Qlobal neft bazarında gərginlik artır
30.04.2026 [09:15]
BƏƏ-nin “OPEC” və “OPEC+”dən çıxması neft qiymətlərinin idarə olunmasında yeni risklər yarada bilər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və dünya neft bazarlarında qiymətlərin tənzimlənməsi üzrə “OPEC+” sazişindən çıxacağını bəyan edib. BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar şöbəsinin müdiri Əfra Əl Hameli bildirib. Qeyd olunur ki, BƏƏ-nin istehsal siyasətinin, eləcə də onun cari və gələcək güclərinin hərtərəfli təhlilindən sonra qəbul edilib və ölkənin milli maraqlarına, həmçinin bazarın aktual ehtiyaclarının ödənilməsinə səmərəli şəkildə töhfə vermək istəyinə əsaslanır.
Bu qərar BƏƏ-nin uzunmüddətli strateji və iqtisadi baxışını, həmçinin ölkənin dəyişən enerji profilini, o cümlədən daxili enerji istehsalına sürətləndirilmiş investisiyaları əks etdirir və onun dünya enerji bazarlarında məsuliyyətli, etibarlı və perspektivli rola sadiqliyini təsdiqləyir.
Əfra Əl Hameli bildirib ki, BƏƏ hər iki enerji alyansından çıxmaq qərarı versə də, tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə, ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirməyə və daha çox çeviklik və cavabdehliklə sabit, yaxşı işləyən bazarlara töhfə verməyə davam edəcək.
Hörmüz tıxanmaları Əbu-Dabini bu addımı atmağa məcbur etdi
Analitiklər rəsmi Əbu-Dabinin bu qərarının son aylarda qlobal enerji bazarlarında baş verən fraqmentasiyalar və geosiyasi risklər fonunda bu addımı atıb. Belə ki, son illərdə müşahidə olunan və qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliklər yaradan geosiyasi gərginliklər 2025-ci ildə enerji təchizatı və tənzimləmə siyasətlərində mürəkkəbliyi bir qədər də artırıb, cari ilin əvvəlində isə daha da kəskinləşərək hərbi münaqişələrin coğrafiyasını genişləndirməklə, ağır vəziyyət yaradıb. Qısamüddətli dəyişkənlik, o cümlədən Fars körfəzi və Hörmüz boğazında baş verən fasilələr enerji resursları üzrə təchizat zəncirinin pozulması və qiymət artımı səbəbindən daha yüksək inflyasiya gözləntiləri formalaşdırmaqdadır. Körfəz regionunda səngiməyən bu tendensiyalar təchizat dinamikasına təsir göstərməyə davam edərək orta və uzunmüddətli perspektivdə qlobal enerji tələbatının davamlı artımını göstərir. Bu amillər “OPEC” və “OPEC+” alyansının bazar tənzimlələri üzrə səylərini daim artırmağa, çevik qərarlar qəbul etməyə məcbur edir. Eyni zamanda, iri tədarükçülərin bazar məsuliyyətini çiyinlərində çəkmək və qırılmış təchizat blokları üzərində sabitliyə nail olmaq üçün ardıcıl səylərinə baxmayaraq, mövcud geoiqtisadi proseslər “OPEC” və “OPEC+”in əsas liderlərini ciddi təzyiqlər altında qoyur. Bu baxımdan BƏƏ-nin qlobal bazarın nizamlamasında “yorğunluqdan” kartel blokundan çıxması istisna deyil. BƏƏ-nin energetika naziri Süheyl Əl Mazruinin açıqlamasından da bunu hiss etmək olar. O qeyd edib ki, BƏƏ Hörmüz boğazındakı məhdudiyyətlər sayəsində bazara əhəmiyyətli təsir göstərmədən bu addımı münasib vaxtda atır və BƏƏ OPEC-dən çıxmaq qərarını qəbul edərkən heç kəslə birbaşa məsləhətləşməyib. Bu, ona dəlalət edir ki, “OPEC+”in ən strateji təminatçılarından biri son 2 aydakı gərginliklərdən bezərək kənara çəkilməyi uyğun hesab edir.
