. Yaş həddi uyğun olmadığına görə, qəbul etmədilər. Bir il gözlədikdən sonra təkrar, 2002-ci ildə qəbul üçün sənədlərimi Azərbaycan Ali Hərbi Məktəbinə verdim və müvəffəqiyyətlə qəbul oldum. Hərbi məktəbə qəbul olduqdan sonra ixtisas seçimində Təyyarəçilik ixtisasını seçdim. Tibbi müayinə və bəzi testlərdən keçdikdən sonra təyyarəçi ixtisası üzrə təhsilimi davam etdirdim. 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini leytenant rütbəsi ilə bitirdim. N saylı hərbi hissədə təyyarəçi kimi xidmətə başladım. Xidmət dövründə təyyarəçi olaraq bir çox vəzifələrdə xidmət etmişəm və polkovnik-leytenanı hərbi rütbəsinə qədər yüksəlmişəm. Hazırda təyyarəçi kimi xidmətdəyəm.
- Bu şərəfli peşəni özünüz seçdiniz, yoxsa valideynlərin tövsiyəsi oldu?
- Bəli, özüm seçdim. Yaxşı ki, seçdim və peşman deyiləm. Bu suala yeri gəlmişkən bir xatirə yadıma düşdü. Orta məktəbdə oxuyarkən Ramin adlı sinif yoldaşımla məktəbdən çıxıb evə gedirdik və bu zaman havada bir sərnişin təyyarəsi gördüm, mən təyyarəni göstərərək dedim ki, zaman gələcək mən bu təyyarədə uçacağam. Arzuma çatdım. Sərnişin təyyarəsi olmasa da, döyüş təyyarəsi oldu.
- Vətən müharibəmizin başladığı gün hansı hissləri keçirdiniz, bu xəbəri necə qarşıladınız?
- Unudulacaq bir gün deyildi o gün. 27 sentyabr 2020-ci il düşmənin hücumunun qarşısının alınması üçün həyata keçirilən əks hücum əməliyyatı tapşırığını aldıqdan sonra, döyüş yoldaşlarımızla bərabər böyük həyəcanla o günün gəldiyini hiss etdik. O günü düz 30 il gözləmişdik, böyük gün idi. Xidmətə başladığımız gündən bu günün xəyalı ilə yaşamışdıq hamımız. Vətən müharibəsi xatirələri yaddaşımda mənimlə bərabər sona qədər həm gözəl, həm də acı xatirələrlə yaşayacaq. 30 il həsrətində olduğumuz torpaqlarımızın işğaldan qurtarılması əməliyyatlarında iştirak şansım olduğuna görə xoşbəxtəm. Şəhid analarımızın, bacılarımızın və qardaşlarımızın qisasını alaraq, düşməni torpaqlarımızdan çıxartmaq böyük şərəf idi. Nə üçün acı xatirələr söylədim, çünki birlikdə xidmət etdiyimiz dostlarımız, qardaşlarımız şəhid oldu. Xüsusi ilə də şəhid pilotlarımız polkovnik Zaur Nudirəliyev və polkovnik-leytenant Ramiz Qasımovu qeyd etmək istərdim. Çünki birlikdə olduğumuz insanları itirdik. Hər bir şəhidimiz bizim üçün müqəddəsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
27 sentyabr səhər saatlarında düşmən hücumunun qarşısını almaq üçün tapşırıq aldıq və ilk tapşırıq alanlardan biri də mən oldum. Böyük qürur hissi ilə, istəklə uçuşa hazırlaşdım. İlk döyüş uçuşum Füzuli rayonu istiqamətində oldu. Mən bu uçuşu uğurla yerinə yetirərək, düşmən hədəfinə zərbələr endirdim. İlk döyüş uçuşu fərqliydi, həm həyəcan, həm istək, həm də qisas hissi vardı. Bu uçuşdan sonra daha da özümdə güvən hiss etdim. Beləcə, döyüş yolum bu şəkildə başladı və davam etdi. 44 günlük müharibə dövründə cəbhənin müxtəlif istiqamətlərində (Ağdərə, Füzuli, Suqovuşan, Cəbrayıl, Xocavənd və Ağoğlan) 30-dan çox uğurlu döyüş uçuşu icra etdim.
