/ / Vüqar Səfərli: Fond bundan sonra da mətbuatın inkişafı üçün üzərinə düşən işi tam şəkildə yerinə yetirməyə çalışacaq
Vüqar Səfərli: Fond bundan sonra da mətbuatın inkişafı üçün üzərinə düşən işi tam şəkildə yerinə yetirməyə çalışacaq
22.07.2010 [12:31]
- Azərbaycan milli mətbuatının keçdiyi yolu necə xarakterizə edərdiniz?
- Azərbaycan mətbuatının tarixini mütəxəssislər 4 mərhələyə ayırırlar - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü, sovetlər birliyi dövrü və müstəqillik dövrü. Azərbaycan mətbuatının bünövrəsi böyük maarifçi ziyalı alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Böyük maliyyə çətinliklərinə baxmayaraq, “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərib. Maliyyə çətinlikləri və təzyiqlərlə üzləşən Həsən bəy Zərdabi iki ildən sonra həmin qəzetin nəşrini dayandırıb. Bu müddət ərzində qəzetin cəmi 56 sayı işıq üzü görüb. “Əkinçi”nin nəşri dayandırılandan sonra da mətbuat tariximizdə önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı. Cümhuriyyət dövründə isə mətbuatımız inkişaf dövrünə qədəm qoydu və “Əkinçi”nin maarifçilik ideyalarını davam etdirdi. Sovetlər dönəmində isə bu sahədə jurnalistlərin peşəkarlığının və kadrların artması çox önəmli oldu. Sovetlər dövrünün mətbuatının birpartiyalı sistemin ideologiyası əsasında formalaşmasına baxmayaraq, o dövrdə Azərbaycan mətbuatı özünəməxsus şəkildə inkişaf edib. Müstəqillik dövründəki mətbuatın keçdiyi yolu isə iki hissəyə bölmək olar: 1998-ci ilə qədərki və 1998-ci ildən sonrakı dövr. Müstəqilliyin ilk illərində qəzetlərin çapında problemlər yaşanır, əsasən 4 səhifədə çıxırdı. Gündəlik qəzetlər çox az idi. Tədricən qəzetlərin sayı getdikcə artmağa, tirajı isə aşağı düşməyə başladı və beləliklə qəzet bolluğu yarandı. Həqiqətə uyğun olmayan informasiyaların artması isə oxucu sayının azalması ilə nəticələndi. 1998-ci ilə qədər mətbuat üzərində senzura var idi. çox vaxt qəzetlərin səhifələri ağ çıxırdı. Mətbuat mətbəə çətinlikləri ilə üzləşirdi. Mətbəələrin azlığı, kağız qıtlığı qəzetlərin inkişafına öz mənfi təsirini göstərirdi. Demək olar ki, qəzetlərin əksəriyyəti “Azərbaycan” Nəşriyyatında çapdan çıxırdı. Artıq müstəqil qəzetlərin maliyyə problemləri yaşanmaqda idi. Yığılıb qalan borclar qəzetlərin bağlanması təhlükəsini yaratmışdı. Həmin dövrdə qəzetlərin “Azərbaycan” Nəşriyyatına 450 min dollar məbləğində borcu var idi. Belə bir zamanda qəzet redaktorları Ulu öndər Heydər Əliyevə müraciət etdilər və Ulu öndər onları qəbul edərək problemlərini dinlədi və qəzetlərin borcunun 3 il müddətinə dondurulması haqqında göstəriş verdi. Verilən müddət bitsə də borclar ödənilmədi və demək olar ki, bir az da artdı. 3 ildən sonra isə Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həmin borclar silindi. Bundan sonra da mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzində oldu. 2005-ci ildə mətbuatın yaranmasının 130 illiyi ilə bağlı 140-dan artıq mətbuat nümayəndəsi cənab Prezidentin Sərəncamı ilə fəxri adlar və digər mükafatlarla təltif olundu. Dövlət başçısı həmin ərəfədə “Əməkdar jurnalist” adını bərpa etdi. İllər keçdikcə mətbuatda yeni texnologiyalar tətbiq edilir. Əvvəllər qəzetlər bütün çap prosesini nəşriyyatda aparırdısa, indi hər bir redaksiyanın özünün kompüter mərkəzi var. Qəzetlərin mətbəələr baxımından da seçim imkanları var.
- Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafında rolunu necə qiymətləndirirsiniz və Fondun gələcəyə hesablanan hansı planları var?
- Məlum olduğu kimi, ölkə başçısı mətbuatın inkişafına daha yaxından kömək göstərmək məqsədi ilə 2008-ci ildə “Kütləvi İnformasiya Vasitələtinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını” təsdiq etdi. Həmin konsepsiyadan irəli gələn məsələlərin həlli üçün 2009-cu il aprelin 3-ündə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi. Fondun fəaliyyəti üçün keçən il 1,3 milyon manat vəsait ayrıldı və mətbuata ilk yardımlarımızı Mətbuat Günü ərəfəsində etdik. Ondan sonra redaksiyalar və jurnalist təşkilatları, həm də fərdi jurnalistlər arasında müsabiqələr keçirildi. Bu müsabiqələr redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdi. Müsabiqə layihələrinin həyata keçirilməsi üçün ayrılan vəsait hesabına redaksiyalar 50-yə yaxın kömpüter dəsti, 10-a yaxın fotoaparat, printerlər və digər texniki vasitələr aldılar. Dövlət başçısının diqqəti sayəsində bu il Fondun büdcəsi 2 milyon manata çatdırılıb. Fond Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi ilə birgə yazı müsabiqələri keçirib və müsabiqə qalibləri mükafatlandırılıblar. Bu müsabiqələr həm jurnalistlərin peşəkarlığının artırlmasına, həm də jurnalistlərin maddi vəziyyətinin yaxşılaşmasına kömək edir. Fond bundan sonra da mətbuatın inkişafı üçün üzərinə düşən işi tam şəkildə yerinə yetirməyə çalışacaq.