Qeyd edək ki, BƏƏ 1971-ci ildən qlobal neft bazarının sabitliyinə töhfə verməkdə və istehsalçı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində fəal rol oynayıb.
BƏƏ neft istehsalını 5 milyon barelə çatdıracaq
Nəzərə alsaq ki, bu ölkə gündəlik qlobal bazara təxminən 3-3,5 milyon barel neft tədarük edir və kvotanı tənzimləyən 8 ölkədən biridir, ölkənin resursları qlobal neft istehsalının təxminən 4 faizini təşkil edir, bu baxımdan ciddi pozuntuların olacağı güman edilə bilər. Eyni zamanda, “OPEC+”dakı yanacaq kvotasının ən azı 8-10 faizinə malik BƏƏ-nin hasilat və bazardakı gündəlik tənzimləmə siyasətinə qarışmaması vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək. Çox güman ki, BƏƏ bundan sonra özü müstəqil neft kvotasına uyğun bazara yanacaq çıxaracaq və alyansın limit qərarlarına tabe olmayacaq. Qeyd edək ki, “OPEC” və “OPEC+” ölkələri bazarın tələbatına uyğun olaraq üzv və tərəfdaş ölkələr üçün gündəlik hasilat kvotası tətbiq edir. BƏƏ artıq alyansda yer almadığından kvotadan daha çox neft hasil və tədarük edə bilər. Bunu ölkənin Energetika Nazirliyi də istisna etmir, ilkin açıqlamdan bəlli olur ki, BƏƏ 2027-ci ilə qədər gündəlik istehsal gücünü 5 milyon barelə çatdırmağı hədəfləyir və 2023-2027-ci illər arasında təxminən 150 milyard dollar investisiya qoymağı planlaşdırır. Bu isə hazırkı nəql imkanını ən azı 50 faiz artırmaq deməkdir. Bu halda bazara daha çox neft çıxarılması mümkün ola bilər ki, bu da qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Rəsmi Əbu-Dabi onsuz da yüksək qiymətləri münasib saymır, “OPEC” və “OPEC+”in iclaslarında hər zaman neftin qiymətinin yüksək sıçrayışından narahatlığını ifadə edib və orta bazar qiymətinin 80-90 dollar arasında olmasını daha sabit əmsal saydığını açıqlayıb.
Enerji agentlikləri və iri treyderlər narahatdır
Hazırda enerji agentliklərini və iri treyderləri düşündürən əsas məsələlərdən biri Birləşmiş Ərəb Əmirliklərinin kartel blokundan və “OPEC+” alyansından çıxmasının qlobal neft bazarına necə təsir edəcəyi ilə bağlı narahatlıqlardır.
Yeri gəlmişkən, BƏƏ rəhbərliyinin mövcud qərarından sonra qlobal neft bazarlarında dalğalanmalar müşahidə olunub. “Brent” neftinin qiyməti 2,03 faiz azalaraq barel üçün 103,75 dollara, Qərbi Texas Aralıq neftinin qiymətləri isə 3,39 faiz artaraq 99,64 dollara yüksəlib.
Mövcud ssenarilər fonunda sabit enerji bazarı konyukturası bir çox ölkələr kimi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Onu da xatırladaq ki, Azərbaycan hökuməti qlobal enerji qiymətlərində kəskin artım fonunda ölkə iqtisadiyyatına, ələlxüsus da idxal inflyasiyasının artması ehtimalına da xüsusi nəzarət edir və bu faktorun pul siyasətinə təsirini dərindən izləyir. Mərkəzi Bank (MB) hazırkı şəraitdə neft və qaz qiymətləri ilə bağlı dəqiq proqnoz verməyin olduqca çətin olduğunu bildirir. Belə ki, qiymətlərin kəskin artması və ya əvvəlki səviyyələrinə qayıtması əsasən mövcud münaqişənin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47

