İşğalçı ölkənin qeyri-konstruktiv mövqeyi danışıqlar prosesini çətinləşdirir
12.08.2010 [08:50]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının “Səs” Informasiya Agentliyinə müsahibəsi:
- Mübariz müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar nəticəsiz qalarsa, başqa variant üzərində düşünmək lazım gələcəkmi?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət, praqmatik və çevik diplomatiya xətti istənilən uğurları əldə etməyə imkan yaradır. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın konstruktiv mövqeyi hər kəsə bəllidir. ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsi üçün lazım olan addımları atıb və bu addımlar davam etdirilməkdədir. Danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində gedir və həmsədr ölkələrin diplomatlarının iştirakı ilə Madrid prinsiplərinin yeniləşmiş variantı üzərində aparılır. Azərbaycan kompromisə gedərək həmin variantı qəbul edib. Amma erməni tərəfi yenə də qeyri-konstruktivlik nümayiş etdirir, danışıqlar prosesini qəsdən uzadılmasına hesablanan addımlar atır. Əvvəlcədən razılaşdırılmış bu və ya digər məsələləri yenidən müzakirə masası üzərinə qaytarmağa çalışır və bu istiqamətdə iş aparır. Təbii ki, bütün bunlar da danışıqlar prosesinə əngəl olur və məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqları daha da çətinləşdirir. Bu gün Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll edilməsi üçün böyük səy göstərir. Baxmayaraq ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq və eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnaməyə istinad edərək, Azərbaycan məsələni hərbi yolla da həll etmək hüququnu özündə saxlayır. Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək üçün kifayət qədər konstruktiv siyasət həyata keçirir. Deməli, Ermənistana beynəlxalq təşkilatların, həmsədr ölkələrin açıq təzyiq göstərməsi lazımdır. Bu gün Ermənistan çox ağır iqtisadi-sosial duruma malikdir. Ermənistan tərəfi sülhə nail olmaq üçün cəhdlər etmək əvəzinə, sülhü pozmağa yönələn addımlar atır. Serj Sarkisyan, əslində, erməni xalqına da böyük zərbə endirir. Bütün bu gedişat Azərbaycan hakimiyyətinin diqqət mərkəzindədir və bu hadisələrin inkişafı Azərbaycanın xeyirinə işləyir. Azərbaycanın tam ixtiyarı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Hansısa dövlətlərin bu prosesə müdaxiləsi, yaxud müdaxilə etməməsi diplomatik işlə bağlı olan məsələdir. İnanıram ki, göstərdiyimiz bütün səylərin nəticəsi olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
- Azərbaycana qarşı tətbiq olunan “907-ci düzəliş”i tamamilə ləğv etməyən ABŞ-ın işğalçı dövlət olan Ermənistanın maraqlarından çıxış etməsini necə dəyərləndirirsiniz?
- ABŞ-ın Ermənistanın maraqlarından çıxış etməsini qətiyyən qəbul etmirəm. ABŞ həmsədr ölkədir və Ermənistan siyasətində kifayət qədər ardıcıllıq nümayiş etdirmir. Amma ABŞ-ı tam olaraq, Ermənistan yönlü siyasət yürütməkdə ittiham etmək doğru olmazdı. Təbii ki, ABŞ daha kəskin mövqedən çıxış etməlidir və Ermənistana yardımlarını tamamilə dayandırmalıdır. Amma təəssüf ki, ABŞ Konqresi Ermənistana hər il yardımlar göstərir və bu il də həmin yardımlar davam edir. Bu cür yardımların edilməsi istər-istəməz Azərbaycanın haqlı narazılığına səbəb olur. Ermənistanla əlaqədar ABŞ siyasətindəki bu ikili mövqe “şirnikdirmə” siyasətidir. Bunu açıq şəkildə pisləyirik və Azərbaycan tərəfi də bunu ABŞ-ın diqqətinə açıq şəkildə çatdırıb. Azərbaycanın ictimai rəyi də bu məsələdə birmənalıdır. Amma bütövlükdə götürdükdə, ABŞ proseslərə təsir etmək imkanına malik olan ölkədir. Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü və açıq siyasət ABŞ-ın da müəyyən addımlar atmasını zəruri edəcək.
- Azərbaycan beynəlxalq prinsiplərə uyğun olaraq, antiterror əməliyyatları həyata keçirsə, Ermənistanın himayədarı olan Rusiyanın mövqeyi necə ola bilər?
- Dağlıq Qarabağın statusu haqqında danışılarkən bir cümlə işlədilir və bu da tamamilə doğrudur - Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Ermənistan tərəfindən işğal olunubdur. Ermənistan işğal etdiyi ərazidə oyuncaq bir hökumət qurub və yalançı ad altında həmin işğalçı rejimin guya müstəqil fəalliyyət göstərən qurum olduğunu göstərməyə cəhd edir. Dağlıq Qarabağ da daxil olmaqla, ərazilərimizin 20 faizdən çoxu işğal altındadır və Azərbaycan işğal olunmuş ərazilərdə antiterror əməliyyatı yox, əslində, həmin ərazilərin azad olunması əməliyyatı apara bilər. Azərbaycan tərəfi sadəcə, hələlik, ona görə bu əməliyyatı aparmır ki, məsələni sülh yolu ilə həll etmək istəyir.
- Kosovo Dağlıq Qarabağa presedent ola bilərmi?
- Qətiyyən ola bilməz. Bu məsələni Dağlıq Qarabağla eyniləşdirmək olmaz. Kosovoda baş verən hadisələr keçmiş Yuqoslaviyanın dağılması ilə əlaqədar idi. Qarabağda isə açıq-aşkar işğal siyasəti yürüdülür və Ermənistan təcavüzkar ölkə rolundadır.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

