Nəsimi dərvişliyin şəhididir
24.02.2022 [13:14]
Biz özümüz Allah yaradıb, əsl Allahla aramıza sədd hördük
Bu gün bir dərvişlə, özünə “heç kim” deyən ruh adamıyla, bir dəli ozanla özümüzə, iç dünyamıza səyahət edəcəyik.
Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salimdir.
- Fəxrəddin müəllim, dərviş deyiləndə ilk yada düşən onların sirli-sirli danışması, bu sirləri hifz etməsidir. Məqsəd Allahın mahiyyətini insanlara çatdırmaqdırsa, niyə sirli davranırlar?
- Dərvişlər bunu gizlətmirlər, açıq deyirlər, sadəcə söylədiklərini toplum qəbul etmir. Bir dərvişdən söz soruşsan, mütləq cavab verəcək. Sadəcə, anlamaq lazımdır. Təriqətlərdə mümkün olan bəzi şeylər fundamental islamda qadağandır. Bunu sadə insanlara necə izah etmək olar? Sadə insanlar Allahı yalnız dini qadağalar kontekstində görür. Dərvişlər dindar deyillər, dərvişlik də din deyil.
- Dərvişlik, əslində nədir?
- Hərfi mənada “dər” qapı deməkdir, “viş” oturan, yəni haqq qapısında oturan. Dünya, riya, varlıq, yalan, şəhvət kimi nəsnələrdən keçən olur dərviş. Amma bunların özü də sınaqdır. Bir şeyi tətbiq etmədən ondan imtina etmək olmaz. Dərvişlik oxumaqla deyil, bu, bir düşüncə tərzidir, ruh halıdır.
- Dərvişliklə zahidliyin fərqi nədir?
- Zahidlik dini bir şeydir. Zöhr, təqva sözündən yaranıb. Əslində dərvişlər ən böyük zahidlərdir.
- Sizcə din nədir?
- Din insanla Allahın arasına girən icaddır.
- Arasına girən, ya Allaha aparan?
- Arasına girən. İnsanların beynində iki cür Allah var imiş. Biri bizi yaradan, biri də bizim yaratdığımız Allah. Bizim yaratdığımız Allahın, əsl Allahla heç bir əlaqəsi yoxdur. Olsaydı, Yer üzündə din adına bu qədər qan axmazdı. Bu din Allahın istədiyi, buyurduğu ola bilməzdi. İnsanların indi ibadət etdiyi, sadəcə dindir, onun Allahla bir əlaqəsi yoxdur.
- Bəs Allah insandan nə istəyirdi?
- Allahın son peyğəmbərinə 23 il ərzində vəhy gəlib. Fransız filosofu Anri Masse yazır ki, Məhəmməd sara (epilepsiya) xəstəsi olub. Ona vəhy gələndə bədəni buna dözmürmüş. Bayılırmış. 23 il bu belə davam edib. İndi səbəb hər nə olubsa olsun, peyğəmbərin bədəni vəhyin gəlişinə dözmürmüş. Quranda bir ayə var, deyilir ki, Ey Məhəmməd, biz hər an sənin sinəni genişləndiririk, böyüdürük. Sizdən soruşuram, o gücün sahibi hər vəhy endiyində dözmür, bayılırmışsa, biz o qədər güclüyükmü ki, Quran oxuyanda tükümüz də tərpənmir. Düşünün ki, bir gənc oğlan bir gənc xanımı sevir. Onu hər görəndə titrəyir, həyəcanlanır. Amma biz Allahla danışanda, dua edəndə həyəcanlanmırıq. Fikrimiz yüz yerə gedir. Hələ üstəlik ona vaxt da qoymuşuq. Allahın qəbul saatları varmış, gündə 5 dəfə. Namazı filan vaxtda qılmasan, qəbul edilmirmiş. Sanki Allah universitet rektorudur, dərsə geciksən, dərsə