Mən məhkumluğu özümə rəva görmədim
01.03.2022 [10:57]
Onun öz qarşısına tutduğu qalın zirehin, sərt qadın obrazının arxasında əslində çox fərqli biri var. Çox gözəl, çox ağıllı, çox bilgili və dünyanı fərqli rənglərlə görməyi bacaran adil bir qadın. Müsahibim tanınmış rejissor Mehriban Ələkbərzadədir. Çoxları çətin insan hesab edir onu. Mehriban xanım isə doğru deyilən nədirsə, onunla yaşamağa çalışır. Bəlkə bu dünyada çətin olan elə doğruluqdur, ədalətdir?
İlhamə HƏKİMOĞLU
- Mehriban xanım, koronavirusdan sonra necəsiniz?
- Çox ağır şəkildə xəstələndim. 5 gün həyatdan qopdum. O işığın söndüyünü, sonra da yandığını gördüm. Xəstəlikdən sonra həyata baxışlarım xeyli dəyişdi. İndi daha şükranam, hər anımın qədrini bilməyə başlamışam.
- Sizinlə müsahibəyə gəlməzdən öncə dil tapa bilməyəcəyimizdən narahat idim.
- Mənim haqqımda nəyə görəsə, hər kəsdə bir “ön yarqı” olur, siz ilk deyilsiniz. Bu, normal bir şeydir. Yəqin üst qatın verdiyi enerjidir. Ola bilər müsbət enerji vermirəm, amma Allah verən paydır, buna da şükr edirəm. Auram belədir.
- Görünür, auranızın rəngi mavidir, çox intellektual adamları hər kəs yaxşı anlamır.
- Əslində, hər kəsin çox rahat əldə edə biləcəyi biri olmaq yaxşı deyil. Onda daha çox məyusluq keçirirsən, daha çox rəncidə olursan, səni daha tez incidə bilirlər. Düzdür, mən bunu düşünərək eləmirəm, amma doğru olanı budur.
- Əvvəldən hər kəsə qarşı belə divarlar hörmüşdünüz, yoxsa təcrübələr, həyat məcbur elədi?
- Siz indi mənim xarakterimin ən yumşaq vaxtına rast gəlmisiniz. Əvvəllər daha sərt idim. Koviddən sonra çox güclü dəyişmələrim oldu. Əvvəl zamanı xərcləyirdim, indi mənə sanki zaman limiti verilib və o limiti dolu-dolu yaşamağa çalışıram.
- Bunun üçün xüsusi səy göstərirsiniz?
- Yox, əhəmiyyətsiz şeylər eləmirəm.
- Siz əhəmiyyətsiz şeylər edəcək insan deyilsiniz axı.
- Primitiv deyim. Bayaqdan taksiylə getdiyim yolu indi piyada gedirəm. Çiskinli havada bir az piyada gəzib, hər çiçəkdən, hər yarpaqdan zövq almaq istəyirəm. Əvvəl belə deyildi, hədəfim var idi və yalnız ona fokuslanmışdım. İndi hər şeyi foksa salmaq istəyirəm. Çox sürətlə gəldiyim yolu hissə-hissə analiz edirəm.
- Keçmişə baxırsınız yəni. Peşmanlıq olur?
- Peşmanlıq duyacaq bir hərəkətim olmayıb. Prinsipial mənada. Amma insani mənada düşünürəm ki, bəlkə filan yerdə anlayışla qarşılamaq, bağışlamaq olardı.
- Bağışlayan, anlayışlı birisiniz?
- Təəssüf ki, yox. Bu mənim həyat tərzimdir, məni mən eləyən xüsusiyyətlərdən biridir. Mən onu dəyişdirə bilmərəm. Amma bir az dözümlülük yaranıb. Güzəştə getməyim artıb. Bəlkə də yaşdandır.
- Bir məşhur mahnıda deyilir ki, “Gəncliyimi qaytarsaydılar, bu dəfə ən çox özümü sevərdim”
- Mən özümü sevmişəm. Özümü başqaları ilə nisbətdə sevmişəm. Çox sevgi mənə aid deyil. Anamdan, vətənimdən başqa mənim güclü sevgim olmayıb. Elə bir varlıq yoxdur ki, deyəm mən onu çox sevmişəm.
- Sevgidən qorxursunuz sanki?
