Cəsur xüsusi təyinatlılarımız
30.04.2026 [11:35]
Onlar cəsurdurlar, qorxu-hürkü nə olduğunu bilmirlər, qəlblərinə sonsuz Vətən sevgisi hakim kəsilib, adları çəkiləndə, harayları eşidiləndə düşmən gizlənməyə yer axtarır. Söhbət Müzəffər Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı Qüvvələrindən gedir. Bu gün onların günüdür. Sonralar ağır döyüşlərdə düşmənə sarsıdıcı məğlubiyyət acısı yaşadan, Azərbaycanın, xalqımızın qüruruna çevrilən Xüsusi Təyinatlı Qüvvələr 27 il bundan əvvəl - 1999-cu il aprelin 30-da yaradılıb.
Ulu Öndərin böyük uzaqgörənliyi
Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun tərkibində Xüsusi Təyinatlı Qüvvələrin yaradılması Ulu Öndərimizin böyük uzaqgörənliyi idi. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra vaxt itirmədən Silahlı Qüvvələr daxilindəki pərakəndəliyi aradan qaldırmağa və vahid komandanlığa tabe olan ordu formalaşdırmağa nail oldu. Ulu Öndərin səyləri sayəsində Xüsusi Təyinatlı Qüvvələrin yaradılması da bu siyasətin davamı idi. XTQ-in yaradılmasında əsas məqsəd ordunun peşəkarlığını və döyüş qabiliyyətini artırmaq idi.
Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Burada Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlığın mühüm rolunu da ayrıca qeyd etmək lazımdır.
Adından da göründüyü kimi, Xüsusi Təyinatlı Qüvvələr seçilmiş, elit hərbi birləşmələrdir. Onun sıralarına hər kəs qatıla bilmir. Bunun üçün ağır təlimlərdən, hərbi imtahanlardan keçmək, sınaqlarda iradə, dözüm və xüsusi qabiliyyət nümayişi çox vacib şərtlərdəndir.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə yüksək həssaslıqla yanaşır. Belə ki, ölkəmizdə bu qüvvələrin döyüş hazırlıqlarını davamlı olaraq artırmaları üçün lazım olan bütün şərait yaradılıb. Azərbaycan xüsusi təyinatlıları indiyədək müxtəlif ölkələrin təlim mərkəzlərində kurslara qatılıb və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.
Şanlı Aprel döyüşlərinin qəhrəmanları
Xüsusi Təyinatlı Qüvvələri fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, onlar nəyə qadir olduqlarını bilavasitə döyüş meydanlarında nümayiş etdiriblər. 2016-cı ildə baş verən şanlı Aprel döyüşləri xüsusi təyinatlılarımız üçün bir sınaq oldu və onlar bu sınaqdan üzüağ çıxdılar.
Məlumdur ki, havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərini işğal altına alan ermənilər eyforiyaya qapılaraq özləri barəsində “qəhrəman xalq” mifi uydurmuşdular. Onlar elə güman edirdilər ki, hətta digər ərazilərimizi də ələ keçirməyə qadirdirlər. Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrimiz misilsiz igidliklər göstərməklə düşmənin uydurma mifini tar-mar etdilər.
Dörd gün davam edən Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Çox doğru olaraq Aprel döyüşləri Azərbaycanın böyük Qələbəyə gedən yolunun başlanğıcı sayılır.
Vətən müharibəsinin ən parlaq səhifəsi - Şuşa zəfəri
Xalqımızı Şuşa ilə güclü mənəvi tellər bağlayır və biz heç vaxt bu şəhərin düşmənin nəzarəti altında qalması ilə barışa bilməzdik və barışmadıq da. Məşəqqətli işğal illərində xəyallarımız hər zaman Şuşa ilə bağlı olurdu. Şəhərin azad edilməsi Azərbaycan dövləti və xalqı üçün müstəsna önəm daşıyırdı. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsi günlərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar...
Şuşanın azad edilməsi ümummilli missiya idi, bunu xalq, dövlət, Ali Baş Komandan istəyirdi və bu ali missiyanı yerinə yetirmək şərəfi Xüsusi Təyinatlı Qüvvələrə nəsib oldu. Şuşa uca dağların zirvəsində qərar tutan bir şəhərdir. Onu azad etmək asan deyildi. Düşmən burada güclü istehkamlar qurmuşdu. Ancaq qəlblərində Vətən, torpaq, dövlət sevgisi yaşadan xüsusi təyinatlılarımız mümkünsüz görünəni reallığa çevirməyi bacardılar. Onlar keçilməz meşələrdən Şuşaya doğru yol açdılar, qayaları dırmaşaraq şəhərə daxil oldular və onu azadlığına qovuşdurdular. “Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