- Ümumiyyətlə, bu günə qədər neçə uçuş həyata keçirmisiniz, göylərə neçə dəfə qanad açmısız?
- Bu sayı yadda saxlamaq çox çətindir. Çünki təyyarəçi kimi uçuşlara başladığım gündən minlərlə uçuşlarım olub. Amma II Qarabağ müharibəsində dəqiq yadımdadır ki, 35 uçuş oldu. Dəqiq 35. Nə üçün belə xatırlayıram? Çünki bu 35 uçuş şəhidlərimizin qisasının alındığı uçuşlardır, hər birinə fərqli duyğularla uçmuşam.
- Sizin üçün uçmaq nədir?
- Uçuş həyatdır. Çünki təyyarəçi uçuşla yaşayır. Bəzən məzuniyyətdə olarkən məzuniyyətin 15-20-ci günündən sonra bir narahatçılıq hiss edirsən və uçmaq istəyirsən. Bəlkə yaxşı çıxmaz bu söz, uçuş narkotik kimidir, alışırsan, daha yerdə qərar tapa bilmirsən. Zamanı gəldisə narahat olmağa başlayırsan. Uçmaq istəyirsən.
- Səmada ən gözəl mənzərə nəyi hesab edirsiniz?
- Hava buludlu və tutqun olanda yuxarı doğru buludların üstünə çıxırsan və baxırsan ki, bir anlıq hər yer günəş işığına bürünür. Bu anda keçirdiyin hisslər çox fərqli olur. İnsan sanki başqa bir dünyaya düşür. Bu mənzərə də, bu hiss də uçuşun ən gözəl hisslərindəndir. Amma əlbəttə ki, uçuşun çətinlikləri də var.
Gözəllikləri görmək üçün təyyarəçi illərlə öz üzərində çalışır. Söhbət fiziki və psixoloji hazırlıqdan gedir. Əgər bir təyyarəçi həm fiziki, həm də psixoloji özünü hazırlamazsa, uçuşda çətinliklərlə qarşılaşa bilər.
- Döyüş vaxtı hansısa çətin məqam yaşandımı?
- Tarixi tam olaraq xatırlamıram. Gecə döyüş tapşırığı yerinə yetirmək üçün uçuş yerinə yetirirdim. Hədəfə bombaları atıb geri dönən zaman bir partlama səsi eşitdim və kabinaya işıq düşdüyünü gördüm. Ümumiyyətlə, gecə uçuşlarında insan işığa və səsə daha həssas reaksiya verir. Heç bir şey düşünmədim, sadəcə pıçıldadım ki, “vuruldum”. Soyuqqanlı davrandım, öz qoşunlarımız tərəfə dönüş edərək, nə baş verdiyini araşdırmağa başladım. Bu zaman ilk düşündüyüm şey bizim qoşunlar tərəfə dönüş yerinə yetirmək və təyyarə həqiqətən vurulubsa, katapult etmək üçün uyğun vəziyyət seçmək idi. Dönüşü yerinə yetirə-yetirə kabinaya baxış keçirməyə başladım. Təyyarənin normal idarə olunduğunu görərək, diqqəti daha da artırdım. Gördüm ki, təyyarənin mühərrikinin biri sönüb. Vurulmadığımı anlayaraq, lazımi tədbirləri gördüm. Mühərrikdə “POMPAJ” deyilən bir hadisə var, o baş vermiş, mühərriki söndürmüşdü. Onu işə salıb normal eniş yerinə yetirdim. Yuxarıda bir neçə cümləylə ifadə etdiyim fikirlər cəmi bir neçə saniyədə baş verən hadisələrdi. Pilotlar üçün dəqiqələr yox, anlar, saniyələr önəmlidir. Bu, unudulmaz bir hadisə olaraq xatirimdədir.
-Azərbaycanın gənc şahinləri haqqında nə deyə bilərsiniz?
- Gənc şahinlərimiz həmişə bütün tapşırıqları yerinə yetirməyə hazır vəziyyətdədirlər. Vətən səmaları əmin əllərdədir.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