buraxmayacaq. Bəşəriyyətə nə veribsə, elm və incəsənət verib. Din bunların ikisini də inkar edir. Əfqanıstan kimi özlərini qatı dindar elan edən ölkələrdə qızların oxuması qadağandır, halbuki öz qızı, arvadı xəstələnəndə o gerizəkalı başlayır ona baxmaq üçün qadın doktor axtarmağa. Qız oxumayacaqsa, qadın həkim hardan tapılacaq? Dərvişlik deyilən nəsnə yarandı ki, insanları bu cəhalətdən qurtara bilsin. Nəsimi bir işıq idi, yandı, amma biz ondan faydalana bilmədik. Nəsimi ilə eyni dövrdə yaşayan Martın Lüter də işıq idi. O da xristianlığın dərvişi idi. Onun yandırdığı işıqdan german xalqları faydalana bildilər. Romadan ayrıldılar, kilsələrinin içərisinə musiqi və rəssamlığı daxil etdilər. Tanrıya vəsflər yazıldı. Mikelancelo, Rafael ən möhtəşəm əsərlərini kilsə divarlarına çəkdilər. Baxın, Vivaldinin kilsə üçün əsərləri yazıldı. Bizim dinimiz rəngkarlıqla musiqini haram buyurdu. Son olaraq, incəsənəti haram buyurduğu kimi, elmi də haram buyurdu. Siz bilirsinizmi ki, bir çox İslam ölkələrində şahmat haramdır? Çünki şahmat beyni işlədir fətvaçı mollaya isə işləyən beyin lazım deyil.
- Sizcə dünyanın müxtəlif xalqlara, dinlərə, təriqətlərə bölünməsinin özü də bir yanlış deyildimi? Elə bu ayırmalara görə sərhədlər üzərində qan töküldü, müharibələr dayanmadı. Allah Yer üzünü insan üçün yaratmışdısa, mən niyə istədiyim yerdə məskunlaşa bilməməliyəm?
- Yer üzünə bir az yuxarıdan baxsaq, o sərhədlər görünmür. Biz özümüz Allahla aramıza sərhədlər çəkmişik. Vahid Allah varsa, bu qədər din niyə var? Bir vaxtlar bütpərəstlik idi, hər kəs evində bir heykəl yaradıb öz tanrısını yaratmışdı, kimsə də kimsənin tanrısına, tanrı ilə olan münasibətlərinə qarışmırdı. Hər dəqiqə “bu günahdır, o haramdır” deyib sərhədlər çəkmir, kimisə günahkar elan etmirdilər. Bu, bəlkə də indiki dindən daha yaxşı idi.
- Belə danışanda sizi daşqalaq etmirlər?
- Çox şükür ki, Azərbaycan sekulyar dövlətdir, din dövlətdən ayrıdır. Dini dövlət olsaydı, məni çoxdan edam edərdilər. Yoxsa mütləq mənə kafir damğası vurardılar.
- Özünüzə kafir dediyinizi də eşitmişəm.
- Bəli, mən kafirəm, o damğanı Nəsimi ilə bərabər 600 il qabaq dadmışam. Bədənim o damğaya adət edib. Mənəvi anlamda küfr soyunmaq, açılmaq, qurtulmaqdır. Küfr bir qayıqdır, səni çayın bu tayından o tayına keçirir. Küfr qayığına minməsən, iman sahibindən eşq sahibinə gedə bilməzsən.
- Radikal dindarlar insanları öz təsirlərinə sala bilirlər. Bəs dərvişlər nə üçün kimlərisə öz təsir dairələrinə sala bilmirlər?
- Qaranlığı təsirə salmaq olmur.
- İşıqlandırmaq olur.
- İnsan özü istəməyincə kimsə ona həqiqəti başa sala bilməz.
- Hansısa bir təkkəyə bağlısınız?
- Bir zamanlar bağlı idim, indi kimsəyə bağlı deyiləm.
- Dedilər Əmircanda təkkəniz var.