- Fondun büdcəsinin az olması ilə bağlı fikirlər səslənir. Büdcənin artırılması üçün hər hansı müraciət etmisinizmi?
- İki ildir ki, dünyada maliyyə böhranı hökm sürür. Bu böhran Azərbaycana az da olsa təsirini göstərib. Əksər büdcə təşkilatlarına ayrılan vəsaitlər azalıb, Fondun büdcəsi isə 1,3 milyondan 2 milyona çatdırılıb. Hesab edirəm ki, respublikamız inkişaf etdikcə, büdcə vəsaiti də artacaq. Bu isə Fonda öz müsbət təsirini göstərəcək.
- Vüqar müəllim, mətbuatın reklam bazarının canlandırılması üçün nə etmək lazımdır?
- Mətbuatımızda reklam bazarı olduqca zəifdir. Bununla bağlı müəyyən müzakirələr gedir və vəziyyətin düzəldilməsi üçün müəyyən təkliflər var. Təkliflər var ki, bir fond yaradılsın və reklam bazarını tənzimləsin. Belə bir qurum Türkiyədə də var və keçən il Mətbuat Şurasının sədri Əflatin Amaşovla qardaş ölkədə olarkən həmin qurumun təcrübəsi ilə tanış olduq. Orada qəzetlər reklamı tirajına görə, reytinqinə görə alır və o təcrübə bizdə tədbiq olunsa bizim qəzetlərin heç biri reklam ala bilməz. Ancaq həmin reklamlar dövlət reklamlarıdır, özəl şirkətlər isə qəzet seçimində müstəqildir. Qəzetlərin tirajı aşağı olduğundan reklamı olan təşkilatlar da onları televiziyalarda yerləşdirirlər. Qəzetlər inkişaf etməlidir ki, reklam sahiblərinin diqqətini cəlb edə bilsinlər.
- “Əkinçi” qəzetinin əsas qayəsi olan maarifçilik ənənələri bugünkü mətbuatımızda davam etdirilirmi?
- Demək olmaz ki, bugünkü Azərbaycan mətbuatı “Əkinçi”nin ənənələrini davam etdirmir. Azərbaycanda qəzet bolluğudur və fikir azadlığı təmin olunub. Bunun sayəsində də 4200-dən çox KİV qeydiyyatdan keçib. Lakin bu sahəyə qeyri-peşəkarların da axını yazıların keyfiyyətinə öz mənfi təsirini göstərib. Hal-hazırda respublikamızda 300-ə qədər qəzet nəşr olunur. Ancaq ictimai fikrə təsir edən, ictimai fikri formalaşdıran qəzetlərin sayı ən yaxşı halda 20-30 ədəddir. Ayda bir dəfə çıxan qəzet necə operativ ola bilər? Qəzetlərin əksəriyyəti şəxsi maraqlara xidmət edir və özlərinə lazım olan zaman nəşr edilir. Qəzetin dövrülüyü, tirajı, həcmi olmalıdır. Bəzi qəzetlərin məqsədi bir neçə müxbiri idarələrə göndərərək şantaj yolu ilə pul əldə etməkdir. Bunun nəticəsidir ki, Mətbuat Şurası 103 qəzeti “qara siyahı”ya salıb. Onların qarşısını almaq təkcə Mətbuat Şurasının işi deyil, həm də ictimaiyyətin işidir. Düşünürəm ki, zaman keçdikcə, bu məsələlər öz müsbət həllini tapacaq.
- Regionlarda mətbuatın inkişafı üçün hansı işlər görülməlidir?
- Milli mətbuatın 135 illiyi ilə bağlı rayonlarda 6 regional tədbir keçirildi. Keçirilən tədbirlərdə regionlarda mətbuatın uğurları ilə yanaşı, problemləri ilə də yaxından tanış olduq. Regionlarda əsas problem maliyyə çətinliyidir. Qəzetlərin tirajı çox azdır, dövriyyəsi ayda bir-iki, ən yaxşı halda 4 dəfədir. Həmin qəzetlərin əksəriyyəti icra hakimiyyətlərinin tabeliyindədir. ümid edirəm ki, onlar gələcəkdə qəzet kollektivinin təsisçiliyi ilə fəaliyyət göstərəcəklər və Fond tərəfindən keçirilən müsabiqələrdən onlar da bəhrələnəcəklər. Bu gün milli mətbuatımızın 135 illik yubileyidir. Bu bayram münasibəti ilə bütün jurnalist həmkarlarımı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