- Yox. Mənim təbiətim belə formalaşıb. Mən heç nəyi çox sevə bilmirəm. Hər şeyin çoxu mənə aid deyil. Mən yer üzündə ana sevgisindən böyük sevgi görmədim. Anamın mənim həyatımda nə kimi böyük yer tutduğunu anlaya bilməmişəm. O zaman anlayırsan ki, artıq bilirsən o gedib, geriyə qaytara bilmirsən, onda təəssüflə birlikdə böyük bir sevgi yaranır və bu sənə əzab verir. Özümün sevgimi deyirəm ha. Mənə qarşı olan sevgilərdən narazı deyiləm. Mənim içimdə anamdan və vətən sevgisindən çox yer tutan sevgi olmadı.
- Mehriban xanımı sevmək asandır?
- Kamal Abdullanın sözü var. “Unutmağa kimsə yox”. Mən də deyirəm, sevməyə kimsə yox. Gör necə bir insan olmalıdır ki, sən onu sevəsən. Sevdiyin qədər də sevilməlisən. Məni tanımaq çətindir, amma məni sevmək barədə bir söz deyə bilmərəm. Axı heç mən də sevgi paylayan adam deyiləm. Sevgimdə ayığam. Sevgi azadlığı alır, tabe olmağa məcbur edir. Mən isə sevgiyə tabe olmamışam, görünür o qədər sevgim olmayıb.
- Bu, yüksək eqodan irəli gəlir ya yüksək intellektdən?
- Yox, əsla yox. Həyatda prinsiplərimiz, yanaşma tərzimiz var. Bu, hər kəsdə fərqlidir. Bu, bizim həyatımızı müəyyən edir, taleyimizi cızır. Bu xarakterin adamının taleyi də belə olmalıydı. Allah hamımızı bir-birimizə bənzər yaratsaydı, maraqlı olmazdı. Demirəm bu qibtə olunası həyatdır, yox. Sadəcə, bu belədir.
- Sizə qarşı qərəzli münasibətlər də var. Nə üçün belədir? Mehriban xanım kimə nə edib?
- Məsələ kimdə deyil. Bir misal çəkim. Bir xəttin qısa olduğunu sübut eləmək üçün onun yanına daha qısa xətt çəkmirlər və ya onu pozmurlar. Daha uzun bir xətt çəkirlər. Bir işi bəyənmirsənsə, ondan daha yaxşı iş ortaya qoymalısan. İnsanlar indi daha yaxşı iş görməyin yox, görülən işi qaralamağın marağındadırlar. Mən istəmirəm bunu gender probleminə çevirim. Amma faktiki olaraq rejissor sənətində qadın rejissoru qəbul etmək kişilərə toxunur. Kişilər hansısa qadını güclü və səlahiyyətli görəndə ondan çəkinirlər. Mənim taleyimdə bu özünü daha çox göstərib. Ola bilsin mən daha prinsipialam. Daha dürüstəm, ona görə. Mən yumşaq olmaya bilərəm, amma mən ədalətliyəm. Mən yalançı deyiləm, mən manevr eləmirəm, mən nəzakət və kübarlıq xatirinə belə, həqiqətə başqa bir don geyindirmirəm. Hər şeyi olduğu kimi deyirəm, bu da sevilmir. Nə qədər ki, mən varam, mənə qarşı qərəz də olacaq.
- Güclü və tənha qadın olmaq asandırmı? Xüsusən bizim mühitdə.
- İstədiyim qədər güclü deyiləm. Mən düşünürəm ki, daha münbit şərait ola bilərdi. Hədəflərimə çata bilərdim. Hədəflərini bəlli edən adam azad ola bilmir. Yoluna mütləq daş qoyanlar olur. Ona görə istəklərini gizlətməli olursan. Bu yollarda bizə ilk mane olan şey elə qadın olmağımızdır.
- Bir neçə gün öncə bir dərvişlə müsahibəmiz oldu. Mən hiss edirdim ki, məni bu söhbətə dartıb aparan bir qüvvə var və müsahibədən sonra fikirlərimdə çox şey aydınlandı. Mistikaya inamınız var?
- 2001-ci ildə ABŞ-da Taos şəhərində səfərdəydik. Bir kəndə apardılar bizi. Kəndin meri yerli hindulardan idi. Maraqlı və qəribə geyimi var idi. Yuxarısı pencək, aşağısı milli hindu paltarı. Mənim ona münasibətim normal olmadı. Operatora dedim ki, maraqlı deyil, onunla nə danışaq filan. O da üzümə baxır. Ətrafdakılara öz dilində bildirdi ki, o qızın enerjisi mənə xoş gəlmir.
Ardı gələn sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