- Yox, belə bir şey yoxdur. Mənim onlara aidiyyətim yoxdur. Məsciddən çıxıb gəliblər təkkəyə. Nə fərq edər, yenə azad düşüncə yoxdursa, etiraz edə bilmirəmsə. Mən təxribatçıyam. Xaosu sevirəm. Kosmos xaosdan yaranıb. Təriqətlə şəriətin birliyi mümkün deyil. Mən barışdırmağın əleyhinəyəm. İslam aləmində dərvişlər olmasaydı, nə elm, nə incəsənət inkişaf etməyəcəkdi. Fətvaçı dindarlar 14 əsrdir ayaqyoluna necə getməyi müzakirə edirlər. İsveçrə SERN laboratoriyasında neyronları toqquşdurmaqla tanrı parçacığı, antimateriya almaq üzərində iş gedir, biz isə... Hər məzhəb bir söz deyir. Onlar harda biz harda. Böyük Tusi, Farabi kimi alimlər təsəvvüf əhli olub və din də onların dediyinin əleyhinə gedib. Göz qabağındadır. Nəsiminin dərisini xristianlar soymadı. Hələ bu gün də Nəsimiyə bəraət verilməyib. Nəimi, Nəsimi, Həllac Mənsur, Yusif Həmədani dərvişliyin şəhidləridir. Onlar ilahi eşq yolunda islamçılar tərəfindən edam ediliblər və hələ də bəraət almayıblar. Nəsimi bu gün gəlsə, yenə edam edərlər. Nəsimi mollalara lazım deyil.
- Nəsimini müasir insan yetərincə anlayır?
- Əksinə, getdikcə uzaqlaşırıq. Onu biz yox, avropalılar anlayır.
- Bir cümlə ilə ifadə etsək, Nəsimi nə demək istəyirdi?
- Kim özünü tanısa, Allahı tanıyar. Nəsimi deyirdi bütün varlıq, bilinən, bilinməyən, bütün kainat bir insanda cəm olunub. Nəsimi deyir ki, Allah görünmək, tanınmaq üçün insanı yaradıb. Nəsimi deyir ki, insan görünən Allahdır. Torpaq, od, hava, su ilk bu 4 ünsür daha sonra bitkilər yarandı. Bitkilər 4 ünsürlə qidalandı. Bitkilərdən sonra heyvanlar yarandı, başladılar bitkilərlə qidalanmağa. Yemək nədir? Biz nə yeyiriksə, oyuq vücudumuza o girir. Ona görə dərvişlər deyirlər az ye, mümkün olsa, yemə. Çünki yeməklə bədənə kənar informasiya daxil olur. Nəsimini belə danışdığına görə bağışlamazdılar. Onlar da bilirdilər ki, Allahın qorunmağa ehtiyacı yoxdur. Bilirdilər ki, xalq Nəsimi kimi düşünsə, kamil olsa, azad düşüncəli olsa, kimsə onlara nəzir-niyaz, vergi verməyəcək, boyun əyməyəcək, ağlaşma qurub imdad istəməyəcək. 2 universitetdə dərs deyirəm, bu gün mənim qazancım hər hansı bir mollanın bir həftəlik qazancından azdır. Atam rəhmətə getdi, bəlağətlə Quran oxuyurdum, hafizəm. Dedilər olmaz, gərək pul verək, molla geyimindəki adam oxusun. Pul verilməsə, dua Allaha çatmırmış?
- Dərvişlər Quranın dəyişdirilmədən hifz edildiyinə inanırlar?
- Quran olduğu kimi qalıb. Amma insanlar Quranın özünü yox, mənasını təhrif ediblər. Onu öz səviyyəmizə salmışıq, maraqlarımıza uyğun anlamışıq. Rumi həzrətləri buyurub ki, (bu dediyimi Türkiyədə heç bir dindar dilindən çıxarmaz halbuki bütün gün Mövlanə-Mövlanə deyirlər) sən gündə 17 dəfə “aləmlərin rəbbinə həmd olsun” deyirsən, amma həqiqət ortaya çıxanda bir gün anlayacaqsan ki, bu dediklərin boş və mənasızdır. Yəni demək istəyir ki, bu kəlam boş deyil, deyən boş söz danışır. Güc ayədə deyil, ağızdadır.
Ardı gələn sayımızda...
İlhamə HƏKİMOĞLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
